Elanlar



Birgə dərs - «İri buynuzlu mal-qara yetişdirilməsinə müasir iqtisadi baxış və bu prosesdə baytar həkiminin rolu».

İki qardaş ölkənin Universitetləri arasında əməkdaşlığı genişləndirmək məqsədilə Türkiyə Cümhuriyyəti Kafkas Universiteti və Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən pandemiya dövrü nəzərə alınaraq ortaq onlayn dərslərin keçirilməsi davam edir. Növbəti dərs Kafkas Universitetinin Baytarlıq fakültəsinin dosenti, dr. Erol Aydın və Lənkəran Dövlət Universiteti Aqrar və mühəndislik fakültəsinin baş müəllimi Elşad Rəhimovun məruzəsi ilə Baytarlıq təbabəti ixtisası üzrə I tədris ili tələbələri üçün Qida gigiyenası və təhlükəsizliyi fənnindən keçiriləcəkdir. Tədbir Microsoft Teams platforması üzərində yayımlanacaqdır. Mövzu: «İri buynuzlu mal-qara yetişdirilməsinə müasir ...

Birgə dərs - «Yeni doğulmuş buzovlarda tendon problemi və onların cərrahiyəsi»

İki qardaş ölkənin Universitetləri arasında əməkdaşlığı genişləndirmək məqsədilə Türkiyə Cümhuriyyəti Kafkas Universiteti və Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən pandemiya dövrü nəzərə alınaraq ortaq onlayn dərslərin keçirilməsinə start verilmişdir. İlk belə dərs Kafkas Universitetinin Baytarlıq fakültəsinin professoru İsa Özaydın və Lənkəran Dövlət Universiteti Aqrar və mühəndislik fakültəsinin dosenti Rəhim Bilalovun məruzəsi ilə Baytarlıq 3-cü tədris ili tələbələrinə Baytarlıq Cərrahiyəsi-1 fənnindən «Yeni doğulmuş buzovlarda tendon problemi və onların cərrahiyəsi» mövzusunda seminar-konferans keçiriləcəkdir. Tədbir Microsoft Teams platforması üzərində yayımlanacaqdır.

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Lənkəran Dövlət Universitetinin tələbələrinə təhsil, maliyyə və digər fəaliyyət sahələri üzrə arayışların verilməsi onların aid olduqları müvafiq fakültələr tərəfindən həyata keçiriləcəkdir. Əlavə məlumat üçün dekanlıqların telefon nömrələrini xatırladırıq:Təbiyyat fakültəsi: 025 254 3994Tarix-coğrafiya və incəsənət fakültəsi: 025 254 1434Filologiya və ibtidai təhsil fakültəsi: 025 254 3569İqtisadiyyat və idarəetmə fakültəsi: 025 255 3191Aqrar və mühəndislik fakültəsi: 025 255 0425REKTORLUQ.

Fransada təhsil üzrə məsləhət saatları.

Campus France-ın Azərbaycan Bürosunun işçi heyəti azərbaycanlı tələbələrlə əlaqə saxlamaq və onları Fransada təhsil mövzusunda (təqaüd proqramı, fransız dili kursları, və s.) məlumatlandırmaq istəyir.Fransada uyğun ixtisas tapmaq üçün aşağıda göstərilən linklərdən istifadə edə bilərsiniz :Bakalavr üzrə Fransız dilində olan təhsil proqramlarının onlayn kataloqu http://cataloguelm.campusfrance.org/licence/#/catalog?lang=en%3Flang%3Dfr&siteroot=https:%2F%2Fwww.campusfrance.org%2FMagistratura üzrə Fransız dilində olan təhsil proqramlarının onlayn kataloqu http://cataloguelm.campusfrance.org/master/#/catalogDoktorantura üzrə təhsil proqramlarının onlayn kataloqu https://doctorat.campusfrance.org/en/phd/dschools/mainFransada ingilis dilində olan təhsil proqramlarının onlayn kataloqu (bakalavr və magistratura) http://taughtie.campusfrance.org/tiesearch/#/catalogSuallarınız varsa (proqramlar, təqaüdlər, Fransız dili kursları və s.), Campus France-ın ...

Magistratura sənəd qəbulu 2020/2021

2020/2021-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrlar 06 iyul 2020-ci il saat 09:00-dan 15 iyul 2020-ci il saat 17:00-dək aşağıda göstərilən sənədlərin elektron surətlərini (və ya skan olunmuş formada) lsumagistratura@gmail.com elektron poçt ünvanı vasitəsilə (əlaqə nömrələri mütləq qeyd olunmalıdır) LDU-nun Sənəd Qəbulu Komissiyasına göndərərək qeydiyyatdan keçməlidirlər:Ətraflı: http://lsu.edu.az/new/PDF/Elan%20magistratura%20qeydiyyat%20(%C9%99sas-son).pdf

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun 3 iyun saat 15.00 tarixində keçiriləcək növbəti tələbə qəbulu onlayn formatda olacaq.Rektorluq.

LDU KOLLEKTİVİNİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikası NazirlərKabinetinin qərarı ilə 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günümayın 4-ü müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyətgöstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışvə bununla bağlı bütün tədbirlər təxirə salınmışdır.

LDU KOLLEKTİVİNİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikası NazirlərKabinetinin qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisindəyayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədiləAzərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may2020-ci il saat 00:00-dək uzadılmışdır.

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həsas əhali qrupuna aid edilən ailələrin üzvi olan tələbələrinin təhsil haqqı xərclərinin ödənilməsi barədə 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qəraraına əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2019/2020-ci tədris ilinin II (yaz) və 2020/2021-ci tədris ilinin I (payız) semestrləri üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:1. Ünvanlı dövlət sosial yardımı alanlar (ÜDSY);2. Hər iki valideyni (tək valideyni olduqda isə ...

Diqqət

Nazirlər Kabineti yanında operativ qərargah: təhsil müəssisələrində tətilin vaxtı uzadıldı.Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.REKTORLUQ