Xəbər lenti



Elmi şuranın növbəti iclası keçirilib.

İclası Elmi şuranın sədri, Lənkəran DövlətUniversitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb vəgündəlikdə duran məsələlərlə bağlı şura üzvlərini məlumatlandırıb.İlkinolaraq Lənkəran Dövlət Universitetinin yeni nizamnamə layihəsi müzakirəyəçıxarılıb.Bu barədə rektorun müşaviri,professor Mikayıl Məhərrəmov məlumatverib.M.Məhərrəmov yeni nizamnamə layihəsinin əsas istiqamətləri, əvvəlkidən fərqlicəhətləri,özəl xüsusiyyətləri barədə ətraflıdanışıb və sualları cavablandırıb.Universitet “Elmi və Tədris-Metodiki” Şurasında baxılanişlərin müzakirəsi ilə bağlı məlumatı Elmi katib Allahşükür Quliyev təqdimedib.Müzakirəyə çıxarılan işlər açıq səsvermə yolu ilə təsdiq edilib.Elmi şuraİqtisadiyyat və idarəetmə fakültəsinin illik hesabatını da dinləyib.Hesabatıfakültənin dekanı dosent Gülbəniz ...

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Təbriki.

18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Lənkəran Dövlət Universitetinin bütün kollektivini,professor-müəllim-tələbə heyətini,sizin simanızda bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.Dövlət müstəqilliyinin əldə ...

LDU Ukrayna universiteti ilə əməkdaşlıq edəcək.

LDU Ukrayna universiteti ilə əməkdaşlıq edəcək.Lənkəran Dövlət Universiteti(LDU) ilə Ukraynanın Xerson Dövlət Aqrar Universiteti arasında təhsil sahəsində əməkdaşlıq barədə ikitərfli müqavilə imzalanıb.Müqaviləyə əsasən tərəflər birgə elmi tədqiqatlarınaparılmasını, akademik heyətin 1 və ya 2 semesterlikmübadiləsini, birgə elmi məqalələrin nəşrini və mübadiləsini, beynəlxalqsimpoziumların, konfransların və digər akademik görüşlərin təşkilinihəyata keçirəcəklər.Müqaviləni Lənkəran Dövlət Universiteti tərəfdən LDU-nun rektoru vəzifəsini icra edən prof.Natiq İbrahimov və Xerson Dövlət Aqrar Universitetinin rektoru, prof. Y.E. Kirilov imzalayıblar.Universitetlər arasında əməkdaşlıq barədə ikitərəfli müqavilə 5 il müddətində qüvvədə qalacaq.

 LDU-da  psixoloqlar üçün seminar keçirilib.

AzərbaycanRespublikası Təhsil Nazirliyinin “Ümumitəhsil müəssiələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavətədbirlər barədə Fəaliyyət planı”nın həyata keçirilməsinə dair müvafiq əmrinəuyğun olaraq , Lənkəran Dövlət Universitetində “Astara-Lənkəran ümumtəhsil məktəbpsixoloqları və “Təhsildəsosial-psixoloji xidmət” ixtisasının tələbələrinin iştirakı ilə praktik seminarkeçirilib. “Humanitar fənlər” kafedrasının müdiri,pedaqogika üzrə fəlsəfə doktoru, dosent Afiq Əliyev iştirakçılara seminarınmövzusu və əsas istiqamətləri barədə məlumat verib.Kafedranın müəllimi Şahin Mehrəliyev“Məktəbdə sosial-psixoloji xidmətin istiqamətləri” mövzusunda “Rorşax”psixodiaqnostik metodun praktik tətbiq olunması qaydaları” ilə əlaqədar təqdimatedib.Təqdimatda tətbiq olunan qaydaların əsas istiqamətləri üzrə seminarıniştirakçılarına ...

LDU təmsilçisi Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXII Baş Assambleyasının iclasında iştirak edib.

İranİslam Respublikasının Rəşt şəhərində yerləşən Gilan Universitetində Xəzəryanıölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXII Baş Assambleyasınıniclası keçirilib. Assambleyanın iclasında Azərbaycan Respublikasından 3 (BDU, LDU və AzTU), Rusiya Federasiyasından 8 ,Qazaxıstan Respublikasından 3 , İran İslam Respublikasından 19 universitetdən nümayəndələriştirak ediblər.Bu mötəbər elmi tədbirdə Lənkəran Dövlət Universitetini rektorun müşaviri, texnika üzrə elmlərdoktoru, “Texnologiya və texniki fənlər” kafedrasının professoru Mikayıl Məhərrəmovtəmsil edib. Assambleya iclasında nümayəndələr Assosiasiyanın qarşısında duran vəzifələr- elmvə təhsil əlaqələrinin dərinləşdirilməsi və intensivləşdirilməsi, ...

 Elmi şura növbəti iclasını keçirib.

Lənkəran Dövlət Universitetində(LDU) fəaliyyət göstərən Elmi şuranın növbəti iclası keçirilib.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iştirakçıları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək bayram arzularını çatdırıb.Professor Natiq İbrahimov Respublika Təhsil Nazirliyinin LDU-nun bir qrup əməkdaşını səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə təltif olunması xəbərinin sevincini şura üzvləri ilə bölüşüb. LDU-nun “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti Əliağa Baxşıyevə təltif olunduğu “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi “ döş nişanını və bayram hədiyyəsini təqdim edən universitet rəsmisi qocaman müəllimə xoş arzularını bildirib ...

ABŞ səfirliyinin müşaviri LDU-da olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsilişləri üzrə müşaviri Riçard Pinkham cənubbölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.Hörmətliqonağı səfirliyin maarifləndiriciproqramlar üzrə direktoru Aydan Əsgərova müşayət edib.LənkəranDövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov cənabRiçard Pinkhama universitetdə son illərdə təhsilin səviyyəsinin keyfiyyətcəyaxşılaşdırılması istiqamətində görülən işlərdən,təcrübi istiqamətdə aparılanyenilənmələrdən danışıb.Bildirib ki, cari təhsil ilində LDU-da iki yeni tədriskorpusu və 160 yerlik yataqxana inşa olunaraq tələbələrin ixtiyarınaverilib.Universitetin özünün turizm tədris bazası,modern laboratoriyaları,təcrübəsahələri mövcuddur.LDU hazırda Türkiyənin və Avropanın 40-dən artıq ali təhsilmüəssisəsi ilə ...

LDU-da  vətənpərvərlik mövzusunda tədbir keçirilib.

AzərbaycanRespublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının 2019-cu ilin 1-ci Qrant müsabiqəsinin qaliblərdən biri olan “TuranAraşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində (LDU) vətənpərvərlikmövzusunda tədbir keçirib.Tələbə vəmüəllimlərin qatıldığı tədbiri LDU-nun socialməsələlər üzrə prorektoru dosent Kamran Kazımov açaraq bildirib ki, “Vətən namusdur! Vətən şərəfdir!Vətən qorunacaq tək hədəfdir!” adlı layihənin əsas məqsədi Vətənəməhəbbət, ilk növbədə dilimizə, milli musiqimizə, tarixi keçmişimizə,folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrəhörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasınahər an hazır olmağı bir daha insanlara aşılamaqdır. “Turan ...

Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının və tədris korpuslarının açılışında iştirak edib.

Respublika Təhsil Nazirinin müavini Firudin Qurbanov yeni tədris ilinin ilk günü Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimində iştirak edib. Açılış mərasimindən əvvəl Azərbaycan xalqının ümummlili lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə təzə-tər çiçəklər düzüblüb.Şıxəkəran kəndində inşa olunmuş yeni tədris binasının açılışından sonra rəsmilər Lənkəran Dövlət Universitetində (LDU) tələbə yataqxanasının və 2 yeni tədris binasının açılış mərasiminə qatılıblar.Rayon rəsmilərinin,universitetin professor-müəllim-tələbə heyətinin, rayon ictimaiyyətinin nümayəndələrinin, valideynlərin iştirak etdiyi açılış mərasimini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq ...

 AMEA-nın əməkdaşları LDU-da olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) bir qrup əməkdaşı bu gün Lənkəran Dövlət Universitetində (LDU) olub.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov AMEA-nın əməkdaşlarına LDU-da təhsilin və elmin inkişafı istiqamətində görülən son işlər barədə ətraflı məlumat verib.MBBİ-nin laboratoriya müdirləri,biologiya elmləri doktorları Yaşar Feyziyev,Səftər Süleymanov,biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov söhbət zamanı təmsil etdikləri universitetdə aparılan elmi-tədqiqat işlərindən,elmi kadrların hazırlanması istiqamətində son yenilənmələrdən,yeni laboratoriyalardan söz açıblar.Diskussiya zamanı tələbə,magistr,doktorantların hazırlanması və elmi-texniki sahələrdə mütəxəssislərin mübadiləsi,LDU-nun bakalavr ...