Xəbər lenti



Konstitusiya günü LDU-da qeyd edildi.

12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) keçirilən tədbiri sosial məsələlər üzrə prorektor dosent Kamran Kazımov açaraq iştirakçıları universitet rəhbərliyi adından təbrik edib.LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Müşfiq Bayramov bu tarixi günün mahiyyəti, həmin dövrdəki tarixi şərait barədə geniş məruzə edib.Bildirib ki,Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın ...

Lənkəranda möhtəşəm bayraq yürüşü.

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Lənkəranda bütün təntənəsi qeyd edilib ,milli bayraqlarımızın dalğalandığı küçə və meydanlarda əsil xalq coşqusu, bayram əhval-ruhiyyəsi yaşanıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən bayram mərasimi Azərbaycan Dövlət Himninin canlı ifası ilə start götürüb.Bayram mitinqini Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları milli bayramımız-9 noyabr Bayraq günü münasibəti ilə təbrik edib.Bayraq gününün milli bayram kimi elliklə qeyd olunmasının gənclərin vətənpərvərlik tərbiyəsində , ...

Üç rəngli bayrağınla məsud yaşa!...

Lənkəran Dövlət Universitetində (LDU) 9 noyabr Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilib.Milli bayraqlarımızın dalğalandığı böyük akt zalında keçirilən mərasim tədbir iştirakçılarının ifasında Azərbaycan Dövlət Himni ilə start götürüb.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbirin bütün iştirakçılarını-professor-müəllim-tələbə heyətini bayram münasibəti ilə təbrik edib, milli bayrağımızı xalqın sərvəti, mənliyi, şərəfi, qurur mənbəyi adlandırıb, onu dəyərləndirməyi , göz bəbəyi kimi qorumağı gənc nəslə tövsiyə edib.Humanitar fakültənin dekanı , tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov məruzəsində milli atributlarımızdan biri ...

LDU Türkiyə universitetləri ilə əlaqələrini genişləndirir.

Lənkəran Dövlət Universiteti (LDU) qardaş Türkiyə Cümhuriyyətinin universitetləri ilə təhsil sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.25 oktyabr 2018-ci il tarixdə LDU ilə daha bir Tükiyə Universiteti –Beykənd Universiteti arasında təhsilin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb. İmzalanan Mübadilə proqramının əsas məqsədi hər iki ali təhsil ocaqları arasında bakalavr və magistr tələbələrin , tədqiqatşıların, müəllimlərin mübadiləsi sahəsində əməkdaşlıq etməkdir. LDU –nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və Beykend Universitetinin rektoru, professor Mehmet Emin Karahanın imzaladıqları Mübadilə proqramı 3 il ...

LDU-da mülki müdafiə təlimi.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mütəxxəssisləri Lənkəran Dövlət Universitetində mülki müdafiə təlimi keçirib. Baş verə biləcək fövqaladə hadisələr zamanı vəziyyəti nəzarətdə saxlamaq, belə hallarda maksimum ziyansız ötüşmək məqsədi ilə keçirilən təlim- məşqə universitetin rəhbər heyətinin məsul şəxsləri cəlb edilib. ”Fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən təlim məşqində çıxış edən LDU-nun təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyev bu istiqamətdə universitetdə aparılan profilaktiki tədbirlərdən söz ...

Beynəlxalq tədbirə LDU təmsilçisi sədrlik edib.

UMYOS-un (Uluslararası Məslək Yüksək Okulları Simpoziumu) 2018-ci ilin 16-18 oktyabr tarixlərində Bakı şəhərində “İnformasiya texnologiyalarındakı dəyişiklik və inkişafın peşələrə təsiri” mövzusundaVII konqresi keçirilib. Simpoziuma sədrliyi Lənkəran Dövlət Universiteti təmsilçisi, rektorun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov edib. UMYOS-un yaranma tarixindən, formalaşma mərhələlərindən, beynəlxalq status qazanmasından söz açan natiq bu ilki konqresin Bakı şəhərində keçirilməsinin heç də təsadüfi olmadığını , ölkə başçısı cənab İlham Əliyevin elmə, təhsilə, mədəniyyətə və inişafda olan gənc nəslə daim qayğı və diqqət göstərdiyini, yeni texnologiyaların ...

LDU-da 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü qeyd edilib.

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən bayram tədbirini universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov açıb.Tədbir iştirakçılarını 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə universitet rəhbərliyi adından təbrik edən dosent İdrak Əsgərov bu günü Azərbaycan tarixinin şanlı səhifəsi kimi dəyərləndirərək ölkə başçısı cənab İlham Əliyevin 15 illik fəaliyyəti dövründə qazanılmış böyük uğurlardan söz açıb, müstəqil dövlətdə yaşayıb çalışmağın hər bir vətəndaş üçün qürurverici olduğunu deyib. 18 oktyabr Dövlət Müstəqillk günü ilə bağlı geniş ...

Rusiyalı mütəxəssis LDU-da təlim keçir.

Lənkəran Dövlət Universitetində (LDU) aqrar yönümlü fakültələrdə təhsil alan tələbə və magistrantların təcrübi bacarıqlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək məqsədi ilə xaricdən alınmış tədris laboratoriyaları quraşdırıldıqdan sonra ikinci mərhələyə-maarifləndirici təlimlərə start verilib. Professor-müəllim-tələbə heyətinin son model laboratoriyaların gücündən düzgün və səmərəli istifadə edə bilmələri məqsədi ilə keçirilən treninq-təlimləri xaricdən dəvət olunmuş peşəkar mütəxəssislər aparır. Çinli mütəxəssislərin iki həftəlik təlimlərindən sonra rusuyalı mütəxəssislərin treninqi başlayıb. Rusiya Federasiyasının “Texnoanalit” Elm-istehsalat mərkəzinin (Tomsk şəhəri) laboratoriya müdiri Tatyana Tolmaçeva ”baytarlıq”, “qida məhsulları texnologiyası”, qida təhlükəsizliyi və ...

Amerikalı qonaq LDU-da.

ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfric Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinə baş çəkib. Hörmətli qonağı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib. Qəbul çay süfrəsi arxasında, dostluq və səmimilik şəraitində keçib. Söhbət zamanı professor Natiq İbrahimov ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirib və tərəflər arasında işgüzar əlaqələrin davamlı olmasının hər iki tərəf üçün faydalı olacağını deyib. Universitetdə son illərdə gedən təhsil islahatlarından, maddi ...

 LDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edildi.

oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) keçirilən bayram tədbirini universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən universitet rəsmisi müəllim peşəsinin məziyyətlərindən söz açaraq onu ən şərəfli və məsuliyyətli sənət kimi dəyərləndirib. Təbrik çıxışında professor Natiq İbrahimov universitetin professor-müəllim heyətinə, pedaqoji ixtisaslarda təhsil alan tələbələrə ən xoş bayram arzularını çatdırıb, onlara çətin və şərəfli işlərində uğurlar arzu edib, LDU-nun inkişafı naminə birgə və səmərəli fəaliyyətin vacibliyini önə ...