Xəbər lenti
LənkəranDövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəlitarixlərdən biri olan Xocalı qətlyamının 32-ci ildönümünə həsr olunmuş “Xocalısoyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir” mövzusunda konfrans keçirilib. LDU-nun Böyük akt zalında keçirilən konfransXocalı faciəsinin günahsız qurbanlarının və canlarını Azərbaycanın ərazibütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla anılması iləbaşlanıb.LənkəranDövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcəxalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısındayer aldığını bildirib, bu ...
Lənkəran Dövlət Universiteti(LDU) ilə Afyon Kocatəpə Universiteti arasında Erasmus+ KA171 layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən LDU-nun Baytarlıq təbabəti ixtisasının 4-cü kursunda təhsil alan Şəndil İsmayılova, İsa Hüseynzadə, Sadiq Pənahlı və Pənah Amanov 1 semestrlik (yaz semesterində) Afyon Kocatəpə Universitetində təhsillərini davam etdirmək şansı qazanıblar.Qeyd edək ki, tələbələrimiz artıq Türkiyədədirlər və Afyon Kocatəpə Universitetində qeydiyyatdan keçib tədris prosesinə başlayıblar. Tələbələrimizə uğurlar arzu edirik.
Lənkəran Dövlət Universitetində (LDU) 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı “Azərbaycan dili və ədəbiyyat” kafedrasında keçirilən tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. LDU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru Yədulla Ağazadə “Dilimiz milli sərvətimizdir” mövzusunda məruzə edib. Məruzəçi bu günün keçirilməsinin tarixi barədə danışaraq bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana ...
Lənkəran Dövlət Universitetinin koordinatorluq etdiyi və UNEC-lə birgə həyata keçiriləcək CREATİVE layihəsinin ilkin müzakirəsi keçirilib. Tədbirdə Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən Zaur Məmmədov, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova, “İqtisadiyyat və idarəetmə" fakültəsinin dekanı Gülbəniz Əliyeva və UNEC-in nümayəndəsi iştirak edib. Layihənin meneceri Günel Məmmədova layihədə görüləcək işlər haqqında məlumat verərək bildirib ki, təklif olunan layihə əsas diqqəti yaradıcı sahibkarlığın inkişafına və təhsil vasitəsilə yaradıcı sənayelərin inkişafına yönəltməklə güclü aktuallıq və potensial ...
Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında 2023-2024-cü tədris ilinin yaz semestrində bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə sonuncu tədris ili ixtisas qruplarında təhsil alan, bu semestr istehsalat və pedaqoji təcrübə keçəcək tələbələrlə görüş keçirilib. Tədbiri universitetinTədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açıb və təcrübənin təşkili ilə bağlı tələbələrə geniş açıqlama verib.Bildirib ki, bu semestr 204 tələbə istehsalat təcrübəsində, 572 tələbə pedaqoji təcrübədə iştirak edəcək. Təcrübələrin mütəşəkkil təşkil edilməsi üçün ixtisaslara müvafiq istehsalat ...
Məlumat.1. Fənn olimpiadası 13 aprel 2024-cü il tarixində, saat 10:30-da Lənkəran Dövlət Universitetinin II saylı tədris binasında (Lənkəran şəhəri, Əli Məmmədov küçəsi-40) keçiriləcəkdir;2. Olimpiada, fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə keçiriləcəkdir (9,10,11 - sinif şagirdləri üçün);3. İnformatika fənni üzrə olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan olimpiadada olduğu kimi kompüterdə proqramın yazılması və avtomatik qiymətləndirmə sistemi və yoxlanılması ilə aparılacaqdır;4. Olimpiadada 3 açıq tipli sual olacaqdır (İmtahan müddəti 2 saat ...
Rektor Natiq İbrahimov yazır: “Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”. Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqini bu sözlərlə tamamlaması qalib ölkənin qalib liderinin öz xalqına xeyir-duası kimi başa düşülməlidir. 7 Fevral- Növbədənkənar Prezident seçkiləri Azərbaycan dövlətçiliyinin tarixində taleyüklü məsələrdən biri idi və böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, xalqımız bu şərəfli vəzifənin öhdəsindən uğurla, layiqincə gələ bildi. Səsvermə günü seçki məntəqələrində yaşanan qələbəlik, ...
Milli Qəhrəman Vüqar Mürsəlov adına Cəlilabad rayon Göytəpə şəhər 1№-li tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri Lənkəran Dövlət Universitetində (LDU) olublar. Universitetin Asudə vaxtın və tədbirlərin təşkili şöbəsinin müdiri, dos. Müşfiq Bayramov, Təbiyyat fakültəsinin dekanı dos.Ramiz Şəmmədov, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dos.Kamal Mahmudov, Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri dos.Sənan Əzizov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri dos.Qədim Rufullayev şagirdlərə Lənkəran Dövlət Universitetinin son illərdə əldə etdiyi nailiyyətlər, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə görülən ...
Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi Lənkəran Dövlət Dram teatrının səhnəsində Akademik Milli Dram Teatrının “Manqurt” tamaşasını kollektiv şəkildə izləyib. Tamaşa Akademik Milli Dram Teatrının Lənkərana qastrol səfəri çərçivəsində nümayiş olunub. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor, müəllim, işçi heyəti tamaşanın rejissor həllindən, aktyor oyunundan razı qaldıqlarını bildiriblər. Gur alqışlar altında aktyor heyətinə təzə-tər çiçəklər təqdim olunub.Xatırladaq ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə ...
Azərbaycanın ən gənc seçicisi məlum olub. Bu, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin sığorta işi ixtisasının II tədris ili tələbəsi Mir-Rasif Rasim oğlu Heydərovdur. Mir-Rasif Heydərovun 18 yaşı növbədənkənar prezident seçkilərinin keçirildiyi 7 Fevral tarixində tamam olacaq. O, 2006-cı ildə Lənkəran rayonunun Seyidəkəran kəndində ziyalı ailəsində anadan olub, ailənin ilkidir. Bu gün Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova ölkənin ən gənc seçicisinə seçici vəsiqəsini təntənəli şəkildə təqdim edib, ilk dəfə səs verməsi və doğum günü münasibətilə kollektiv ...