Xəbər lenti



Şura iclasında  Elmi şuranın yeni tərkibi təsdiqləndi

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. Şura iclasını Elmi şuranın sədri, prof. Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “Lənkəran Dövlət Universitetinin Elmi Şurasının tərkibinin təsdiqi” olub. Bu barədə Baş elmi katib, dos. Allahşükür Quliyev məlumat verib.“2023/2024-cü tədris ilinin yaz semestrinin gedişi. I kollokviumlara hazırlığın vəziyyəti və gedişi” haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədovun məlumatı dinlənilib.LDU nəzdində Sosial və Aqrar Texnoloji ...

LDU-da 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Anım tədbirində universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.Tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. M. Məhərrəmov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə ...

LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Tədbiri LDU-nun rektorunun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov açıb və iştirakçıları “Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın ölkədə elmin inkişafına təkan verdiyini, bu sahədə ...

Martın 27-si Azərbaycanda “Elm günü”dür.  LDU elm və təhsilin inteqrasiyasında yeni mərhələdə

Azərbaycan Respublikasında elmin və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkə başçısı cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə martın 27-sinin Azərbaycan Respublikasında Elm Günü elan olunması bunun bariz sübutudur.Xatırladaq ki, müstəqillik əldə etdikdən sonra ölkəmizdə elm və təhsilin inkişafı Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi dövründə elmə və alimlərə göstərdiyi xüsusi diqqət və qayğısı bu sahənin dirçəlişinə öz müsbət təsirini göstərdi.Ümummilli lider Heydər Əliyev elm və ...

LDU-da bayram ovqatlı Novruz şənliyi

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl, əziz milli bayramı - Novruzun gəlişi əsl bayram coşqusu, ovqatı ilə qeyd edilib. LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyi universitetin rektoru, professor Natiq İbrahimovun kollektivə ünvanlanmış təbriki ilə başlayıb.Təbriki Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov təqdim edib. Bayram şənliyində 2023/2024-cü tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi adlı təqaüd LDU-nun iki tələbəsinə təqdim edilib. Universitetin tələbələri Fəridə Əzizova və İlkin Qurbanova pul ...

LDU təmsilçiləri beynəlxalq təlimdə

12-14 mart 2024-cü il tarixlərində Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu və Xəzər Universitetinin koordinatorluq etdiyi DİRNA (Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi) layihəsinin təşkilatçılığı ilə İtaliyanın L`Akuila şəhərində təlim keçirilib. Təlimdə Lənkəran Dövlət Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova və Texnologiya və texniki fənnlər kafedrasının baş müəllimi Vüsalə Muradova iştirak edib.Qeyd edək kİ, layihə ilə bağlı fəaliyyətlərdən əldə edilən öyrənmə nəticələri müxtəlif yollarla, o cümlədən, ölkədəki digər qurumlara öz repozitorlarının yaradılması və idarə olunmasında fəal şəkildə ...

8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib.

Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun universitetin və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin xanım əməkdaşlarına və tələbələrinə bayram təbrikini LDU-nun Baş Elmi katibi və Aparat rəhbəri Allahşükür Quliyev təqdim edib. Təbrikdə 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğu qeyd edilib, onlara minnətdarlıq bildirilib, xoş ...

LDU komandası 3-cü olub

20 fevral 2024-cü il tarixindən start götürən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub. Turnirdə 5 qrup üzrə 19 komanda mübarizə aparıb. Turnirin PLAY-OFF mərhələsi 04 mart 2024 –cü il tarixində Azərbaycan Texniki Universitetində baş tutub. PLAY-OFF mərhələsinə LDU futzal komandasının ilk qarşılaşması Ağdam Sosial-İqtisadu Kolleci ilə olub və futbolçularımız 5-3 hesabı ilə qalib gəliblər. ...

LDU-da iqtisadi mövzuda görüş

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin bir qrup əməkdaşı- AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev, Hüquq, kadr və icraya nəzarət şöbəsinin dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva və AQTA-nın Lənkəran-Astara regional bölməsinin sədri Xalid Ələkbərli Lənkəran Dövlət Universitetində olublar. Universitetin tədris işləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov, Asudə vaxtın və tədbirlərin təşkili şöbəsinin ...

Həmyerlimiz, ukraynalı professor LDU-da olub

Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin Beynəlxalq əməkdaşlıq üzrə prorektoru, professor Murad Ömərov Lənkəran Dövlət Universitetində olub, LDU-nun rektoru, professor Natiq İbrahimovla görüşüb.Səmimi və dostluq şəraitində keçən görüşdə hər iki universitet üçün ümumi maraq doğuran mövzular müzakirə edilib, birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və digər tədbirlərin təşkili, akademik mobillik çərçivəsində universitetlərarası müəllim, mütəxəssis mübadiləsinin həyata keçirilməsi müzakirə olunub. Görüş zamanı yeni informasiya texnologiyalarının inkişafı və tədbiqi ilə əlaqədar gənc tədqiqatçılar da daxil olmaqla birgə tədqiqat qruplarının yaradılması, innovasiya fəaliyyətinin təşkili ...