Xəbər lenti
ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfric Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinə baş çəkib. Hörmətli qonağı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib. Qəbul çay süfrəsi arxasında, dostluq və səmimilik şəraitində keçib. Söhbət zamanı professor Natiq İbrahimov ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirib və tərəflər arasında işgüzar əlaqələrin davamlı olmasının hər iki tərəf üçün faydalı olacağını deyib. Universitetdə son illərdə gedən təhsil islahatlarından, maddi ...
oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) keçirilən bayram tədbirini universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən universitet rəsmisi müəllim peşəsinin məziyyətlərindən söz açaraq onu ən şərəfli və məsuliyyətli sənət kimi dəyərləndirib. Təbrik çıxışında professor Natiq İbrahimov universitetin professor-müəllim heyətinə, pedaqoji ixtisaslarda təhsil alan tələbələrə ən xoş bayram arzularını çatdırıb, onlara çətin və şərəfli işlərində uğurlar arzu edib, LDU-nun inkişafı naminə birgə və səmərəli fəaliyyətin vacibliyini önə ...