Xəbər lenti
28 iyun 2022-ci il tarixində ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin “Monterey-Lənkəran Dostluq Assosasiyası”nın icraçı direktoru, Monterey şəhərinin sabiq vitse-meri Nensi Selfric Lənkəran Dövlət Universitetində olub və rektor, professor Natiq İbrahimovla görüşüb. Xanım Nensini Monterey-Lənkəran Dostluq Assosiasiyasının həmsədri, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva, Monterey Peninsula Collecinin tələbəsi Cavad Kərimli, ADA Universitetinin əcnəbi tələbəsi Ceyms Ezimoha, ADA məktəbinin tələbəsi Səid Mehrəli müşayət ediblər.Səmimilik və dostluq şəraitində keçən görüşdən sonra Lənkəran Dövlət Universitetinin Beynəlxalq Dil Mərkəzinə ...
Lənkəran Dövlət Universitetində (LDU)Elmi şuranın növbəti iclası keçirilib. İclası şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ Təbriz Universitetinin professoru Cəlil Manafiana Lənkəran Dövlət Universitetinin “Fəxri professor” diplomunun təqdim edilməsi olub.Təbrizli alim barədə Azərbaycan Universitetinin prorektoru, professor Yusif Qasımov geniş danışıb. Bildirib ki, Cəlil Manafian təkcə Cənubi Azərbaycanda deyil, dünyada tanınan istedadlı riyaziyyatçı, məhsuldar alimdir. Dünyanın reytinqli jurnallarında yüzlərlə elmi məqaləsi dərc edilib və riyaziyyatçılar tərəfindən maraqla qarşılanıb.Yusif ...
17 iyun 2022-ci il tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən və Lənkəran Dövlət Universitetinin də (LDU) tərəfdaş olduğu ERASMUS+ KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə məlumatlandırma tədbiri keçirilib.Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsində ECAR layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, son illərdə təhsilin modernləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində LDU-da mühüm işlər görülüb, nəzərəçarpaq uğurlar qazanılıb. Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov ECAR layihəsi ...
Azərbaycan Respublikası Təhsil Nazirinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində uğur qazanmış layihələrdən biri də Lənkəran Dövlət Universitetinin “Çay və sitrus bitkilərinin istehsal texnologiyasının, istifadə strukturunun, emal və saxlanma proseslərinin optimallaşdırılması və onun universitetin elmi və təhsil potensialının artırılmasına təsiri” mövzusunda layihəsidir. ( Xatırladaq ki, layihənin büdcəsi 144517 AZN-dir). Qeyd edək ki, sözügedən layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi (“Donor”) ilə Lənkəran Dövlət Universiteti (“Resipiyent”) arasında 12 noyabr 2021-ci il tarixli müqavilə ...
Lənkəran Dövlət Universitetində (LDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iki həftədir ki, davam edir. İmtahan sessiyasını canlı izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov bu gün universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyib.Tələbələrə bilik sınağından üzüağ çıxmağı, sessiyanı uğurla başa vurmağı tövsiyə edən şura sədri imtahan prosesinin gedişi ilə tanışlıq zamanı tələbələrin rəylərini də dinləyib.Şura ...
Lənkəran Dövlət Universitetində (LDU) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda konfrans keçirilib. Onlayn formatda keçirilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Ulu öndər H.Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.LDU-nun rektoru, professor Natiq İbrahimov konfrans iştirakçılarını 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm ...
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində 11 may 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində (LDU) müəllim və tələbələr üçün növbəti maarifləndirici seminar keçirilib. Seminarı giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açaraq tədbirin məqsədi, əhəmiyyəti barədə geniş məlumat verib, Birləşmiş Millətlər Təşkilatının (BMT) 30 maddədən ibarət qəbul etdiyi İnsan Hüquqları haqqında Bəyannamə, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə görülən işlər, ...
Bu gündən- 03.06.2022-ci il tarixdən Lənkəran Dövlət Universitetində (LDU) əyani təhsilalma forması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrinin imtаhаn sеssiyаsına start verilib. Bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün əyani formada keçirilən imtahan sessiyası 05.07.2022-ci il tarixinədək davam edəcək. LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişi və tələbələrə yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə bu gün imtahan zallarına baş çəkib, tələbələrin semestr boyunca əldə etdikləri biliklərini əsaslı şəkildə nümayiş etdirmələri üçün əməli şəraitin yaradılmasını tapşırıb.Qeyd edək ki, bütün fаkültələr ...
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlər planınına uyğun olaraq Lənkəran Dövlət Universitetində (LDU) maarifləndirici seminar təşkil edilib.Seminarı giriş sözü ilə Təbiyyat fakltəsinin dekanı, biol.üz.f.d. dos. Ramiz Şəmmədov açaraq iştirakçıları tədbirin məqsəd və məramı ilə bağlı məlumatlandırıb. Ramiz Şəmmədov narkotik vasitələr, onların yayılması yolları, narkomanlığa qarşı mübarizə ilə əlaqədar ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə tibbi mövzuda maarifləndirici seminar keçirilib. Təbiyyat fakültəsinin müəllim və tələbələrinin qatıldığı tədbirdə LDU-nun Sosial məsələlər üzrə prorektoru, dos.Kamran Kazımov, Elm və innovasiyalar üzrə prorektoru dos.Elvin Əliyev çıxış edərək maarifləndirici seminarın olduqca əhəmiyyətli bir məsələyə həsr edildiyini bildiriblər, həmçinin, QİÇS xəstəliyini əsrin ən ağrılı problemi kimi dəyərləndiriblər.Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi Lənkəran Regional laboratoriyasının müdiri Gülşən İsmayılova çıxışında QİÇS nədir, ondan necə qorunmaq olar və xəstəliyə yoluxmamaq üçün görüləcək vacib ...