Xəbər lenti



LDU ilə tanışlıq məndə xoş təəssürat yaratdı - Örl Litzenberger

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger Lənkəran Dövlət Universiteti ilə bu günkü tanışlığının onda xoş təəssürat yaratdığını deyib: “Lənkəran Dövlət Universiteti ilə bağlı bu günkü təəssüratım çox xoşdur. Xüsusən qızlar yataqxanasında gördüklərim məni razı saldı. Kompüter otağının yataqxanaya yaxın olması çox yaxşıdır və tələbələrə gün boyu kompüterdən, internetdən istifadəyə şərait yaradır. Rektor bunu yaxşı fikirləşib. Biz bu il 2 yeni guşənin açılışını etmişik ki, bunun da biri LDU-dadır. Bu guşənin LDU-nun nəzdində olması çox yaxşıdır. Bura hamı üçün ...

ABŞ səfirliyi Lənkəranda Amerika guşəsinin açılışını edib.

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger Astara və Lənkərana işgüzar səfəri çərçivəsində aprelin 1-də Lənkəran Dövlət Universitetində(LDU)olub. Səfir burada ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAİD)tərəfindən maliyyələşdirilən kompüter laboratoriyasının, Amerika güşəsinin açılışlarına qatılıb. Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovla tanışlıq görüşündən sonra səfir Örl Litzenberger universitetin qızlar yataqxanasını gəzib, burada tələbələr üçün yaradılan şəraitlə əyani tanış olub. USAİD tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunan kompüter laboratoriyasında tələbələrlə görüşən səfir onlarla tanışlıqdan məmnun qaldığını bildirərək deyib: “Biz gənc ...

LDU-da soyqırım qurbanlarının xatirəsi anılıb.

Lənkəran Dövlət Universitetində (LDU) 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş anım tədbiri keçirilib. Onlayn formatda keçirilən konfrans günahsız qurbanların xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb.LDU-nun rektoru, professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən ətraflı danışıb. Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 104 illik zaman fasiləsi ayırsa da, tarixdə ...

“Səyyar ADA” LDU-da.

“SəyyarADA” layihəsi çərçivəsində “ADA”Universitetinin Tələbə Qəbulu Şöbəsinin baş mütəxəssisləri Leyla Əliyeva, Ləman Hüseynli və baş müəllim Lalə Məmmədova LənkəranDövlət Universitetində olublar. Qəbul şöbəsinin əməkdaşları LDU tələbələrinə ADA Universiteti, universitetin magistratura proqramları, təqaüdimkanları və qəbul qaydaları barədə ətraflı məlumat verərək tələbələri maraqlandıran sualları cavablandırıblar. Daha sonra Lalə Məmmədova tələbələrə Akademikyazı mövzusunda qısa mühazirə deyib, akademik yazının və oxunun strategiyalarıbarədə danışıb və tələbələrlə fikir mübadiləsi aparıb.

LDU-da  “Elm günü”nə  həsr  olunmuş  Dəyirmi  masa  keçirilib.

Azərbaycan RespublikasıPrezidentinin hər il 27 mart tarixinin"Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədarolaraq Lənkəran Dövlət Universitetində(LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Tədbiri LDU-nun rektorunun müşaviri, texnika elmləri doktoru, professorMikayıl Məhərrəmov açıb və iştirakçıları“Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-daPrezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraqAzərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncamimzalayıb. Sərəncamın ölkədə elmin inkişafına təkan verdiyini, bu sahədə əsaslıkeyfiyyət dəyişiliklərinə yol açdığını, gənc tədqiqatçıların yetişməsinə stimulyaratdığını deyən ...

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet kollektivinə  Təbriki.

Əziz tələbələr, hörmətli professor-müəllim heyəti, kollektivimizin dəyərli üzvləri!Hamınızı-bütün LDU ailəsini elimizin ən gözəl bayramlarından biri, gəlişi ilə təbiətə təravət, könüllərə hərarət gətirən Novruz-Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, şəxsi həyatınızda, əmək və elmi fəaliyyətinizdə uğurlar arzu edirəm.İstisnasız deyə bilərik ki, Novruz milli bayramlarımızın ən gözəlidir. Heç bir bayramın gəlişi insanları Novruz qədər sevindirmir. Novruz yeganə bayramdır ki, insanlar onun gəlişinə bir ay əvvəlcədən hazırlaşır, bayram tədarükü görür, sevincini birgə paylaşırlar.Bayram günü bütün süfrələri Novruz bişmişləri, çərəzləri, insanların çöhrələrini isə ...

“Qəhrəmanlar unudulmur”

Bu gün Lənkəran Dövlət Universitetində (LDU) “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində keçirilən tədbirdə universitet rəhbərliyi, tələbələr, ziyalılar, şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri iştirak edib.Tədbirə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə start verilib. LDU-nun sosial məsələlər üzrə prorektoru, şəhid atası, dosent Kamran Kazımov 44 günlük Vətən müharibəsində Ali Baş ...

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-da çalışan qadın əməkdaşlara və tələbələrə  təbriki.

Qadınlar yer üzünün bəzəyi, dünyanın yaraşığıdır. Qadın gülürsə, bütün bəşəriyyət gülür, əli dəyən hər yer cənnətə çevrilir. “Cənnət anaların ayaqları altındadır” deyimi analara olan böyük sevginin etirafıdır.Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır. Qadın həm də cəmiyyətin aparıcı qüvvəsidir-alimdir, müəllimdir, mühəndisdir, şairdir-bir sözlə, zəhmətkeşdir. Bütün ziyalıları, dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyə edir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlarda qadınlarımızın böyük payı var. Olkəmizə Zəfər sevincini yaşadan ...

Rektor Türkiyə Cümhuriyyətindən olan müəllimləri qəbul edib.

Lənkəran Dövlət Universitetinin (LDU) rektoru, professor Natiq İbrahimov Türkiyə Respublikasının Qafqaz Universitetinin baytarlıq fakültəsinin professoru Cihan Kacar və sözügedən universitetin qida məhsulları ixtisası üzrə müəllimi, dosent Güvən Gülbazı qəbul edib. Professor Natiq İbrahimov LDU ilə Qafqaz Universiteti arasında 2017-ci ilin noyabrında bağlanmış müqaviləyə əsasən müəllim mübadiləsi proqramı çərçivəsində universitetə gəlib tədris aparan müəllimlərin LDU ilə bağlı təəssüratları ilə maraqlanıb, tələbələrin hazırlıq səviyyələri haqqında fikirlərini soruşub.Türkiyəli müəllimlər görüşə vaxt ayırdığına və Lənkəran Dövlət Universitetində onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə ...

LDU-nun tələbələrinin istehsalat təcrübəsində  Türkiyəli alim-mütəxəssis iştirak edir.

Türkiyə Respublikasının Qafqaz Universitetinin qida məhsulları ixtisası üzrə müəllimi, dosentGüvən Gülbaz Lənkəran DövlətUniversitetində sözügedən ixtisas üzrə dərsləri tələbələrə 1 ay müddətinə tədris edəcək. Türkiyəli alim LDU ilə Qafqaz Universiteti arasında 2017-ciilin noyabrında bağlanmış müqavilənin şərtlərinə əsasən, müəllim mübadiləsi proqramı çərçivəsində universitetə gəlib. Hazırda dosent Güvən Gülbaz LDU-da Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsilalan tələbələrlə birgə istehsalat təcrübəsində iştirak edir, tələbələrə təcrübi dərslər, praktiki məşğələlər keçir.Qida TəhlükəsiziliyiAgentliyinin Lənkəran filialında keçirilən dərslərdə laborator qurğularının iş prinsipi, ərzaq məhsullarının analizının laborator şəkildə aparılması, ...