Xəbər lenti



İctimai şura LDU-da imtahanların gedişini izlədi.

Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası bir neçə gündür ki, davam edir. İmtahan sessiyasını canlı izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri də fəaliyyətlərinə start verib.İctimai şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov başda olmaqla, şura üzvləri universitetin hər iki tədris korpusuna baş çəkərək imtahanların gedişini canlı izləyiblər.Cəmiyyətlə sıx təmas yaratmaq, universitetdə aparılan təhsil uğurları ilə ictimaiyyəti yaxından tanış etmək ...

Lənkəran Dövlət Universitetində imtahan sessiyasına start verilib.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gün start verilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkib və imtahanların gedişini əyani izləyib.Qeyd edək ki, universitet rəsmisi imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinatorlar və imtahanların gedişinə məsul digər şəxslərlə görüş keçirib. Görüş iştirakçılarını yeni təqvim ili münasibəti ilə təbrik edən professor Natiq İbrahimov payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini ...

 LDU ilə Amasiya Universiteti arasında Memorandum imzalanıb.

Lənkəran Dövlət Universiteti (LDU) ilə Türkiyə Cümhuriyyətinin daha bir universiteti arasında akademik əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Amasya Universiteti ilə imzalanmış Anlaşma Memorandumu təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır və tədris, tədqiqat, tələbə, müəllim , təlim proqramları mübadiləsi,birgə elmi seminarların və tədbirlərin keçirilməsinə xidmət edir.5 il müddətinə imzalanan memorandumu Lənkəran Dövlət Universiteti tərəfindən rektor vəzifəsini icra edən professor Natiq İbrahimov, Amasiya Universiteti tərəfindən rektor, professor Mətin Orbay imzalayıb.Xatırladaq ki, Lənkəran Dövlət Universiteti ...

 LDU-da “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) professor Nihan Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat elminin inkişafının yeni mərhələsi” mövzusunda universitet elmi konfransı keçirilib.Konfransı giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov yubilyarı 80 illk yubileyi münasibəti ilə təbrik edərək tədbirin bütün iştirakçıları adından xoş arzularını bildirib, ölkə elminin inkişafındakı roluna, yeni nəsil riyaziyyatçı elmi kadrların, alim və tədqiqatçıların yetişdirilməsindəki fəaliyyətinə görə təşəkkür bildirib.Bakı Dövlət Universitetinin dosenti Ramiz Əhmədov professor Nihan Əliyevin ...

Lənkəran Dövlət Universitetində “Yeni il karnavalı”.

Lənkəran Dövlət Universitetində (LDU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2019-cu il münasibəti ilə möhtəşəm “Yeni il karnavalı” keçirilib.Lənkəran Dövlət Humanitar kolleci ilə birgə keçirilən bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və bütün iştirakçılara xoş bayram arzularını çatdırıb.Universitet rəsmisi başa çatmaqda olan ilin yekunlarından, 2019-cu ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edib.Yeni il tədbirində 2018-ci ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən yubilyar müəllimlərə ...

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun LDU kollektivinə yeni il təbriki.

Dəyərli həmvətənlər!Hörmətli professor-müəllim heyəti!Əziz tələbələr!Hamınızı yeni-2019-cu il və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edirəm.Bu gün böyük fəxrlə deyə bilərik ki, yola saldığımız 2018-ci il Azərbaycan xalqı üçün əlamətdar hadisələrlə, möhtəşəm yeniliklərlə yaddaqalan oldu.Xalqımız bu il elliklə Şərqin ilk demokratik respublikasının-Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük təntənə ilə bayram etdi.2018-ci il , həmçinin bizim üçün-Lənkəran Dövlət Universitetinin kollektivi üçün də olduqca əlamətdar hadisələrlə zəngin oldu.Başa çatmaqda olan il LDU tarixinə inkişaf, tərəqqi, yüksəliş ili kimi möhrünü ...

LDU-da “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda gənc tədqiqatçıların(magistrant və doktrant) respublika elmi konfransı dövlət himnimizin ifası ilə start götürüb.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov konfrans iştirakçılarını salamlayıb və gənc tədqiqatçılara uğurlar arzulayıb.Ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan söz açan universitet rəsmisi gənc tədqiqatçıların elmi işlərə cəlb edilməsinin elmimizin inkişafı üçün səmərəli olacağını deyib.Professor Natiq İbrahimov son illərdə Lənkəran Dövlət Universitetində gənclərin elmə həvəs göstərdiyini, elmi tədqiqatlar aparmağa maraqlı olduqlarını müsbət ...

Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib.

Zəmanəsinin böyük şəxsiyyəti, filosofu olan, Yaxın Şərqdə müdriklik simvolu kimi tanınan Şeyx Zahid Gilaninin anadan olmasının 800 illiyi münasibəti ilə Türk İşbirliyi və Koordinasiya Agentliyinin maliyyə dəstəyi, AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türkiyə Cümhuriyyətinin Konya Nəcməddin Ərbəkan Universitetinin birgə təşkilatçılığı ilə LDU-da keçirilən “Doğumunun 800-cü ilində Şeyx zahid Gilani” Beynəlxalq simpozium bu gün işini bölmələrdə davam etdirib.Türkiyə, İran, Bolqarıstan,Azərbaycandan olan alim və tədqiqatçıların “Şeyx Zahid mühiti və mədəni irsimiz”, “Şeyx Zahid ənənələri və Lənkəran bölgəsi”, “Şeyx Zahidin həyatı və ...

 LDU kollektivi ulu öndər Heydər Əliyevin anım mərasimində iştirak edib.

Bu gün Azərbaycan xalqının böyük oğlu, ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür. Qədirbilən xalqımız onun həyatında silinməz iz buraxmış dahi oğlunun xatirəsini bu gün də ehtiramla yad edib.Ölkənin hər yerində olduğu kimi, Lənkəranda da, ulu öndərin anım mərasiminə minlərlə insan qatılıb.Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti başda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov olmaqla dahi öndərin adını daşıyan xatirə parkına gələrək abidə kompleksini ziyarət edib, önünə təzə-tər payız çiçəkləri, qərənfillər düzüb.Həmçinin bu gün universitetdə keçirilən ilk dərslərdə ...

ADA əməkdaşları LDU –da olub.

Respublikamızın ən nüfuzlu ali təhsil ocaqlarından olan ADA Universitetinin əməkdaşları Lənkəran Dövlət Universitetində (LDU) olublar.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara LDU barədə ətraflı məlumat verib.Son illərdə təhsilin səviyyəsinin artırılması sahəsində aparılan çoxşaxəli işlərdən söz açıb,Avropa , Türkiyə və respublika daxilindəki universitetlərlə birgə aparılan layihələrdən, onların uğurlu nəticələrindən danışıb, yeni ixtisasların açıldığını, laboratoriyaların alındığını, tədris-təcrübə bazasının yaradıldığını, professor-müəllim heyəti üçün xidməti mənzillərin tikilərək istifadəyə verildiyini deyib.Bildirib ki, hal-hazırda universitetdə yeni yataqxana binası və əlavə tədris korpusu ...