Xəbər lenti
LənkəranDövlət Universitetinin (LDU) “Aqrar və mühəndislik” fakültəsində baytarlıqmövzusunda elmi seminar keçirilib.Seminarı giriş sözü ilə fakültənin dekanı, dos. Balayar Şahbazov açıb. TürkiyəninKafkas Universitetinin Baytarlıq fakültəsinin professoru, doktor Yavuz Öztürklər"Heyvandarlıqda biotexnoloji inkişaf" mövzusunda geniş məruzə edib.Məruzədə heyvandarlığın biotexnoloji inkişafı istiqamətində aparılan təcrübiişlərdən, bu sahədə olan elmi yeniliklərdən, həllini gözləyən məsələlərdəndanışılıb, müəllim və tələbələrlə ətraflı fikir mübadiləsi edilib. Elmiseminarın moderatorları sözügedən universitetin professoru İsa Özaydın, dr.Murat Can Dəmir olub. Seminardafakültənin “Baytarlıq və aqrar elmləri” kafedrasının professor-müəllim heyəti,Türkiyənin Kafkaz Kars Universitetindən gələn ...
Meksika BirləşmişŞtatlarının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Lənkərana səfəri çərçivəsindəLənkəran Dövlət Universitetində (LDU) olub. Xanım səfiri LDU-nun rektoru, prof.Natiq İbrahimov qəbul edib. Qarşılıqlı səmimiyyət və işgüzarlıq şəraitində keçəngörüşdə hörmətli qonağa Lənkəran Dövlət Universiteti barədə ətraflı məlumatverilib. Xanım səfirləgörüş zamanı Meksikadaki universitetlərlə əməkdaşlığın qurulmasi, ikitərəfli elmitədqiqatların aparılması, tələbə təqaüd proqramlari ətrafında muzakirələr aparılıb. Söhbət zamanı cənabsəfir bildirib ki, LDU-da aqrar yönümlüixtisaslarda tələbə hazırlığından məlumatlıdır və bu istiqamətin daha da inkişaf etdirilməsi üçün universitetə dəstək olmaga hazirdir.Görüşdən sonra ...
Lənkəran Dövlət Universitetində “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində tələbə və müəllim heyəti ilə görüş keçirilib.Görüşdə Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi açılış nitqi ilə çıxış edərək “Stipendium Hungaricum” təqaüd proqramı barədə ümumi məlumat verib. Daha sonra Elm və Təhsil Nazirliyinin əməkdaşı Niftalı Qasımlı Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsillə bağlı təqdimat edib. Görüşdə həmçinin “Stipendium Hungaricum” təqaüd proqramı məzunları, “Azərbaycan–Macarıstan Məzunları” İctimai Birliyinin üzvləri də çıxış ediblər.Oktyabrın 4-dən başlayaraq 20-dək davam edəcək layihə Macarıstanın ...
AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətininDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İnsanResursları departamentinin direktoru Rauf Abbasov, Xidmətin Sənədlərlə iş şöbəsininmüdiri Vüsalə Əliyeva və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz ƏmlakınDövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı ərazi idarəsininmüdiri İmran Əzizov Lənkəran Dövlət Universitetinin sonuncu tədris ili tələbələriilə görüşüb. Görüşdətələbələrə ödənişsiz təcrübə keçmələri, işlə təmin olmaq imkanları, layihə çərçivəsindəcari ildə işə götürənlər barədə ətraflı məlumat verilib.Sondatələbələri maraqlandıran suallar xidmət əməkdaşları tərəfindən cavablandırılıb.
5Oktyabr ən şərəfli, müqəddəs peşə sahibləri olan müəllimlərin bayramıdır. Müəllimən böyük bağbandır, sönməyən günəşdir, yanan ürəkdir. “Müəllimlik,hər şeydən əvvəl, bir Tanrı sənətidir”(Platon). Əsrlərboyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə,inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllimsözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadəedib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinəbənzəməyə çalışıblar.Bugün böyük fəxr və iftixar hissi ilə deyə bilərik ki, məhz müəllim ordusunun yetişdirdiyi gənc nəsiltorpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda ...
Lənkəran Dövlət Universitetində 27 sentyabr “Anım günü” ilə əlaqədar silsilətədbirlər keçirilib. Tədbirlərdə vətənimizin müstəqilliyi, torpaqlarımızınazadlığı uğrunda qurban gedən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yadedilib. Tədbirdə çıxış edənlər 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanİlham Əliyev cənablarının uğurlu siyasəti, Xalq-Ordu birliyi, əsgərlərimizin misilsiz şücaəti barədəətraflı söz açıblar. Bildirilib ki, 27 sentyabr 2020-ci il səhər saatlarındaErmənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonadayerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşətutub. 44 gün davam edən müharibə ərzindəAzərbaycan ordusunun misilsiz döyüş qüdrəti, Ali ...
Lənkəran Dövlət Universitetində (LDU) 15 sentyabr Bilik Günü tədbirini LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik edib. Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, lazımi qayğı ilə əhatə olunacaqlarını deyib. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov LDU-da ...
Lənkəran Dövlət Universiteti ənənəsinə sadiq qalaraq hər tədris ilində olduğu kimi bu il də tələblərini möhtəşəm yeniliklərlə qarşılayır. Belə ki, bu il LDU-da oğlan tələbələr üçün nəzərdə tutulmuş 5 mərtəbəli müasir tələblərə cavab verən yeni 250 yerlik yataqxana binası istifadəyə veriləcəkdir. Yataqxana 2 saylı tədris korpusunun ərazisində yerləşir. Otaqlar 2 nəfərlikdir.
Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şura yeni-2023/2024-cü tədris ilində ilk iclasını keçirib. Elmi şuranı universitetin rektoru, prof. Natiq İbrahimov açaraq iclas iştirakçılarını və LDU-nun bütün kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və gündəliyi açıqlayıb. İclasın gündəliyi təsdiqlənəndən sonra məsələlərin müzakirəsinə başlanılıb. İlk olaraq “Universitetin yeni strukturunun təsdiqi və əmək haqlarının artırılması haqqında” Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Bildirib ki, universitetdə cari tədris ilindən ümumilikdə əmək haqqı fondu 13.5% artırılır.Tədrisin təşkili ...
Lənkəran Dövlət Universiteti (LDU) tələbələrinə xoş müjdəmiz var. 2023/2024-cü tədris ilində oğlan tələbələr müasir tələblərə cavab verən yeni- 250 yerlik yataqxana binasından istifadə edə biləcəklər. Nəzərə alanda ki, hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından 5400 tələbə təhsil alır və daha 2000 nəfərin yeni tədris ilində bu ali təhsil ocağına qəbulu gözlənilir, onda oğlan tələbələri üçün yeni tələbə yataqxanasının istifadəyə verilməsinin necə böyük əhəmiyyət kəsb etdiyi aydın görünür.Qeyd edək ki, yeni yataqxana binası universitetin II saylı korpusunda ...