Xəbər lenti



LDU-da Elmi şuranın növbəti iclası keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın iclasını şuranın sədri, universitetin rektoru prof. Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.Elmi şurada ilkin olaraq “Universitetdə imtahan sessiyasının təşkili qaydaları”nın təsdiqi” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərovun məlumatı dinlənilib və geniş müzakirə edilib. Qızğın müzakirədən sonra Elmi şuranın sədri Natiq İbrahimov tələbələrin imtahan sessiyasının keçirilməsi qaydaları, bu sahədə olan yeniliklər barədə ətraflı və operativ məlumatlandırılması üçün fakültə dekanlarına, kafedra müdirlərinə, İKT və kitabxana mərkəzinə, tədris ...

Lənkəran Dövlət Universitetində zona fənn olimpiadası keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib. Keçirilən olimpiadada Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji Kolleci və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər. Bilik yarışmasına qatılan 400-ə yaxın tələbə və şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar. Olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara ...

LDU-da 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

LənkəranDövlət Universitetində (LDU) 31 mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Anım tədbirindəuniversitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiriştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. LDU-nunSosial məsələlər üzrə prorektoru, prof.Kamran Kazımov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmişkütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağınvacib olduğunu bildirib. Prorektor qeyd edib ki, Ümummilli lider HeydərƏliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımıhaqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymətverilib və azərbaycanlıların ...

LDU-da Elm günü ilə bağlı tədbir.

Lənkəran Dövlət Universitetində (LDU) Elm günü ilə bağlı keçirilən tədbiri universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev açıb. Bildirib ki, bu günkü tədbir ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğundan məruzə və çıxışlar da ümummilli liderin bu istiqamətdəki fəaliyyəti ilə bağlıdır. Elvin Əliyev qeyd edib ki, ölkə başçısı İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda “Elm günü”nün təsis edilməsi bütövlükdə Azərbaycan elminə, elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının göstəricisidir. Son 5 il ...

LDU –da bayram ovqatlı Novruz şənliyi

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın milli bayramı olan Novruzun gəlişi gözəl bayram tədbiri ilə qeyd edilib. LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyi universitetin rektoru, professor Natiq İbrahimovun kollektivə ünvanlanmış təbriki ilə başlayıb. Sonra bayramsayağı bəzədilmiş zal universitetin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet kollektivinə Təbriki.

Əziz tələbələr, hörmətli professor-müəllim heyəti, dəyərli LDU ailəsi!Hamınızı elimizin ən əziz, gözəl bayramı- gəlişi ilə təbiətə hərarət, təravət, könüllərə sevinc, şuxluq gətirən Novruz-Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, şəxsi həyatınızda, elmi fəaliyyətinizdə uğurlar arzulayıram.Ta qədimlərdən xalqımız Novruzu milli bayramlarımızın ən gözəli hesab edib, gəlişinə bir ay əvvəlcədən hazırlaşıb, bayram tədarükü görüb, evlərdə, ocaqlarda hər şey yenilənib, bayram ab-havası hər yerdə hiss olunub. Bayram günü bütün süfrələri Novruz bişmişləri, çərəzləri, insanların çöhrələrini isə bahar ovqatının bəxş etdiyi təbəssüm bəzəyir.Novruz yeni ...

Lənkəran  Dövlət  Universiteti  Mətbuat xidmətinin məlumatı.

Məlumat üçün bildiririk ki, 14 mart 2023-cü il tarixdə gecə saatlarında LDU-nun rəsmi feysbuk səhifəsində adminstrator Ənvər Şahqubadbəylinin səhlənkarlığı üzündən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilmişdir. Həmin yazıda həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin sərəncamında olan rəsmi məktubdan istifadə edilmişdir.LDU-nun mətbuat xidməti olaraq bir daha media qurumlarının, sosial şəbəkə istifadəçilərinin və Azərbaycan ...

LDU-nun baytarlıq ixtisasında təhsil alan tələbələr ilk əməliyyatlarını keçirdilər.

Lənkəran Dövlət Universiteti ilə Qars Qafqaz Universiteti arasında olan Akademik Əməkdaşlıq Protokolu çərçivəsində sözügedən universitetin baytarlıq fakültəsinin professor-müəllim heyəti LDU-da dərslər keçir, təcrübi məşğələlər aparır.Bu günlərdə LDU-nun Aqrar və mühəndislik fakültəsinin Baytarlıq və aqrar elmləri kafedrasının Baytarlıq təbabəti ixtisasının 3-cü tədris ili tələbələri Türkiyyə Cumhuriyyətinin Qafqaz (Qars) Universitetinin “Veterinar” fakültəsinin “Doğum və ginekologiya” kafedrasından dəvət olunmuş Dr. Prof. Cihan Kaçar ilə birlikdə 4 yaşlı bir dişi pişik üzərində əməliyyat həyata keçirib. Aparılan bu əməliyyat Ovariohysterectomie (qısırlaşdırma) adlanır. Narkoz altında həyata ...

LDU-da “Polşa memarlığının şah əsərləri” fotosərgisinin açılışı olub.

Bu gün Polşa Respublikasının Azərbaycandakı səfiri cənab Rafal Poborski Lənkəran Dövlət Universitetində olub. Hörmətli qonağı LDU-nun rektoru, professor Natiq İbrahimov qəbul edib. Çay süfrəsi arxasında keçən söhbət zamanı LDU ilə Polşa universitetləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətləri müzakirə edilib.Cənab Rafal Poborski LDU-nun Böyük akt zalında keçirilən tədbirdə universitetin professor-müəllim-tələbə heyəti qarşısında çıxış edərək Azərbaycan Polşa əlaqələrindən, onun inkişaf perspektivlərindən, LDU ilə Polşa universitetləri arasında əlaqələrin gücləndirməsindən söz açıb.Rafal Poborski Polşa Respublikasının Azərbaycandakı səfirliyi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ...

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsində

LənkəranDövlət Universiteti (LDU) ilə Qars Qafqaz Universiteti arasında olan AkademikƏməkdaşlıq Protokolu çərçivəsində Baytarlıq ixtisası V tədris ilinin 12 tələbəsi28 fevral 2023-cü il tarixində istehsalat təcrübəsi keçmək üçün TürkiyəRespublikasının Qars Qafqaz Universitetinə gediblər. Tələbələrin Türkiyəyə göndərilməsiüçün tələb olunan bütün xərclər LənkəranDövlət Universiteti tərəfindən qarşılanıb. Tələbələr 4 ay müddətində Qarsda təcrübəkeçəcəklər.Eynizamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində Qars Qafqaz universitetininprofessor-müəllim heyəti Lənkəran Dövlət Universitetinin Baytarlıq ixtisası tələbələrinəmühazirə oxumaq üçün Türkiyədən dəvət olunub.