Xəbər lenti
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları ilk öncə H.Əliyev xatirə parkında ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar.Anım mərasimi universitetin Heydər Əliyev muzeyində davam etdirilib.Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolundan və fəaliyyətindən söz açaraq, ulu öndərin Azərbaycanın müstəqillik qazanmasında, eyni ...
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən Elmi şurada gündəlikdə duran məsələlərin müzakirəsinə keçilməzdən əvvəl, başa çatmaqda olan ilin yekunlarından söz açılıb.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 2019-cu ili LDU-nun tarixində ən uğurlu il kimi səciyyələndirib.Bildirib ki, universitetin tarixində ilk dəfə olaraq məhz 2019-cu ildə 2 yeni tədris korpusu, 160 yerlik yataqxana inşa olunub, tədris avadanlıqları yenilənib, modern laboratoriyalar alınaraq quraşdırılıb,xarici əlaqələr genişləndirilib,müəllim, doktorant, magistrant və tələbələrin elmi yaradıcılığa həvəsi artıb,nüfuzlu elmi nəşrlərdə çıxan elmi məqalələrin sayında artım müşahidə olunub.Universitet ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi qeyd edilib.“Azərbaycan dili,ədəbiyyatı və onun tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda tələbə və müəllimlər iştirak edib.Kafedranın dosenti Mirhüseyn Abbas “Əhməd Ağaoğlunun ictimai mühiti və yaradıcılığı” barədə geniş məruzə edib.Məruzəçi bildirib ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi ...
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Azərbaycan dili milli varlığımızdır” adlı inşa müsabiqəsinin qalibləri bəlli olub. “Azərbaycan dili ,ədəbiyyatı və onun tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisas qrupları arasında keçirilən inşa müsabiqəsində I yeri həmin ixtisasın 3-cü tədris ili tələbəsi Mərziyə Nuriyeva, II yeri 2-ci tədris ili tələbəsi Fidan İbrahimzadə, III yeri 3-cü tədris ili tələbəsi Rabiyə Mirzəyeva tutublar.Sözügedən ixtisasın II tədris ili tələbəsi Fidan İmanzadə həvəsləndirici yerlə kifayətlənib.İnşa müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar.
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub. Buxara Vilayət Hakiminin müavini Vahid Hiyezovun, Vilayət Mədəniyyət İdarəsi rəhbərinin müavini Qalibcon Barotovun, Vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabinetinin yanında Xarici Ölkələrlə Dostluq Əlaqələri, Millətlərarası Münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətini universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ,müəllim və tələbələr qarşılayıblar.Universitet rəsmisi özbəkistanlı qonaqlara bölgənin yeganə ali ...
Görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq Lənkəran Dövlət Universitetində (LDU) seminar keçirilib.Universitetin baş müəllimi,folologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev seminarda “Məmməd Cəfər yaradıcılığının mövzu və problem əhatəsi” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, akademik Məmməd Cəfər Cəfərov ömrünün ...
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani 22-24 noyabr 2019-cu il tarixində Lənkəranda keçiriləcək İndoneziyanın Mədəniyyəti Proqramı çərçivəsində diplomatik qurumun bir qrup əməkdaşı ilə birlikdə Lənkəran Dövlət Universitetində (LDU) olub.Hörmətli qonaqları LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb.Universitet rəsmisi Azərbaycan və İndoneziya dövlətləri arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açıb. O, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı danışıb, dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumlarla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.Natiq İbrahimov ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı maarifləndirici seminar keçirilib.“Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin yaratdığı fəsadlar,narkomaniyadan qorunmağın yolları, xəstəliyin müalicəsi və reabilitasiyası” mövzusunda keçirilən seminarda LDU-nun tələbə və müəllimləri fəal iştirak edib.Təbiyyat fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dos. Ramiz Şəmmədov ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq növbəti maarifləndirici tədbir keçirilib.“Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası” mövzusunda keçirilən seminarı giriş sözü ilə universitetin sosial məsələlər üzrə prorektoru dos. Kamran Kazımov açaraq 14 noyabr- Ümumdünya diabet günü ilə bağlı iştirakçılara məlumat verib. Bildirib ki, universitet tələbələri arasında şəkərli diabet xəsəliyindən əziyyət çəkənlərin mütəmadi uçotu aparılır ...
Lənkəran Dövlət Universitetində (LDU) Mərkəzi Bankın təşəbbüsü və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun təşkilati dəstəyi ilə “Maliyyə savadlılığı”na dair təlim keçirilib.Tədbiri “Maliyyə idarəetməsi və audit” kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent Əlixan Bədəlov açıb.“Maliyyə savadlılığı” təliminin kecirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” ayrıca strateji hədəf kimi qeyd olunub və maliyyə savadlılığının əhəmiyyəti bir ...