Xəbər lenti
Lənkəran Dövlət Universitetinin (LDU) Baytarlıq fakültəsi ilə Xorvatiya Respublikasının Zaqreb Universitetinin Baytarlıq Təbabəti Fakültəsi arasında imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində həmin universitetin əməkdaşı Assist. Prof. Drajen Curiçiç (Dražen Đuričić) LDU-ya akademik səfər edib.Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov hörmətli qonağı qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə hər iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-tədqiqat işlərinin aparılması, həmçinin professor-müəllif və tələbə heyətləri arasında elmi-praktik əlaqələrin qurulması perspektivləri müzakirə olunub. Akademik ezamiyyət çərçivəsində dosent Drajen Curiçiç ...
Lənkəran Dövlət Universitetində (LDU) yeni-2026-2027-ci tədris ilinin başlanması münasibətilə bütün tədris korpuslarında tədbirlər keçirilib. 2 saylı tədris korpusunda keçirilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb. Sonra Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.LDU-nun rektoru, professor Natiq İbrahimov universitetin professor-müəllim-tələbə heyətini, I tədris ili tələbələrini, valideynləri yeni tədris ilinin başlanması və Bilik Günü münasibəti ilə təbrik edərək xoş arzularını bildirib. Universitetin rektoru I tədris ili tələbələrinə seçimlərində yanılmadıqlarını, bu ali təhsil ...
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının 2026/2027-ci tədris ilində keçirilən ilk iclasını şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Elmi şurada müzakirə olunan ilk məsələ - “2026/2027-cı tədris ili üçün Tələbə qəbulu planın icrasının nəticələri” olub. Bu barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədovun məlumatı dinlənilib. Məlumatda yeni tədris ili üçün bakalavriat səviyyəsi üzrə tələbə qəbulu planının ümumilkdə 96,4%, əksər ixtisaslar üzrə isə 100% dolduğu, 600-dən yuxarı ...
05 dekabr 2025-ci il tarixdə Lənkəran Dövlət Universitetinin tələbələri arasında görkəmli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr oilunmuş viktorina keçirilmişdir. Viktorinada tərtib olunan suallar Fizika, kimya və biologiya kafedrasının müəllimləri tərəfindən hazırlanmış və əsasən akademik Yusif Heydər oğlu Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuşdur. Bununla yanaşı işturakçılara kimydan maraqlı suallarda verilmişdir. Viktorinanın keçirilməsində əsas məqsəd Akademik Yusif Məmmədəliyevin zəngin elmi irsini və Azərbaycan elminin inkişafındakı xidmətlərini gənc nəslə tanıtmaq, iştirakçıların biliklərini artırmaq və elmə marağı təşviq etmək ...
27 noyabr 2025-ci il tarixdə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsində görkəmli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş simpozium keçirilmişdir. Simpozimu giriş sözü ilə fakültə dekani dos. Nahid Paşayev açmışdır. Fizika, kimya və biologiya kafedrasının dosenti kimya üzrə fəlsəfə doktoru İsa Hüseynov Akademik Yusif Heydər oğlu Məmmədəliyevin (1905–1961) həyat və fəaliyyəti haqqında işturakçılara ətraflı məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, Yusif Məmmədəliyevin elmi tədqiqatları əsasən neft və neft qazlarının katalitik emalı, üzvi sintez və polimer kimyası sahələrini əhatə ...
Birgə əməkdaşlığın inkişaf istiqamətlərindən Lənkəran Dövlət Universitetində LDU ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq üzrə işçi qrupunun yaradılması ilə bağlı bu gün keçirilən ilk məşvərət görüşündə ətraflı bəhs edilib. Görüşü Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açaraq ali təhsillə peşə təhsili arasındakı sədlərin aradan qaldırılmasını müasir təhsil islahatlarının əsas hədəfi adlandırıb. Bildirib ki, bu iki sistemin əməkdaşlığı təhsili diplom xatirinə oxunan bir prosesdən çıxararaq onu birbaşa iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevirməyə imkan verəcək. Rektor nəzəriyyə ilə praktikanın-universitet kürsüsü ...
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının 2025/2026-cı tədris ilində son iclası keçirilib. İclası giriş sözü ilə şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.Elmi şurada müzakirə olunan ilk məsələ - “2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri” olub. Bu barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədovun məlumatı dinlənilib. Dos. Zaur Məmmədov “Sonuncu tədris ili tələbələrinin keçdikləri ixtisas üzrə təcrübələrin hesabatı” və “Tədris sahəsində görülmüş işlərin hesabatının dinlənilməsi” ...
Lənkəran Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil İnstitutu arasında qarşılıqlı razılaşmaya əsasən LDU-da 1-27 iyun tarixlərində metodiki təlim keçirilib. Onlayn formatda keçirilmiş təlimdə Təhsil İnstitutunun əməkdaşları Nigar Əhmədova və Gülbəniz Abdullayeva “Müəllimlərin peşəkarlığının artırılması”, “Xüsusisi qayğıya ehtiyacı olan uşaqların psixologiyası, psixodioqnostikası və psixokorreksiyası üzrə ixtisaslaşma” mövzularını ətraflı şərh ediblər. İştirakçılara metodiki işin təşkili, metodiki bacarıqların inkişaf etdirilməsi, nəzəri və praktiki bilik və bacarıqların təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda tədris prosesində effektiv psixokorreksiya strategiyalarını tətbiq etmək vərdişlərini formalaşdırmaq və s. ...
Lənkəran Dövlət Universitetində (LDU) inzibati və idarəetmə heyətinin bacarıqlarının inkişafı, əməkdaşların əmək hüquqları sahəsində məlumatlılığının artırılması məqsədilə təlim keçirilib.Universitetin İnsan resursları və sənədlər üzrə iş şöbəsinin müdiri Nərmin Əfəndiyeva və hüquqşünas Çingiz Cavadov tərəfindən əmək qanunvericiliyi, idarəetmədə liderlik və effektiv idarəetmə, strateji planlaşdırma, vaxtın idarə edilməsi, komanda quruculuğu və motivasiya, insan resurslarının idarə edilməsi, preformansın qiymətləndirilməsi kimi mövzular müzakirə olunmuşdur.Təlimdə əməkdaşları maraqlandıran suallar cavablandırılıb, mövzu üzrə praktiki izahlar verilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və UNEC Zaqatala filialının 10 illiyinə həsr olunan konfransda Lənkəran Dövlət Universitetini LDU-nun rektoru, prof. Natiq İbrahimov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Gülbəniz Əliyeva və Elm və innovasiya şöbəsinin müdiri dos. Ülkər Babayeva təmsil edirlər.Konfrans çərçivəsində “Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri” mövzusunda keçirilən Dəyirmi masada elm və təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC rektoru ...