Xəbər lenti



LDU  Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat köçürüb.

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının qərarı ilə universitetin kollektivi adından Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait köçürülüb. Elmi Şuranın onlayn keçirilən iclasında iştirakçılar birmənalı olaraq bildiriblər ki, erməni qəsbkarları ilə gərgin döyüşlərin getdiyi hazırkı dönəmdə bu addımı atmaq vacibdir və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın , qurumun üzərinə böyük məsuliyyət düşür. Elmi Şurada qeyd edilib ki, cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək ...

Bilsin ana torpaq, eşitsin Vətən !

Bəli, ana torpaq, Vətən, bütün dünya bilsin, eşitsin ki, mən, sən, biz-hamımız, Lənkəran Dövlət Universitetinin bütün kollektivi, bütün Azərbaycan xalqı bu gün müsəlləh əsgərdir. Bu gün hamımız bir nəfər kimi Azərbaycanımızın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması naminə birik, birgəyik, Vətən müharibəsinin müsəlləh əsgəriyik! Böyük fəxarət hissi ilə deyirik ki, bu gün Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələri, etnik azlıqlar, milli birliklər, siyasi partiyalar ölkə başçısı cənab İlham Əliyevin yanındadır.Ölkə başçısının Qarabağı , işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından ...

 Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb.

29 sentyabr 2020, 21:30 Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib.Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar.Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmısınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır.Prezident İlham Əliyev: Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat ...

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan məktəblilərimiz.

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın ...

Qarabağ Azərbaycandır! Biz qalib gələcəyik!

Bu gün Azərbaycan öz tarixinin ən çətin, ən şanlı , ən fəxrli məqamını yaşayır. Azərbaycan ordusu itirilmiş torpaqlarımızın qaytarılması istiqamətində ölüm-dirim savaşına başlayıb və bu savaşı uğurla davam etdirir. Bu mübarizədə Azərbaycan xalqı öz dövlət başçısının yanında, öz ordusunun arxasındadır.Bizim mübarizəmiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan haqq mübarizəsi aparır! Azərbaycanın ...

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin xalqa müraciəti- Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi ...

LDU-da yeni tədris ilinin başlanması  onlayn qeyd edildi.

Lənkəran Dövlət Universitetində (LDU) -da yeni -202/2021-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.Onlayn formatda keçirilən tədbirə universitetin professor-müəllim heyətinin təmsilçiləri, dekan, kafedra müdirləri,Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının rəsmiləri, fəal tələbələr qatılıblar.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və yeni tədris ilinin başlanması münasibəti ilə LDU-nun bütün kollektivini, tələbə müəllim heyətini təbrik edərək uğurlar arzulayıb.Universitet rəsmisi cari tədris ilinin xüsusi karantin rejimində başladığını , koronavirus pandemiyasının-COVİD-19-un tədris prosesinin normal qaydada təşkilinə əngəl yaratdığını ...

Elmi Şura tədrisin təşkili  ilə bağlı yeni qaydaları təsdiq etdi.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın bu dəfəki iclası da xüsusi karantin rejimi ilə əlaqədar olaraq onlayn keçirilib. İclası Elmi Şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və ilk öncə yeni-2020/ 2021-ci tədris ilinin başlanması münasibəti ilə tədbirin bütün iştirakçılarını, universitetin professor-müəllim-tələbə heyətini təbrik edərək uğurlar arzulayıb.Şura sədri bu günki iclasın müzakirəsinə olduqca vacib məsələlərin çıxarıldığını deyərək iştirakçıları müzakirədə aktiv olmağa çağırıb.Müzakirəyə çıxarılan iki məsələ - “Yenilənmiş təhsil standartları əsasında tərtib olunan universitetin bakalavr və ...

Azərbaycan Memarlıq və İnşaat Universiteti Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.#Hər ZamanTəhsilAzMİU-da qabiliyyət imtahanları sentyabrın 16-dan başlayacaqSentyabrın 16-dan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək, proses sentyabrın 18-də yekunlaşacaq. Abituriyentlərin tapşırıqlarını qiymətləndirmək üçün Qabiliyyət İmtahanı Komissiyası yaradılıb. Komissiyaya memarlıq ixtisası üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri və DİM-in əməkdaşları daxil edilib.Pandemiya şəraitinin ...

SDU Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni davam etdirir.

Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin 2020-2021-ci tədris ilində həyata keçiriləcək ən böyük layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiridir. Məlumat üçün bildirək ki, yataqxanada 1992-ci ildən bəri məcburi köçkünlər məskunlaşmışdır. 2020-ci ilin əvvəlində məcburi köçkünlər dövlətimiz tərəfindən onlar üçün tikilmiş binalara köçürülmüşdür. Yataqxana tam yararsız vəziyyətə düşmüşdü. Təmirlə bağlı layihələndirmə işləri başa çatmışdır. Yataqxana müasir standartlara uyğun layihələndirilmiş, tələbələrin rahatlığını təmin etmək üçün hər cür şəraitin yaradılması planlaşdırılmışdır. Yataqxanada 100-ə yaxın otaqdan əlavə kitabxana, camaşırxana, yeməkxana ...