Xəbər lenti



LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib.

Bu gün Lənkəran Dövlət Universitetində (LDU) AzərbaycanRespublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünə həsredilmiş Elmi-nəzəri konfrans keçirilib. Mingəçevir Dövlət Universiteti (MDU) iləbirgə keçirilən konfransda müstəqilliyimiz uğrunda qurban gedən şəhidlərin xatirəsiehtiramla yad olunaraq 1 dəqiqəliksükutla anılıb. LənkəranDövlət Universitetinin rektoru, professor Natiq İbrahimov konfrans iştirakçılarını salamlayaraq onlarıbayram münasibətilə təbrik edib. Elmi-nəzəri konfransın MDU ilə birgə keçirilməsindən məmnunluğunuifadə edən LDU rəsmisi bildirib ki, Azərbaycan bir əsrdə iki dəfəmüstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazansada, təəssüf ki, birinci imkan xaricimüdaxilə, ...

LDU-da keçirilən   Beynəlxalq  elmi-praktik  konfrans  ərzaq  və qida təhlükəsizliyinə həsr edilib.

Lənkəran Dövlət Universitetində (LDU) onlayn-distant formatda Beynəlxalq elmi-praktik konfrans keçirilib. LDU-nun Avrasiya Universitetləri Assosiasiyası ilə birgə təşkil etdiyi konfrans “Azərbaycan yeni inkişaf mərhələsində - postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyi :müasir vəziyyət, çağırışlar, perspektivlər” mövzusuna həsr edilib. Beynəlxalq konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb. Konfrans iştirakçılarını salamlayan professor Natiq İbrahimov bildirib ki, bu gün müzakirəsinə toplaşdığımız mövzu həqiqətən çox aktual və vacib bir problemə həsr olunub. Çünki ...

“Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Adlı Erasmus+ Layihəsi çərçivəsində rektorların ilk görüşü keçirilib

04 oktyabr 2021-ci il tarixində Bakı BiznesUniversitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+layihəsi çərçivəsində rektorların ilk görüşü keçirilib.Tədbirdə layihə konsorsiumun üzvü olan universitetlərinrektorları və Azərbaycan Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov iştirakedib. Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimovun da qatıldığıgörüşdə Layihənin koordinatoru Gülşən Bayramova müsahibə üçün hazırlanansualları rektorlara təqdim edib. Müsahibə zamanı maraqlı fikirlər və təkliflər irəlisürülüb. Universitetlərdən dəvət olunmuş rektorlar öz təcrübələrinə əsaslanaraqmaraqlı müzakirələr aparıblar.

LDU  ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında Anlaşma   Memorandumu  imzalanıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Lənkəran DövlətUniversiteti (LDU) və Azərbaycan DövlətPedaqoji Universiteti (ADPU) ilə Anlaşma Memorandumları imzalayıb. 2021-2024-cü il tarixləriarasında fəaliyyət göstərəcək “Amerika guşəsi” kimi tanınan ictimai məlumat və maarifləndiricimərkəzin açılması ilə bağlı Memorandumun imzalanma mərasimi Azərbaycan DillərUniversitetində keçirilib. Mərasimi universitetin rektoru, professor Kamal Abdulla açıb. Rektor “Amerika guşələri”ninaçılmasını təqdirəlayiq təşəbbüsadlandırıb, belə bir mərkəzin ADU-da da fəaliyyət göstərdiyini, tələbə və müəllim heyəti üçün müasir təhsilintələbləri baxımından olduqca faydalı olduğunu bildirib.ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriÖrl Litzenberq çıxışında deyib ki, imzalanmışmemoranduma əsasən Lənkəran ...

Lənkəran  Dövlət  Universitetində   yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr olunub.

LənkəranDövlət Universitetində (LDU) bu gündən ənənəvitəhsilə start verilib.Yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr edilib. Bütün fakültələrdə ilkdərslərdə Vətən müharibəsində qəhrəmancasınadöyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazibütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərdən,Azərbaycan Ordusunun Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi altında qazandığı döyüş uğurlarından söz açılıb. Ölkə başçısının 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamlasentyabrın 27-si tarixinin Azərbaycan Respublikasında Anım Günü elan edildiyi ,44 gün davam edən hərbi əməliyyatlarınAzərbaycan tarixinə Vətən müharibəsi, İkinci Qarabağ savaşı, “Dəmir yumruq” əməliyyatı kimi düşdüyü, ...

FHN-nin  Dövlət Yanğın Nəzarəti Xidməti  LDU-da  seminar-müşavirə keçirib.

Lənkəran Dövlət Universitetində (LDU) yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib.Tədbir 27 sentyabr Anım Günü ilə bağlı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutlayad edilməsi ilə başlanıb.LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Elvin Əliyev seminar – müşavirənin profilaktik məqsəddaşıdığını və maarifləndirmə xarakterli olduğunu bildirib, LDU-dada təhlükəsizlik tədbirlərinin qorunması ilə bağlı belə tədbirlərin mütəmadi keçirildiyini qeyd edib, dünyadatexnogen, ekoloji hadisələrin və təbii fəlakətlərin ildən-ilə çoxaldığı birdövrdə hər bir kəsin ilkin tibbi yardım bacarığının olmasının və fövqəladəhallar zamanı təhlükəsizlik tədbirlərinə əməl etməsinin vacibliyini ...

Şəhid  məzarları ziyarət edildi.

27 sentyabr - Anım Günündə Lənkəran DövlətUniversitetinin (LDU) professor-müəllim heyəti Lənkəran şəhərinin mərkəzindəkiŞəhidlər abidə kompleksini ziyarət edib.Şəhid məzarlarının önünə qərənfillərdüzülüb, ruhlarına dualar edilib.Anım mərasimdə Azərbaycanın ərazi bötövlüyü,müstəqilliyi uğrunda qurban gedən şəhidlərin döyüş şücaətləri haqqında çıxışlaredilib, şəhid valideynlərinin ürək sözləri dinlənilib.Bu günkü Anım Günündə universitetin professor-müəllim heyəti LDU-nunşəhid məzunu Vüsal Kazımovun məzarını da ziyarət edərək abidəsinin önünə təzə-tər qərənfillər düzüblər.Universitetin rektoru, professor Natiq İbrahimovLDU-nun Sosial məsələlər üzrə prorektoru Kamran Kazımova oğlu - baş leytnant Vüsal Kazımovun 44 günlükVətən müharibəsində qəhrəmanlıqla ...

LDU-da  Anım Günü  qeyd  edilib.

Prezident İlham Əliyevin Vətən müharibəsininbaşladığı 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi iləbağlı imzaladığı Sərəncama uyğun olaraq bu gün Lənkəran Dövlət Universitetində (LDU)“Vətən müharibəsinin əbədi qəhrəmanları” adlı onlayn konfrans keçirilib.Konfrans 44 günlük müharibədə həlak olan şəhidlərin xatirəsinin 1dəqiqəlik sükutla anılması ilə başlanıb.Lənkəran Dövlət Universitetinin rektoru, professorNatiq İbrahimov 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsiniVətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azadedilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolundacanlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhid ruhlarına, şəhidlərindoğmalarına ali ...

LDU-da Aşıq Ələsgər yad  edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutanustad sənətkarlardan biri olan Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümümünasibətilə tədbir keçirilib.Universitetin Azərbaycan dili və ədəbiyyatkafedrasının təşəbbüsü ilə onlayn keçirilən elmi seminarı kafedranın müdiri,dosent Elşad Səfərli açıb və el sənətkarının anadan olmasının 200-cüildönümünün təntənəli şəkildə qeyd olunması barədə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin imzaladığı sərəncamdan danışıb, bunu el aşığına verilənböyük dəyər adlandırıb.Seminarda dosent Elşad Səfərli “Aşıq Ələsgəryaradıcılığında sufilik” mövzusunda geniş məruzə edib.Məruzədə Aşıq Ələsgərin yaradıcılığınınətraflı təhlili əsasında ...

LDU-da tyutor hazırlığı kursunun müdavimlərinə sertifikatlar təqdim edilib

LənkəranDövlət Universitetinin (LDU) nəzdindəyaradılan tyutor hazırlığı kursunun növbətiburaxılışı olub.Müdavimləri təbrik edən LDU-nun rektoru, professor Natiqİbrahimov COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq tyutor hazırlığının təşkilini universitetin tədris həyatında əlamətdar hadisə kimi dəyərləndirib.Bildirib ki, kursu uğurla bitirən müdavimlərin əksəriyyəti qarşıdakı tədris ilində LDU-da və bölgədə fəaliyyət göstərən kolleclərdə işlə təminolunacaqlar. Kursu yüksək balla başa vuran müdavimlər ilk növbədə yerləşdiriləcəklər.Müsair təhsilprosesində tyutorların fəaliyyətini yüksək dəyərləndirən universitet rəsmisi çətinvə məsuliyyətli işlərində müdavimlərəuğurlar arzu edərək bildirib ki, onlar daima dünya və ölkə təhsilindəbaş verən yeniliklərdən xəbərdar ...