Xəbər lenti



 Gəncə terroru ermənilərin törətdiyi dəhşətli cinayətdir!

İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 ...

Azərbaycan bayrağına!

Əziz BAYRAĞIM! Əzəmətlə dalğalandığın Vətən torpağının övladları ağır sınaqdadır. Mənfur düşmənin layiqli cavabı verilir, ulduza hürən köpək kimi dabanına tüpürüb qaçır. Torpaq uğrunda ölən varsa, Vətəndir! - deyən minlərlə oğlun Vətənə xidmət üçün şəhidliyə tələsir! Bu bir həqiqətdir ki, biz bu dərəcədə Azərbaycan xalqının birliyinin şahidi olmamışdıq. Bu birlik isə birmənalı olaraq Möhtərəm Prezidentimiz İlham Əliyevlə bağlıdır. Cənab Prezidentimizin qətiyyəti, əzmkarlığı, diplomatiyası düşmənin bütün fitnə-fəsadını darmadağın etdi. Xalqımızda heç zaman olmayan qələbə əzmkarlığını yaratdı, qələbənin xoş inam müjdəsini evlərə gətirdi. ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də “Euronews” televiziyasına müsahibə verib.

-İndi Azərbaycan Prezidenti İlham Əliyev bizimlə bağlantıdadır. Vaxt ayırdığınıza görə təşəkkür edirəm. Atəşkəsin əldə olunması və gərginliyin deeskalasiyası ilə bağlı beynəlxalq ictimaiyyətin güclü və davamlı təzyiqi var. Döyüşlər davam edir, hətta daha da gərginləşir. İndi Sizin münaqişədə məqsədiniz nədən ibarətdir?-Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. İndiyədək demək olar ki, 30 ...

Azərbaycan ordusu tarix yazır!

Azərbaycan ordusunun davamlı hücumları qarşısında tab gətirməyən Ermənistan silahlı birləşmələrinin tamamilə məğlub olması qaçılmaz bir məsələdir.Sentyabr ayının 27-dən başlayaraq bütün cəbhə boyu istiqamətində Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara rəşadətli Azərbaycan Ordusu layiqli cavab verir və bu, bizi qəlbən sevindirir. Müzəffər ordumuz Sialhlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikəri düşmən tapdağından azad etməklə xalqımıza böyük sevinc bəxş etdi. Azərbaycan 27 ildən sonra möhtəşəm zəfər tarixi yazmaqla bir daha ...

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Beynəlxalq Müəllim Günü münasibəti ilə  təbriki

Bu ilki Beynəlxalq Müəllim Gününü olduqca gərgin şəraitdə, xalqımızın taleyüklü Qarabağ probleminin müharibə yolu ilə həll olunduğu bir vaxtda qeyd edirik. Erməni qəsbkarları 30 il müddətində işğal etdikləri əzəli, əbədi torpaqlarımızı, xalqımız üçün qeyrət simvolu olan Qarabağımızı dinc yolla qaytarmayacaqlarını açıq-aşkar bəyan etdikdən, ölkəmizə qarşı növbəti təxribata əl atdıqdan sonra hərb yolu qaçılmaz olub.Artıq şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini ağır döyüşlər bahasına geri qaytarıb.Mən bu Qələbə münasibətilə bütün Azərbaycan xalqını, Lənkəran Dövlət Universitetinin kollektivini ürəkdən təbrik ...

Qələbəyə gedən yol milli birliyimizdən keçir.

İşğalçı Ermənistan 30 ildən artıqdır ki, Azərbaycanın 20 faizdən çox torpaqlarını işğal etmişdir. Bu illər ərzində bir sıra Beynəlxalq təşkilatların iştirakı ilə məsələnin sülh yolu ilə həll edilməsi istiqamətində çoxlu səylər göstərilsə də, nəticəsiz qaldı. Bu gün güclü liderə və orduya malik, öz müqəddaratını özü həll etməyə qadir olan ölkəmiz vətəni düşməndən təmizləmək üçün ayağa qalxmışdır. Ali Baş Komandanın əmrinə əsasən hər birimiz Vətən müharibəsində iştirak etmək üçün hazırıq. Lənkəran Dövlət Universitetinin bütün əməkdaşları ordumuza, igid döyüşçülərimizə, Ali Baş ...

Qarabağ Azərbaycandır!

Azərbaycan öz torpaqlarını işğalçı Ermənistanın silahlı birləşmələrindən azad etdikcə rəsmi Yeravanın militarist bəyanatları da çoxalır. Ermənistanın indiki siyası –hərbi rəhbərliyinin bu cür cılız və məsuliyyətsiz bəyanatları 30 ildir həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Rəsmi Yeravanın bu mövqeyi ümumilikdə Qafqaz bölgəsində gərginliyin artmasına gətirib çıxarmışdır. Son günlər rəşadətli ordumuzun apardığı uğurlu əməliyyatlar düşmənin son nəfəsinin olduğunu göstərir. Erməni qəsbkarları həmişəki xislətlərinə sadiq qalaraq, mülki vətəndaşları hədəfə alırlar. Düşmənlərimiz bununla Azərbaycanda müəyyən çaxnaşmaların yaranmasına nail olacaqlarını ...

Qələbə günü uzaqda deyil!

Azərbaycan xalqı çox məkrli, arxalı qəvi bir düşmənlə öz ərazisində çox haqlı olaraq öz torpaqları uğrunda mübarizə aparır. Bizim tərəfimizdən bu müharibə çox ədalətli Vətən müharibəsidir, çünki biz işğal olunmuş öz halal torpaqlarımıza iddialıyıq. Xalqımız öz Prezidentinin ətrafında sıx birləşərək xalqla dövlətin birliyini və həmrəyliyini nümayiş etdirməklə yanaşı, qələbəyə böyük əzm və inamlarını da ifadə etmiş oldu.Biz bu mübarizədə Prezidentimizin böyük siyasi iradəsinə, qətiyyətli mövqeyinə və şərlə debatda fərqli mürtəce, neondertal düşüncələri sındıran, məhv edən, dünya efir məkanında kimin kim ...

Qələbə bizimlədir!

Azərbaycanın rəşadətli ordusu işğal olunmuş torpaqlarımızda Ermənistan silahlı birləşmələrinin hücümunu dəf etmiş və hal-hazırda uğurlu əks hücum əməliyyatları aparır. Düşmənə vurulan ağır zərbələr onun daha da azğınlaşmasına və mülki vətədaşların yaşadığı yaşayış məntəqələrinin atəşə tutulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyası və hərbi maraqlarımız yoxdur” –fikrini bütün ictimaiyyətə bəyan etməsi ölkəmizin ədalətli mövqeyindən xəbər verir. Mən Lənkəran Dövlət Universitetinin əməkdaşı olaraq, Ali Baş Komandanın tərəfində olduğumu bəyan edirəm və lazımı vaxtda tələb olunan yerdə -döyüş ...

Biz birlikdə güclüyük!

İllərdir ki, Azərbaycanın torpaqlarına göz dikən, xalqımızın inkişafına, tərəqqisinə, ölkəmizin güclü dövlət kimi formalaşmasına dözə bilməyən bədnam qonşularımız xarici havadarlarının köməyi ilə işğal etdikləri torpaqlarımızda tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimizi məhv etməkləri azmış kimi, torpaqlarımızı yenidən işğal etmək istəyi ilə 27 sentyabr tarixində cəbhə boyu hücuma keçmişlər. Güclü ordumuzun layiqli müqavimətinə tuş gələn düşmən müxtəlif məkrli yollarla istəyinə nail olmağa çalışır. Lakin artıq dünya arenasında güclü orduya, müdrik rəhbərə və ölkənin ağır günündə öz rəhbəri ətrafında sıx birləşməyi bacaran vətənpərvər xalqa ...