Elanlar
Türkiyənin Kastamonu Universitetində ERASMUS+ proqramı çərçivəsində akademik və ya inzibati heyətin mübadiləsi üçün qəbul prosesi açıq elan edilir. Bu proqram Lənkəran Dövlət Universitetinin əməkdaşlarına Kastomonu Universitetində mühazirə oxumaq və ya təlimdə iştirak etmək imkanı verir. Mübadilə müddəti 2024/2025 –ci tədris ili üçün 1 həftə nəzərdə tutulub.Müraciət üçün əsas şərtlər:• İngilis dili minimum B2 səviyyəsində olmalı• Minimum 2 (iki) illik iş təcrübəsiTələb olunan sənədlər:• Ərizə• CV (Ingilis dilində)Müraciət tarixi: 30 iyul -16 avqust E-mail: int-rel@lsu.edu.az
HörmətliTələbələr,“Erasmus+ KA171” mobillik proqramı çərçivəsindəTürkiyənin Kastamonu Universiteti LDU tələbələri üçün təqaüd proqramını açıqelan edib. Proqrama əsasən, tələbələr Kastamonu Universitetində təqaüdlə birsemestrlik təhsil ala bilərlər. Mübadilə 2024/2025-ci tədris ilinin 2-cisemestri (fevral 2025 –iyul 2025) üçün nəzərdə tutulub. Müraciətüçün şərtlər: · Yalnız “Məktəbəqədər təhsil” və “Komputer mühəndisliyi” ixtisası üzrə təhsilalan tələbələr proqramda iştirak edə bilərlər.· İngilis diliminimum B2 səviyyəsində olmalıdır.Tələb olunansənədlər· Ərizə · Transkript – (ÜOMG 80 baldanyuxarı olanlar) Qeyd: ...
MƏZUNLARIN NƏZƏRİNƏ!Lənkəran Dövlət Universitetinin məzunları diplomlarını aşağıda göstərilən qrafik üzrə ala bilərlər:1. İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ: BAZAR ERTƏSİ (I gün).2. TƏBİYYAT FAKÜLTƏSİ:ÇƏRŞƏNBƏ AXŞAMI (II gün).3. AQRAR VƏ MÜHƏNDİSLİK VƏ BAYTARLIQ FAKÜLTƏSLƏRİ ÜZRƏ:ÇƏRŞƏNBƏ GÜNÜ (III gün).4. TARİX-COĞRAFİYA VƏ İNCƏSƏNƏT FAKÜLTƏSİ:CÜMƏ AXŞAMI (IV gün).FİLOLOGİYA VƏ İBTİDAİ TƏHSİL FAKÜLTƏSİ:CÜMƏ GÜNÜ (V gün).Diplomlar şəxsən məzunun özünə şəxsiyyət vəsiqəsinin əsli təqdim edilməklə və ya diplomun alınması etibar edilmiş şəxsə notarial qaydada təsdiq edilmiş etibarnamə və etibar edilən şəxsin şəxsiyyət vəsiqəsinin əsli təqdim edildikdə verilir.Hər cür ...
Lənkəran Dövlət Universitetində iki-qızlar və oğlanlar üçün tələbə yataqxanaları fəaliyyət göstərir. Qızlar yataqxanası 160, oğlanlar yataqxanası 250 yerlikdir. Yataqxananın aylıq ödənişi 60 manatdır. Oğlanlar və qızlar üçün tələbə yataqxanalarında otaqlar 2-3 nəfərlikdir. Otaqların hər birində ayrıca sanitar qovşaqları var, fasiləsiz elektrik enerjisi, isti və soyuq su, internet, soyuducu və bütün kommunal xidmətlərlə təmin edilib.Əlaqə tel: 051 494 36 43.
Qəbul Portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində olacaqdır.“Doktorant və dissertant hazırlığı üzrə qəbul planları”
Lənkəran DövlətUniversitetinin nəşr etdiyi “Humanitar elmlər” jurnalı ERIHPLUS beynəlxalq indeks bazasına qəbul edilib.Qeyd edək ki, ERIHPLUS elmi bazası Avropada humanitar və sosial elmlər sahəsində akademik jurnalindeksidir, eləcə də, Azərbaycan Respublikası Prezidenti yanında AliAttestasiya Komissiyası tərəfindən iqtisadiyyat, hüquq, fəlsəfə və sosiologiya,siyasi elmlər, psixologiya, sənətşünaslıq və memarlıq, tarix və antropologiya,filologiya, pedaqogika ixtisasları üzrə nüfuzlu indeksləmə bazası kimi qəbuledilir. https://kanalregister.hkdir.no/publiseringskanaler/erihplus/periodical/info.action?id=506117
Hörmətli Tələbələr,“Erasmus+KA171” mobillik proqramı çərçivəsində Türkiyənin Afyon Kocatepe Universiteti baytarlıqixtisası üzrə tələbələr üçün təqaüd proqramını açıq elan edib. Proqrama əsasəntələbələr Afyon Kocatepe Universitetində təqaüdlə bir semestrlik təhsil ala bilərlər.Mübadilə 2023/2024-cü tədris ilinin 2-ci semestri (fevral 2024 – may 2024) üçünnəzərdə tutulub. Tədris türk və ingilis dillərindəaparılır. Müraciət üçün şərtlər:· Yalnız Baytarlıq ixtisası üzrə tələbələr proqramda iştirak edə bilərlər.· İngilis dilivə ya Türk dili minimum B2 səviyyəsində olmalıdır.Tələb olunansənədlər· Ərizə · ...
Tezislərin tərtibinə qoyulan tələblər:1. Tezislər Times New Roman 12 şriftlə, 1 intervalla yazılmalıdır;2. Tezis mətni 1-2 səhifə aralığında olmalı və konfransın adına uyğun tərtib edilməlidir;3. Tezisin mətni Azərbaycan, Rus, İngilis və Türk dillərində verilə bilər;4. Tezisdə müəllifin soyadı, adı, elmi adı və elmi dərəcəsi, aid olduğu müəssisə və e-mail ünvanı göstərilməlidir;5. Tezis müəlliflərinin ən azı biri konfransda iştirak etməlidir;6. Tezisdəki orfoqrafik səhvlər üçün müəllif məsuliyyət daşımaqdadır;7. Konfrans üçün tezislər 23 noyabr 2023-cü il tarixinədək qəbul ediləcəkdir;8. Hazırlanan tezislər konfrans23@mail.ru elektron ...
22 dekabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetində “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Tezislərin tərtibinə qoyulan tələblər:1. Tezislər Times New Roman 12 şriftlə, 1 intervalla yazılmalıdır;2. Tezis mətni 1-2 səhifə aralığında olmalı və konfransın adına uyğun tərtib edilməlidir;3. Tezisin mətni Azərbaycan, Rus, İngilis və Türk dillərində verilə bilər;4. Tezisdə müəllifin soyadı, adı, elmi adı və elmi dərəcəsi, aid olduğu müəssisə və e-mail ünvanı göstərilməlidir;5. Elmi ...
Dövlətİmtahan Mərkəzində (DİM) 2021-2022-ci tədris ili üçün doktoranturaya vədissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatelan edib.Nəzərinizəçatdırırıq ki, yeni qaydalara əsasən doktorantura və dissertanturaya qəbulolunmaq üçün sənədlərini ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlaratəqdim etməyə hazırlaşan namizədlər əvvəlcə xarici dil üzrə qəbul imtahanındaiştirak etmək üçün DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”yaratmalı və qeydiyyatdan (link iyunun 7-dən etibarən aktiv ediləcək) keçməlidir. İmtahanda iştiraketmək üçün namizədlərin qeydiyyatı 2021-ci il iyunun 7-dən 13-dək aparılacaq.İmtahanın 2021-ci iliyunun 20-də keçirilməsi nəzərdə tutulur. Danışıq ...