Xəbər lenti



Lənkəran Dövlət Universitetində imtahan sessiyasına start verilib.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Lənkəran Dövlət Universitetində (LDU) 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gün -7 yanvar tarixində start verilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkərək imtahanların gedişini əyani izləyib.Universitet rəsmisi imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinatorlar və imtahanların gedişinə məsul digər şəxslərlə görüş keçirib. Görüş iştirakçılarını yeni təqvim ili münasibəti ilə təbrik edən professor Natiq İbrahimov payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini onlarla ...

LDU-nun Elmi Şurası 2019-cu ildə son iclasını keçirilib

Bugün Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın 2019-cu ildə son iclasıkeçirilib. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iclası açaraq gündəlikdəduran məsələləri şura üzvlərinin diqqətinəçatdırıb.Müzakirəyəkeçməzdən əvvəl professor Natiq İbrahimov şura üzlərini vəonların simasında universitetin bütün kollektivini 31 dekabr –Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü və yeni-2020-ci il münasibətilə təbrik edərək xoş bayramarzularını çatdırıb,səmərəli fəaliyyətlərinə görə minnətdarlıq bildirib.ElmiŞuranın müzakirəsinə ilkin olaraq “Payız semestrində tədris prosesininyekunları barədə” məsələ çıxarılıb.Bu barədə Tədrisin təşkili və təlimtexnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərovun məlumatı dinlənilib. ...

Lənkəran Dövlət Universitetində “Yeni il  karnavalı”.

LənkəranDövlət Universitetində (LDU) 31 dekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2020-ci il münasibəti ilə “Yeniil karnavalı” keçirilib. Bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edənprofessor Natiq İbrahimov açıb və bütün iştirakçılara xoş bayram arzularınıçatdırıb.Universitet rəsmisi başa çatmaqda olan ilin yekunlarından, 2020-ci ildəqarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərindəuğurlar arzu edib.Yeniil tədbirində 2019-cu ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsiluğurları ilə seçilən yubilyar müəllimlərə ,tələbələrə,idmançılara fəxri-fərman,təşəkkürnaməvə pul mükafatları təqdim edilib.Şaxtababa və Qar qızın qonaq olduğu “Yeni ilkarnavalı” şux , şaqraq ...

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun yeni il təbriki.

Dəyərli həmvətənlər!Hörmətli professor-müəllim heyəti!Əziz tələbələr!Hamınızı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2020-ci il münasibəti ilə ürəkdən təbrik edirəm.Bu gün böyük fəxrlə deyə bilərik ki, yola saldığımız 2019-cu il Azərbaycan xalqı üçün əlamətdar hadisələrlə, möhtəşəm yeniliklərlə yaddaqalan oldu.Xalqımız bu il elliklə Şərqin ilk demokratik respublikasının ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin 100 illik yubileyini böyük təntənə ilə bayram etdi. Ümummilli lider H.Əliyevin “Azərbaycan xalqının,Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU-nun 100 illik yubileyi bizim üçün həm də ...

LDU-da “Samsung” Virtual Tədris Mərkəzinin açılışı olub.

Lənkəran Dövlət Universitetində (LDU) “Samsung” Virtual Tədris mərkəzi” nin açılışı olub.Açılış mərasimində “Nərgiz” Xeyriyyə Fondunun və “Samsung” şirkətinin təmsilçiləri,universitetin professor-müəllim-tələbə heyəti iştirak edib.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq qonaqları salamlayıb və iştirakçılara mərkəz barədə məlumat verib.Bildirib ki, tədris mərkəzi “Nərgiz” Xeyriyyə Fondunun və elektron qurğuların istehsalı və satışı üzrə dünyada tanınan “Samsung” şirkətinin maliyyə dəstəyi ilə ölkədə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Lənkəran Dövlət Universitetində yaradılıb. Mərkəzdə bütün fənnlər üzrə tədrisin yüksək səviyyədə və ...

LDU-da gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilir.

Lənkəran Dövlət Universitetində (LDU) “Müasir təlim texnologiyalarının tətbiqolunmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda gənc tədqiqatçıların respublika elmi-praktik konfransı öz işinə başlayıb.Konfrans dövlət himnimizin ifası ilə start götürüb. LDU ilə yanaşı, ölkənin aparıcı ali təhsil müəssisələrindən,elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələrin, görkəmli alimlərinqatıldığı konfransı Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edənprofesor Natiq İbrahimov açıb.Natiq İbrahimov rəhbərlik etdiyi ali məktəbdə son illərdə keçirilmiş müxtəlifyönümlü beynəlxalqvə respublika miqyaslı elmi konfranslar barədə iştirakçılara məlumat verib. Bildiribki, bugünkü konfransın keçirilməsində əsas məqsəd müasir təlim texnologiyalarının tədbiqolunmasının təhsilin ...

LDU ali təhsillə bağlı layihənin iştirakçısı oldu.

Azərbaycan Təhsil İnstitunun direktor müavini Anar Nağıyev qurumun bir qrup əməkdaşı ilə birgə Lənkəran Dövlət Universitetində (LDU) olub.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Təhsil İnstitunun təmsilçilərinə LDU , burada son illərdə ali təhsilin yenilənməsi istiqamətində həyata keçirilən layihələrlə bağlı məlumat verib.Təhsil Nazirliyinin direktor müavini Anar Nağıyev Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat,ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi barədə danışıb.Bildirib ki, layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası ...

LDU-da iqtisadi mövzuda təlim keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) “Elektron bankçılığın inkişafı” mövzusunda təlimkeçirilib. “ 2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişləringenişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasıistiqamətində keçirilən tədbirdə mütəxxəssislər, tələbə və müəllimlər iştirakedib.Unibank ASC-nin Lənkəran filialının direktoru Rövşən Abbasov “Nağdsız ödənişlərdəinnovasiyaların tətbiqi”, Rabitəbank ASC-nin Lənkəran filialının direktoruElçin Abiyev “Bankçılıqda motivasiya”mövzularında məruzə ediblər.Sonra tələbələr üçün iqtisadi mövzuda viktorina keçirilib.Qalib gələnlər mükafatlandırılıb və təlimdə fəal iştirak edəntələbələrə sertifikatlar təqdim olunub.

LDU-da yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib.

LənkəranDövlət Universitetində (LDU) FHN-ninDYNX-nin Cənub Regional DYNİ-nin təşkilati təstəyi ilə yanğın təhlükəsizliyi ilə bağlı profilaktik tədbirkeçirilib.Universitetin müəllim və tələbələrininqatıldığı tədbirdə Cənub Regional DYNİ-nin inspektorları Murad Əbilov və NurlanHəmzəyev fövqaladə hallar sırasında ən geniş yayılmış hadisələrdən olanyanğınların törənməsi səbəbləri, onların lokallaşdırılması, nəticələrinin operativaradan qaldırılması,qarşısının alınması barədə iştirakçılara ətraflı məlumatveriblər.Tədbirinpraktik hissəsində baş vermiş yanğının söndürülməsi tələbələrə əyaniolaraq göstərilib, yanğınların söndürülməsiqaydaları ,daxili yanğınsöndürmə vasitələri haqqında lazımi bilgilər verilib,iştirakçıları maraqlandıransuallar cavablandırılıb.

LDU-da Turizm Könüllüləri Təşkilatının təqdimatı keçirilib.

Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və idarəetmə” fakültəsinin təşkilatçılığı ilə Turizm Könüllüləri Təşkilatının təqdimatı olub. Dövlət Turizm Agentliyinin turizm könüllüləri təşkilatının direktoru Hüseyn Məmmədovun və Lənkəran TİM-in direktoru İlqar Əzimovun iştirakı ilə təşkil olunan görüşdə tələbələrə Turizm Könüllüləri Təşkilatının məqsədi, fəaliyyət istiqamətləri, gələcək planları, həyata keçiriləcək layihələr və inkişaf proqramları, sosial və ekoloji aksiyalar, könüllülər tərəfindən ictimai formada turistlərə yardımın təşkili və bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmliliyi barədə məlumat verilib. Bildirilib ki, təşkilatın əsas məqsədi ona üzv ...