Xəbər lenti



Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun yeni il Təbriki.

Dəyərli həmvətənlər!Hörmətli professor-müəllim-işçi heyəti!Əziz tələbələr!İllərin qovuşağında hamımız ikili hisslər keçiririk. Başa çatmaqda olan ilin yaddaqalan hadisələrini bir daha xatırlayır, yeni ildən daha böyük müjdələr gözləyirik. Qeyd edim ki, yola saldığımız 2022-ci il Lənkəran Dövlət Universitetinin həyatında ən yaddaqalan, maraqlı bir il oldu. Hər şeydən əvvəl, LDU bu il 30 illk yubileyini təntənəli şəkildə qeyd etdi. Yubiley sevincimizə Azərbaycanın Elm və Təhsil Naziri hörmətli Emin Əmrullayev başda olmaqla digər universitetlərin rektorları, rəsmi qonaqlar, məzunlarımız şərik oldu. Kollektivimiz hələ də bayram ovqatını ...

Elmi şura cari ildə son iclasını keçirib.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şura 2022-ci ildə son iclasına nikbin notlarla başlayıb.LDU-nun 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universitetinin rəhbərliyi tərəfindən təltif olunan şəxslərə müvafiq təltifnamələr-yubiley döş nişanları, fəxri-fərmanlar, təşəkkürnamələr təntənəli şəkildə təqdim olunub. LDU əməkdaşlarına təltifləri Elmi şuranın sədri, LDU-nun rektoru, professor Natiq İbrahimov təqdim edib. Bütün kollektivin başa çatmaqda olan 2022-ci ildəki fəaliyyətini yüksək dəyərləndirən rektor təltif olunanları təbrik edərək onlara universitetin elmi və ictimai həyatında ...

LDU-da  Beynəlxalq elmi  konfrans

Lənkəran Dövlət Universitetində (LDU) “Aqrar sektorda innovativ texnologiyaların inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans işinə başlayıb.Konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov LDU-da cari ildə sayca 5-ci olan hazırkı Beynəlxalq konfransın olduqca aktual mövzuya həsr olunduğunu bildirib, ölkədə və bölgədə aqrar sektorun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb, həllini gözləyən məsələlərdən söz açıb. Rektor çıxışında Lənkəran Dövlət ...

LDU-da ekoloji mövzuda maarifləndirici təlimlərə start verilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının və Qızılağac Milli Parkının əməkdaşları üçün təlimlər təşkil edilib. LDU müəllimlərinin apardığı ilk təlimdə sözügedən qurumların 40-dan yuxarı əməkdaşı iştirak edib.Tədbirin ilk günündə “Biologiya və ekologiya” kafedrasının müdiri, dos. Məmmədhüseyn Hüseynovun “Bioloji müxtəliflik, strukturu və səviyyələri, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının müəllimi Samir Salayevin “Bioloji müxtəlifliyin öyrənilməsində və qorunmasında coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda məruzələri dinlənilib.Təlimlər davam edir.

LDU-30.

Azərbaycanın qabaqcıl ali təhsil ocaqlarından sayılan Lənkəran Dövlət Universitetinin (LDU) 30 illik yubileyi təntənəli şəkildə qeyd edilib.Lənkəran şəhərindəki H.Əliyev Mərkəzində keçirilən yubiley tədbirində universitetin professor-müəllim-tələbə-işçi heyəti ilə yanaşı, ölkənin təhsil rəsmiləri, millət vəkilləri, digər ali təhsil ocaqlarının rektorları, tanınmış elm xadimləri, LDU-nun təhsil uğurları ilə seçilən məzunları iştirak edib. Mərasim Azərbaycanın ərazi bütövlüyü, vətənin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin ...

Lənkəran Dövlət Universiteti (LDU) Erasmus+ proqramı üzrə iki layihənin tərəfdaşı olub.

Bu layihələrdən biri Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi REFRESH (Azərbaycan Universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması) Erasmus+ KA2 layihəsidir. Qeyd edək ki, LDU-nun tərəfdaş olduğu bu layihədə 15 Azərbaycan universiteti təmsil olunur. Layihənin məqsədi Azərbaycan universitetlərində yaşıl və davamlı iqtisadi təkmilləşdirmənin inkişafına nail olmaqdır.LDU-nun tərəfdaş olduğu digər layihə Xəzər Universitetinin koordinatorluq etdiyi DIRNA (Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarını İnkişaf etdirilməsi ) layihəsidir. 8 Azərbaycan universitetinin iştirak etdiyi layihə bütün ...

Erasmus+ layihəsi çərçivəsində növbəti səfər

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti səfər Belçikada yerləşən EFMD Global qurumuna təşkil olunub. 12-17 dekbar tarixlərini əhatə edən tədbirin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, ...

LDU-da 2 Beynəlxalq konfrans işinə başlayıb

8 dekabr 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində LDU ilə Türkiyə Respublikasının “İqtisadi inkişaf və Sosial Tədqiqat İnstitutu”nun (İKSAD) birgə təşkilatçılığı, 22 ölkənin iştirakı ilə keçirilən “Beynəlxalq Suptropik və sitrus meyvələri” və “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar Konfransları işinə başlayıb.Konfrans iştirakçıları ilk öncə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səslənib.Konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. LDU rəsmisi bu günlərdə 30 illik ...

LDU-da “Amerika guşəsi” maarifləndirmə tədbiri keçirib.

Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən “Amerika guşəsi” universitetin professor-müəllim-tələbə heyəti üçün maarifləndirmə tədbiri keçirib. Tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Elvin Əliyev açıb. Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva, Elektron resurslar üzrə koordinator Sona Hüseynova, Sosial media üzrə koordinator Hikmət Novruzəliyev iştirakçıları E-Library USA (Amerika kitabxanası), J-STOR və EBSCO elektron bazaları haqqında məlumatlandırıblar. Tədbirdə Bakı Amerika Mərkəzinin fəaliyyət istiqamətləri, proqramlar, tammətnli elektron elmi bazalarının təklif etdiyi imkanlar, onlardan istifadə qaydaları barədə ətraflı söz açılıb.Tədbir iştirakçılarının sualları cavablandırıldıqdan ...

Şəhid məzunun xatirəsi ehtiramla anılıb.

Bu gün Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun anım günüdür. 2 il öncə Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan Vüsal Kazımovun ruhuna ehtiram əlaməti olaraq bu gün Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov başda olmaqla universitetin kollektivi şəhidin məzarını ziyarət edərək önünə təzə-tər qərənfillər düzüblər.Məzarı önündə şəhid baş leytenant Vüsal Kazımovun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən, döyüş yolundan, xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açılıb, ruhuna dualar oxunub. Qeyd edək ki, Vüsal Kazımov LDU-nun sosial ...