Xəbər lenti



 Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb.

29 sentyabr 2020, 21:30 Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib.Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar.Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmısınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır.Prezident İlham Əliyev: Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat ...

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan məktəblilərimiz.

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın ...

Qarabağ Azərbaycandır! Biz qalib gələcəyik!

Bu gün Azərbaycan öz tarixinin ən çətin, ən şanlı , ən fəxrli məqamını yaşayır. Azərbaycan ordusu itirilmiş torpaqlarımızın qaytarılması istiqamətində ölüm-dirim savaşına başlayıb və bu savaşı uğurla davam etdirir. Bu mübarizədə Azərbaycan xalqı öz dövlət başçısının yanında, öz ordusunun arxasındadır.Bizim mübarizəmiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan haqq mübarizəsi aparır! Azərbaycanın ...

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin xalqa müraciəti- Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi ...

LDU-da yeni tədris ilinin başlanması  onlayn qeyd edildi.

Lənkəran Dövlət Universitetində (LDU) -da yeni -202/2021-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.Onlayn formatda keçirilən tədbirə universitetin professor-müəllim heyətinin təmsilçiləri, dekan, kafedra müdirləri,Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının rəsmiləri, fəal tələbələr qatılıblar.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və yeni tədris ilinin başlanması münasibəti ilə LDU-nun bütün kollektivini, tələbə müəllim heyətini təbrik edərək uğurlar arzulayıb.Universitet rəsmisi cari tədris ilinin xüsusi karantin rejimində başladığını , koronavirus pandemiyasının-COVİD-19-un tədris prosesinin normal qaydada təşkilinə əngəl yaratdığını ...

Elmi Şura tədrisin təşkili  ilə bağlı yeni qaydaları təsdiq etdi.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın bu dəfəki iclası da xüsusi karantin rejimi ilə əlaqədar olaraq onlayn keçirilib. İclası Elmi Şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və ilk öncə yeni-2020/ 2021-ci tədris ilinin başlanması münasibəti ilə tədbirin bütün iştirakçılarını, universitetin professor-müəllim-tələbə heyətini təbrik edərək uğurlar arzulayıb.Şura sədri bu günki iclasın müzakirəsinə olduqca vacib məsələlərin çıxarıldığını deyərək iştirakçıları müzakirədə aktiv olmağa çağırıb.Müzakirəyə çıxarılan iki məsələ - “Yenilənmiş təhsil standartları əsasında tərtib olunan universitetin bakalavr və ...

Azərbaycan Memarlıq və İnşaat Universiteti Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.#Hər ZamanTəhsilAzMİU-da qabiliyyət imtahanları sentyabrın 16-dan başlayacaqSentyabrın 16-dan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək, proses sentyabrın 18-də yekunlaşacaq. Abituriyentlərin tapşırıqlarını qiymətləndirmək üçün Qabiliyyət İmtahanı Komissiyası yaradılıb. Komissiyaya memarlıq ixtisası üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri və DİM-in əməkdaşları daxil edilib.Pandemiya şəraitinin ...

SDU Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni davam etdirir.

Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin 2020-2021-ci tədris ilində həyata keçiriləcək ən böyük layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiridir. Məlumat üçün bildirək ki, yataqxanada 1992-ci ildən bəri məcburi köçkünlər məskunlaşmışdır. 2020-ci ilin əvvəlində məcburi köçkünlər dövlətimiz tərəfindən onlar üçün tikilmiş binalara köçürülmüşdür. Yataqxana tam yararsız vəziyyətə düşmüşdü. Təmirlə bağlı layihələndirmə işləri başa çatmışdır. Yataqxana müasir standartlara uyğun layihələndirilmiş, tələbələrin rahatlığını təmin etmək üçün hər cür şəraitin yaradılması planlaşdırılmışdır. Yataqxanada 100-ə yaxın otaqdan əlavə kitabxana, camaşırxana, yeməkxana ...

 LDU yeni tədris ilini yeniliklərlə qarşılayır.  #HərZamanTəhsil

LDU yeni tədris ilini yeniliklərlə qarşılayır. Koronavirus pandemiyasının - COVİD-19-un yaratdığı çətinliklərə baxmayaraq Lənkəran Dövlət Universiteti (LDU) yeni tədris ilinə ürəkaçan yeniliklərlə qədəm qoyur. Əsas yenilklərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli qərarına əsasən Lənkəran Dövlət Humanitar Kollecinin Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkilidir. Həm ali təhsil müəssisəsində, həm də kollecdə tədris planlarının eyni ixtisaslar üzrə uyğunluğu kolleci bitirən subbakalavrların ...

Bakı Slavyan Universiteti Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni davam etdirir.

Bakı Slavyan Universiteti Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni davam etdirir.Yeni- 2020-2021-ci tədris ilinin başlanmasına 1 həftə vaxt qalır. Məlumat üçün bildiririk ki, Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi və bu ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar Klubunun təşkilatçılığı ilə həyata keçiriləcək yeni və maraqlı layihələrdən biri də “Gələcəyin diplomatları” layihəsidir.Qeyd edək ki, bu gün başlayan və sentyabr ayının 12-də başa ...