Elanlar



Magistratura sənəd qəbulu 2020/2021

2020/2021-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrlar 06 iyul 2020-ci il saat 09:00-dan 15 iyul 2020-ci il saat 17:00-dək aşağıda göstərilən sənədlərin elektron surətlərini (və ya skan olunmuş formada) lsumagistratura@gmail.com elektron poçt ünvanı vasitəsilə (əlaqə nömrələri mütləq qeyd olunmalıdır) LDU-nun Sənəd Qəbulu Komissiyasına göndərərək qeydiyyatdan keçməlidirlər:Ətraflı: http://lsu.edu.az/new/PDF/Elan%20magistratura%20qeydiyyat%20(%C9%99sas-son).pdf

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun 3 iyun saat 15.00 tarixində keçiriləcək növbəti tələbə qəbulu onlayn formatda olacaq.Rektorluq.

LDU KOLLEKTİVİNİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikası NazirlərKabinetinin qərarı ilə 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günümayın 4-ü müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyətgöstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışvə bununla bağlı bütün tədbirlər təxirə salınmışdır.

LDU KOLLEKTİVİNİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikası NazirlərKabinetinin qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisindəyayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədiləAzərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may2020-ci il saat 00:00-dək uzadılmışdır.

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həsas əhali qrupuna aid edilən ailələrin üzvi olan tələbələrinin təhsil haqqı xərclərinin ödənilməsi barədə 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qəraraına əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2019/2020-ci tədris ilinin II (yaz) və 2020/2021-ci tədris ilinin I (payız) semestrləri üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:1. Ünvanlı dövlət sosial yardımı alanlar (ÜDSY);2. Hər iki valideyni (tək valideyni olduqda isə ...

Diqqət

Nazirlər Kabineti yanında operativ qərargah: təhsil müəssisələrində tətilin vaxtı uzadıldı.Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.REKTORLUQ

Lənkəran Dövlət Universiteti

28 mart 2020-ci il tarixdə Lənkəran Dövlət Universitetinin 3 saylı tədris korpusunda orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdləri və bölgədə fəaliyyət göstərən kolleclərə 9 illik baza əsasında qəbul olunan tələbələr üçün fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya fənnləri üzrə zona fənn olimpiadası keçiriləcəkdir.Olimpiadada Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının təmsilçiləri iştirak edə bilərlər.REKTORLUQ

Lənkəran Dövlət Universiteti

Lənkəran Dövlət Universitetinin Elmi Xəbərlər jurnalı üçün məqalə qəbulu başlamışdır.Tarix: 07.02.2020 – 13.04.2020-ci il.

Lənkəran Dövlət Universiteti

Lənkəran Dövlət Universitetində 07.05.2020-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Post-neft mərhələsində Azərbaycanda regionların sosial-iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə keçiriləcək respublika elmi-praktik konfransı üçün tesiz qəbulu başlamışdır. Tarix: 07.02.2020 - 07.04.2020-ci il.

DİQQƏT! TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

2019/2020-ci tədris ilinin yaz semestrinə akademik borcla başlayan tələbələr kəsrlərini ləğv etmək üçün dərsləri aşağı tədris ili qrupları ilə dinləmək məqsədilə universitetlə müvafiq müqavilə bağlamalıdırlar.Müqavilələrin imzalanması 12-14 fevral 2020-ci il tarixlərində fakültə tyutorları tərəfindən aparılacaqdır.Hər cür əlavə məlumat üçün aşağıdakı telefonla əlaqə saxlaya bilərsiniz:(+994) 025 255 24 17REKTORLUQ