Xəbər lenti
Lənkəran Dövlət Universitetində (LDU) universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kolleclə birgə Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin Şuşa ili elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq tədbir keçirilib. Tədbirə Lənkəran-Astara Regional Təhsil və Regional Mədəniyyət İdarələrinin rəsmiləri də qatılıb.Tədbir iştirakçıları ilk öncə universitetin Böyük akt zalında universitet və LDU nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollec tələbələrinin “Şuşa ili”nə həsr olunmuş rəsm əsərləri və qurama əl işlərindən ibarət yaradıcı sərgi ilə tanış olublar.Tədbiri ...
Əziz həmvətənlər, Lənkəran Dövlət Universitetinin tələbələri, professor- müəllim, işçi heyəti! 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü Azərbaycan tarixinin şərəf, qürur salnaməsidir. Bu gün bu şərəfli tarixdən bizi 104 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı 28 Mayı şanlı tarixinin ən əlamətdar hadisəsi kimi böyük sevinc hissi ilə qeyd edir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ...
Lənkəran Dövlət Universitetində “28 May – Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbiri universitetin “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı dos.ZaurMəmmədov açıb. Müsəlman Şərqində ilk demokratik respublika hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi münasibətilə tədbir iştirakçılarını universitetin rektoru professor Natiq İbrahimovun adından təbrik edən Zaur Məmmədov 28 Mayı Azərbaycan tarixinin şanlı səhifəsi, qürur tarixi adlandırıb. Bildirib ki, Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət ...
27 may 2022-ci il tarixdə Lənkəran Dövlət Universitetinin I saylı tədris korpusunda LDU və Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “məzun yarmarkası” keçirilib. COVİD-19 pandemiyası səbəbindən yaranan 2 illik fasilədən sonra keçirilən bu günkü “məzun yarmarkası”na bölgədə fəaliyyət göstərən 50-dən artıq idarə, müəssisə və təşkilatlar tərəfindən ümumilikdə 450-yə yaxın vakant iş yerləri çıxarılıb.Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ...
26 may 2022-ci il tarixdə Lənkəran DövlətUniversitetində (LDU) Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda II elmi konfransı işinə başlayıb. Konfrans AzərbaycanRespublikası Dövlət Himninin səslənməsi ilə start götürüb.İkinci Qarabağ savaşında, Vətən müharibəsində həlakolan şəhidlərin xatirəsi konfrans iştirakçıları tərəfindən ehtiramla yad edilib.Lənkəran Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru,dosent Elvin Əliyev konfransı açıq elanedib və iştirakçılara LDU-nun rektoru, professor Natiq İbrahimovun salamınıçatdırıb. Elvin Əliyev universitetdə keçirilən belə mötəbər elmi tədbirin“Qarabağ Azərbaycandır” mövzusuna həsr olunmasının təsadüfi olmadığını, 44günlük ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planının icrası” ilə bağlı tədbir keçirilib.Ekoloji mövzuda keçirilən seminarı Təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədov açaraq su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə və s.barədə danışıb, içməli su ehtiyatlarının çatışmazlığını hazırkı dünyanın qlobal problemi kimi dəyərləndirib. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının icrasından danışan R.Şəmmədov bu ...
18 may 2022-ci ildə Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar olaraq maarifləndirici seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədov açmışdır. Təbiyyat fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Ülviyə Ağazadə və Fizika müəllimlyi ixtisasının I tədris ili tələbəsi Yəhya ...
LDU və Türkiyə Respublikasının İqtisadi inkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən “HOCA AHMET YESEVİ” 6-cı Uluslararası Bilimsel Araşdırmalar Konqresi və Beynəlxalq Çay Konfransı Lənkəran Dövlət Universitetinin Böyük akt zalında hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə start götürüb.Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. LDU rəsmisi bütün iştirakçıları salamlayıb, belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklərindən məmnun olduqlarını diqqətə çatdırıb, Azərbaycanla qardaş Türkiyə Cümhuriyyəti arasında son illərdə bütün sahələrdə möhkəmlənən dostluq ...
Dövlət Məşğulluq Agentliyi Lənkəran Dövlət Universitetində (LDU) “Karyera planlamasına dəstək” adlı maarifləndirici tədbir keçirib. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının şöbə müdiri Nahid Nağdıyev, Mərkəzi Karyera filialının şöbə müdiri Pərviz Əfəndiyev, həmin filialın aparıcı mütəxəssisi Mikayıl Tağıyev iştirak ediblər. Tədbirdə çıxış edən Mikayıl Tağıyev tələbələrə əmək bazarında uğur əldə etmənin yolları barədə tövsiyyələrini verib. İşə qəbulla bağlı əmək bazarında hansı keyfiyyətlərə üstünlük verilir, peşəkarlıq səviyyəsi necə ölçülür, şəxsi brendlə bağlı məsələlər və s. ətrafında diskussiya aparılıb. Tədbirdə Azərbaycanda ...
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Regionların sosial iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində rəqəmsal iqtisadiyyatın rolu” mövzusunda respublika elmi-praktiki konfransının işinə dövlət himnimizin ifası ilə start verilib.Konfransı Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. Rektor giriş nitqində ulu öndərin Azərbaycan dövlətinin tarixində oynadığı roldan, ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyətindən, təhsilin inkişafına göstərdiyi qayğıdan və bu uğurlu siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıb.LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, ...