Xəbər lenti
AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətininDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İnsanResursları departamentinin direktoru Rauf Abbasov, Xidmətin Sənədlərlə iş şöbəsininmüdiri Vüsalə Əliyeva və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz ƏmlakınDövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı ərazi idarəsininmüdiri İmran Əzizov Lənkəran Dövlət Universitetinin sonuncu tədris ili tələbələriilə görüşüb. Görüşdətələbələrə ödənişsiz təcrübə keçmələri, işlə təmin olmaq imkanları, layihə çərçivəsindəcari ildə işə götürənlər barədə ətraflı məlumat verilib.Sondatələbələri maraqlandıran suallar xidmət əməkdaşları tərəfindən cavablandırılıb.
5Oktyabr ən şərəfli, müqəddəs peşə sahibləri olan müəllimlərin bayramıdır. Müəllimən böyük bağbandır, sönməyən günəşdir, yanan ürəkdir. “Müəllimlik,hər şeydən əvvəl, bir Tanrı sənətidir”(Platon). Əsrlərboyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə,inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllimsözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadəedib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinəbənzəməyə çalışıblar.Bugün böyük fəxr və iftixar hissi ilə deyə bilərik ki, məhz müəllim ordusunun yetişdirdiyi gənc nəsiltorpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda ...
Lənkəran Dövlət Universitetində 27 sentyabr “Anım günü” ilə əlaqədar silsilətədbirlər keçirilib. Tədbirlərdə vətənimizin müstəqilliyi, torpaqlarımızınazadlığı uğrunda qurban gedən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yadedilib. Tədbirdə çıxış edənlər 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanİlham Əliyev cənablarının uğurlu siyasəti, Xalq-Ordu birliyi, əsgərlərimizin misilsiz şücaəti barədəətraflı söz açıblar. Bildirilib ki, 27 sentyabr 2020-ci il səhər saatlarındaErmənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonadayerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşətutub. 44 gün davam edən müharibə ərzindəAzərbaycan ordusunun misilsiz döyüş qüdrəti, Ali ...
Lənkəran Dövlət Universitetində (LDU) 15 sentyabr Bilik Günü tədbirini LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik edib. Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, lazımi qayğı ilə əhatə olunacaqlarını deyib. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov LDU-da ...
Lənkəran Dövlət Universiteti ənənəsinə sadiq qalaraq hər tədris ilində olduğu kimi bu il də tələblərini möhtəşəm yeniliklərlə qarşılayır. Belə ki, bu il LDU-da oğlan tələbələr üçün nəzərdə tutulmuş 5 mərtəbəli müasir tələblərə cavab verən yeni 250 yerlik yataqxana binası istifadəyə veriləcəkdir. Yataqxana 2 saylı tədris korpusunun ərazisində yerləşir. Otaqlar 2 nəfərlikdir.
Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şura yeni-2023/2024-cü tədris ilində ilk iclasını keçirib. Elmi şuranı universitetin rektoru, prof. Natiq İbrahimov açaraq iclas iştirakçılarını və LDU-nun bütün kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və gündəliyi açıqlayıb. İclasın gündəliyi təsdiqlənəndən sonra məsələlərin müzakirəsinə başlanılıb. İlk olaraq “Universitetin yeni strukturunun təsdiqi və əmək haqlarının artırılması haqqında” Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Bildirib ki, universitetdə cari tədris ilindən ümumilikdə əmək haqqı fondu 13.5% artırılır.Tədrisin təşkili ...
Lənkəran Dövlət Universiteti (LDU) tələbələrinə xoş müjdəmiz var. 2023/2024-cü tədris ilində oğlan tələbələr müasir tələblərə cavab verən yeni- 250 yerlik yataqxana binasından istifadə edə biləcəklər. Nəzərə alanda ki, hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından 5400 tələbə təhsil alır və daha 2000 nəfərin yeni tədris ilində bu ali təhsil ocağına qəbulu gözlənilir, onda oğlan tələbələri üçün yeni tələbə yataqxanasının istifadəyə verilməsinin necə böyük əhəmiyyət kəsb etdiyi aydın görünür.Qeyd edək ki, yeni yataqxana binası universitetin II saylı korpusunda ...
Müsahibimiz Lənkəran Dövlət Universitetinin rektoruprofessor Natiq İbrahimovdur Bu il Lənkəran Dövlət Universitetini (LDU) bakalavriat səviyyəsiüzrə 880, magistratura səviyyəsi üzrə 145 nəfər bitirdi. Artıq növbəti tədrisili üçün plan yerlərinin sayı da, görüləcək işlərin planları da hazırdır. LDUelə bu ildən başlayaraq dünya universitetlərinin olduğu siyahılara düşməyə,dünyanın müxtəlif yerlərindən oxumaq üçün Azərbaycana gələnlərin diqqətini cəlbetməyə çalışacaq. Rektor, professor Natiq İbrahimov “Azərbaycan müəllimi” qəzetinəhəm növbəti tədris ili üçün planlardan, həm də gələcək hədəflərdən bəhs edib. İş şəraitini ildən-ilə yaxşılaşdırırlar - Geridə qoyduğumuz tədris ili ...
Bakı Biznes Univeristetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” - ECAR Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İspaniyanın Madrid şəhərində baş tutub. 10-14 iyul tarixlərini əhatə edən səfərin əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsi olub. Səfərdə Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin ...
Tələbə Təhsil Kredit Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verilib. Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında təşkil edilən ilk tədbirdə tələbələr, yuxarı sinif şagirdlərinin valideynləri və məktəb müəllimləri iştirak edib. Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin Beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq görüşün mahiyyətini açıqlayıb, Təhsil Tələbə Krediti Fondunun əhalinin həssas təbəqəsinə yaratdığı təhsil imkanlarından söz açıb.“Regional ...