Xəbər lenti
12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) onlayn tədbir keçirilib. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbir iştirakçılarını, universitetin bütün professor, müəllim, tələbə, işçi heyətini 12 noyabr Konstitusiya Günü və erməni işğalçılarına qarşı aparılan Vətən müharibəsində xalqımızın qazandığı böyük və tarixi qələbə münasibətilə təbrik edib. 12 noyabr gününün mahiyyəti, həmin dövrdəki tarixi şərait barədə ətraflı söz açan professor Natiq İbrahimov bildirib ki,Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il ...
Qələbə günün mübarək, Azərbaycan!Bu gün – 10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqının, Azərbaycan millətinin hər bir qədirbilən vətəndaşı Milli Qürur hissi keçirir. Bu gün 30 ilə qədər davam edən, qəlbimizi göynədən bir nisgilə, içimizi yandıran bir həsrətə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük fəxarət və qürur hissi ilə Azərbaycan xalqına müraciətini dinləyərkən, Ermənistanın məğlub olma xəbərini eşidəndə sevincdən hansı hisslər keşirdiyimi ifadə etməkdə dil də acizdir, sözlər də . Bircə onu deyə bilərəm ...
Gün o gün olsun ki,qurtarsın dava,Dağılsın buludlar,açılsın hava.Alınsın düşməndən intiqam,qisas… Bu gün həmin gündür...Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gün. Xalqımız bir qərinə-təqribən 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli , şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan , dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu! Ölkə başçısı, Ali ...
-Əziz həmvətənlər.Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim:“Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatıBiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:1. 10 ...
Bu gün -9 noyabr Azərbaycan Respublikası Dövlət bayrağının yaranmasının 102-ci ildönümüdür.Xalqımız bu ilki bayramı ikiqat sevinc və coşqu ilə qeyd edir. Azərbaycanın dövlət bayrağının 27-28 illik fasilədən sonra Azərbaycan ordusunun erməni qəsbkarlarından azad etdiyi Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində dalğalanması xalqımıza ölçüyəgəlməz sevinc, bayram ovqatı və əhval ruhiyyəsi bəxş edib.Bu sevinci bizlərə yaşadan Ali Baş Komandana, Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə ürəkdən təşəkkür edir,minnətdarlıq bildiririk! Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ...
- Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz ...
Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edən dost və qardaş ölkənin-Türkiyə Cümhuriyyətinin Çukurova Universitetindən aldığımız məktub göstərir ki, türk xalqı Azərbaycan dövlətinin Qarabağda , torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda apardığı haqq savaşında, Vətən müharibəsində xalqımızın yanındadır. Təşəkkürlər, Türkiyə!Təşəkkürlər ,Çukurova Universiteti!Bir millət, iki dövlət!Biz birlikdə güclüyük!
Ali Baş Komandan , möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etməyə başladığı ilk günlərdən Türkiyə Cümhuriyyəti qardaşlıq missiyasını uğurla yerinə yetirir. Bu sahədə dost və qardaş ölkənin universitetləri, ziyalıları, elm-sənət adamları, müəllim və tələbələr həmrəylik göstərirlər. Son bir ayda Lənkəran Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinə gələn məktubların əksəriyyəti vətənpərvərlik mövzusundadır. Türk qardaşlarımız “bir millət, iki dövlət” kəlamlarını önə qoymaqla yanaşı, savaşa hazır olduqlarını da bildirirlər. Kafkas Universiteti: (www.kafkas.edu.tr) saytın ilk sərlövhəsində İki ...
Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş “25 uşaq” Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa prezidentlərinə məktub yazıb. Məktubda yazılır: - Hörmətli Vladimir Putin, Donald Tramp və Emmanuel Makron, Rəhbərlik etdiyiniz dövlətlər uzun zamandır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması missiyasını üzərinə götürən Minsk qrupuna həmsədrlik edir. Xocalı şəhəri də Ermənistanın işğalı altındadır. O Xocalı ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yerlə-yeksan edildi, 613 ...
Prezident İlham Əliyevin müraciəti-Əziz həmvətənlilər.Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Çünki ...