Elanlar
İspaniyanın Leon Universitetində ERASMUS+proqramı çərçivəsində akademik və ya inzibati heyətin mübadiləsi üçün qəbulprosesi açıq elan edilir. Bu proqram Lənkəran Dövlət Universitetinin əməkdaşlarınaLeon Universitetində mühazirə oxumaq və ya təlimdə iştirak etmək imkanı verir. Mübadiləmüddəti cari tədris ili üçün 1 həftə nəzərdə tutulub. Müraciət üçün əsas şərtlər:· İngilis dili və ya ispan dili minimum B2 səviyyəsində olmalı· Minimum 2 (iki) illik iş təcrübəsi· Magistr təhsilli olmasıTələb olunan sənədlər:· Ərizə· ...
BakıBiznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən“Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində30 yanvar - 3 fevral tarixlərində Azərbaycanın layihə konsorsiumunun üzvü olan20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələrininPolşaya növbəti işgüzar səfəri baş tutub. Polşa Universitetlərinin RektorlarKonfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrininstrateji inkişaf məsələlərinin öyrənilməsi olub. Təlimlərin ilk iki günü Kozminski Universitetində baş tutub. Burada universitetinümumi inkişaf dayanıqlı rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşlarıntəkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri ...
Bu layihələrdən biri Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi REFRESH (Azərbaycan Universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması) Erasmus+ KA2 layihəsidir. Qeyd edək ki, LDU-nun tərəfdaş olduğu bu layihədə 15 Azərbaycan universiteti təmsil olunur. Layihənin məqsədi Azərbaycan universitetlərində yaşıl və davamlı iqtisadi təkmilləşdirmənin inkişafına nail olmaqdır.LDU-nun tərəfdaş olduğu digər layihə Xəzər Universitetinin koordinatorluq etdiyi DIRNA (Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarını İnkişaf etdirilməsi ) layihəsidir. 8 Azərbaycan universitetinin iştirak etdiyi layihə bütün ...
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti səfər Belçikada yerləşən EFMD Global qurumuna təşkil olunub. 12-17 dekbar tarixlərini əhatə edən tədbirin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, ...
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin Fransada 03 – 07 oktyabr 2022-ci il tarixlərini əhatə edən təlim proqramı öz işinə başlayıb. Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilən ilk görüşdə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri, prorektorlar, o cümlədən, digər səlahiyyətli universitet nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Lənkəran Dövlət Universitetini bu təlimdə Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin ...
27 iyun tarixində Bakı Biznes Universitetinin koordinatorluğuilə həyata keçirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması (ECAR)”adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasına bir həftəlik səfər başlayıb.İşgüzar səfərin ilk görüşü Varşavaİqtisadiyyat Məktəbində baş tutub. İclasda Azərbaycan Respublikası Təhsil Nazirininmüşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetlərininrektorları və digər səlahiyyətləri nümayəndələri,Macarıstan RektorlarKonfransının nümayəndələri iştirak ediblər. Bu səfərdə Lənkəran DövlətUniversitetini Elm və İnnovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev təmsiledir.Tədbirigiriş sözü ilə açan Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Wachowiak çıxışedərək qonaqları salamlayıb və universitet haqqında geniş təqdimatla ...
Bakı Biznes Universitetinin koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində 16-20 may tarixlərini əhatə edən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminara start verilib. Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edir. Sözügedən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 15 Azərbaycan universitetindən 3 rektor, 20 müxtəlif sahələr ...
13 aprel 2022-ci il tarixindəLənkəran Dövlət Universitetində(LDU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilənvə Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda RektorlarKonfransının yaradılması (ECAR)” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.Tədbirdə LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru,dos. İdrak Əsgərov, Elm və innovasiya məsələləri üzrə prorektor dos. ElvinƏliyev, “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı, dos. Zaur Məmmədov və Beynəlxalqəlaqələr üzrə mütəxəssis Rasimə Axundzadə iştirak edib. Dəyirmi masada Rektorlar Konfransına dairhazırlanmış Nizamnaməyə ümumi baxış keçirilib və müvafiq təkliflər verilib.Bundan əlavə, birliyin məqsəd və vəzifələri, strukturu, idarəetmə orqanı ...
Bakı Biznes Universitetininkoordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR)Erasmus+ layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş bir günlük təlimi08 aprel 2022-ci il tarixində Azərbaycan Universitetində keçirilib. AzərbaycanHR İnstitutunun dəstəyi ilə təşkil olunan təlimdə Lənkəran DövlətUniversitetindən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos.İdrak Əsgərov və digər tərəfdaş ali təhsil müəssisələrinin prorektor və digər rəhbər şəxsləri iştirakedib.Universitetin rektoru SəadətƏliyeva ECAR layihəsi çərçivəsində təşkil olunan görüş və təlimlər zamanıaparılan müzakirələrin Azərbaycan elminin və təhsilinin inkişafına, ECAR layihəsininuğurlu icrasına, layihə üzrə müəyyənləşdirilən məqsədlərə nail ...
20dekabr 2021-ci il tarixindəBakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyiilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlıErasmus+ layihəsinin növbəti işgüzargörüşü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub.Qeyd olunan bu görüşdə Lənkəran DövlətUniversitetindən Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri dos. Zaur Məmmədoviştirak edib. Görüşün məqsədi layihənin iş planına uyğun olaraq həyata keçirilənfəaliyyətlərin dəyərləndirilməsi və növbəti mərhələdə icrası planlaşdırılan məsələlərinqarşılıqlı müzakirə edilməsi olmuşdur. Tədbirdə layihə konsorsiumunun üzvü olan16 ali təhsil müəssisələrinin prorektorları və digər məsul şəxsləri iştirakedib.Tədbirdə AzərbaycanDövlət Mədəniyyət və İncəsənət ...