Xəbər lenti



LDU-da Nizami Gəncəviyə həsr edilmiş Respublika elmi   konfransı  keçirilib.

Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasında 2021-ci ilin“Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan RespublikasıPrezidentinin Sərəncamı və Respublika Təhsil Nazirliyinin Sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq Lənkəran Dövlət Universitetində (LDU) “Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti”mövzusunda Respublika elmi konfransı keçirilib.Onlayn formatda keçirilən konfransı universitetin rektoru, professor Natiqİbrahimov açıb. Bildirib ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə iləkeçirilib. Azərbaycanın klassik ədəbi-mədəniirsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşanümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi ...

LDU ilə ADMİU arasında Anlaşma Memorandumu imzalanıb.

Bu gün, oktyabrın 25-də Lənkəran Dövlət Universiteti (LDU)ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasındaAnlaşma Memorandumunun imzalanması mərasimikeçirilib. Hər iki ali təhsilocağında mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadrlarınhazırlanması, təhsil, elm və təcrübənin uzlaşdırılması, elmi-pedaqoji fəaliyyətlərin əlaqələndirilməsi məqsədidaşıyan Memorandumun imzalanmasına həsr olunan mərasimi Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət Universitetinin rektoru, prof.Ceyran xanım Mahmudova açıb. LənkəranDövlət Universiteti ilə ADMİU arasında son illərdə yaranan əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki ali təhsil ocağıüçün faydalı olduğunu bildirən C.Mahmudova universitetin müəllim və tələbə heyətinin Lənkəran ...

Lənkəran Dövlət Universiteti “Tələbə Mediası” layihəsində təmsil olunur

Lənkəran Dövlət Universiteti (LDU) Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tələbə Mediası” layihəsində iştirak edir.Layihə çərçivəsində 19-21 oktyabr 2021-ci il tarixində LDU-nun tələbələri üçün 3 günlük təlimlər keçirilib. Təlimlər tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunması, məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək və digər məsələləri əhatə edib.Bildirilib ki, hazırda davam etməkdə olan layihədə 01-04 noyabr 2021-ci il tarixlərində Almaniya ...

İqtisadi mövzuda elmi seminar

LənkəranDövlət Universitetinin (LDU) “İqtisadiyyatvə idarəetmə” fakültəsində elmi seminarkeçirilib. “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında keçirilən seminar“Azərbaycanın maliyyə resursları bazarı və onun əsas iştirakçıları” mövzusuna həsr edilib. Elmi seminarda bumövzuda kafedranın müəllimi Namiq Bayramov məruzə edib.Məruzədə Azərbaycanda maliyyə bazarının subyektlərikimi özəl kommersiya bankları, xarici sərmayəli kommersiya bankları, bank olmayan kredit təşkilatları,maliyyə bazarına xidmət edən sığorta şirkətləri haqqında geniş informasiyaverilib, Azərbaycanın maliyyə resurslarıbazarının inkişaf istiqamətləri geniş təhlil olunub.Elmiseminar diskussiya şəraitində keçirilib, iştirakçıların suallarıcavablandırılıb, məruzə ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.

LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib.

Bu gün Lənkəran Dövlət Universitetində (LDU) AzərbaycanRespublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünə həsredilmiş Elmi-nəzəri konfrans keçirilib. Mingəçevir Dövlət Universiteti (MDU) iləbirgə keçirilən konfransda müstəqilliyimiz uğrunda qurban gedən şəhidlərin xatirəsiehtiramla yad olunaraq 1 dəqiqəliksükutla anılıb. LənkəranDövlət Universitetinin rektoru, professor Natiq İbrahimov konfrans iştirakçılarını salamlayaraq onlarıbayram münasibətilə təbrik edib. Elmi-nəzəri konfransın MDU ilə birgə keçirilməsindən məmnunluğunuifadə edən LDU rəsmisi bildirib ki, Azərbaycan bir əsrdə iki dəfəmüstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazansada, təəssüf ki, birinci imkan xaricimüdaxilə, ...

LDU-da keçirilən   Beynəlxalq  elmi-praktik  konfrans  ərzaq  və qida təhlükəsizliyinə həsr edilib.

Lənkəran Dövlət Universitetində (LDU) onlayn-distant formatda Beynəlxalq elmi-praktik konfrans keçirilib. LDU-nun Avrasiya Universitetləri Assosiasiyası ilə birgə təşkil etdiyi konfrans “Azərbaycan yeni inkişaf mərhələsində - postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyi :müasir vəziyyət, çağırışlar, perspektivlər” mövzusuna həsr edilib. Beynəlxalq konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb. Konfrans iştirakçılarını salamlayan professor Natiq İbrahimov bildirib ki, bu gün müzakirəsinə toplaşdığımız mövzu həqiqətən çox aktual və vacib bir problemə həsr olunub. Çünki ...

“Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Adlı Erasmus+ Layihəsi çərçivəsində rektorların ilk görüşü keçirilib

04 oktyabr 2021-ci il tarixində Bakı BiznesUniversitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+layihəsi çərçivəsində rektorların ilk görüşü keçirilib.Tədbirdə layihə konsorsiumun üzvü olan universitetlərinrektorları və Azərbaycan Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov iştirakedib. Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimovun da qatıldığıgörüşdə Layihənin koordinatoru Gülşən Bayramova müsahibə üçün hazırlanansualları rektorlara təqdim edib. Müsahibə zamanı maraqlı fikirlər və təkliflər irəlisürülüb. Universitetlərdən dəvət olunmuş rektorlar öz təcrübələrinə əsaslanaraqmaraqlı müzakirələr aparıblar.

LDU  ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında Anlaşma   Memorandumu  imzalanıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Lənkəran DövlətUniversiteti (LDU) və Azərbaycan DövlətPedaqoji Universiteti (ADPU) ilə Anlaşma Memorandumları imzalayıb. 2021-2024-cü il tarixləriarasında fəaliyyət göstərəcək “Amerika guşəsi” kimi tanınan ictimai məlumat və maarifləndiricimərkəzin açılması ilə bağlı Memorandumun imzalanma mərasimi Azərbaycan DillərUniversitetində keçirilib. Mərasimi universitetin rektoru, professor Kamal Abdulla açıb. Rektor “Amerika guşələri”ninaçılmasını təqdirəlayiq təşəbbüsadlandırıb, belə bir mərkəzin ADU-da da fəaliyyət göstərdiyini, tələbə və müəllim heyəti üçün müasir təhsilintələbləri baxımından olduqca faydalı olduğunu bildirib.ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriÖrl Litzenberq çıxışında deyib ki, imzalanmışmemoranduma əsasən Lənkəran ...

Lənkəran  Dövlət  Universitetində   yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr olunub.

LənkəranDövlət Universitetində (LDU) bu gündən ənənəvitəhsilə start verilib.Yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr edilib. Bütün fakültələrdə ilkdərslərdə Vətən müharibəsində qəhrəmancasınadöyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazibütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərdən,Azərbaycan Ordusunun Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi altında qazandığı döyüş uğurlarından söz açılıb. Ölkə başçısının 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamlasentyabrın 27-si tarixinin Azərbaycan Respublikasında Anım Günü elan edildiyi ,44 gün davam edən hərbi əməliyyatlarınAzərbaycan tarixinə Vətən müharibəsi, İkinci Qarabağ savaşı, “Dəmir yumruq” əməliyyatı kimi düşdüyü, ...

FHN-nin  Dövlət Yanğın Nəzarəti Xidməti  LDU-da  seminar-müşavirə keçirib.

Lənkəran Dövlət Universitetində (LDU) yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib.Tədbir 27 sentyabr Anım Günü ilə bağlı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutlayad edilməsi ilə başlanıb.LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Elvin Əliyev seminar – müşavirənin profilaktik məqsəddaşıdığını və maarifləndirmə xarakterli olduğunu bildirib, LDU-dada təhlükəsizlik tədbirlərinin qorunması ilə bağlı belə tədbirlərin mütəmadi keçirildiyini qeyd edib, dünyadatexnogen, ekoloji hadisələrin və təbii fəlakətlərin ildən-ilə çoxaldığı birdövrdə hər bir kəsin ilkin tibbi yardım bacarığının olmasının və fövqəladəhallar zamanı təhlükəsizlik tədbirlərinə əməl etməsinin vacibliyini ...