Xəbər lenti
Prezident İlham Əliyevin xalqa müraciəti-Əziz həmvətənlər.Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.Laçın rayonu ölkəmizin ən böyük rayonlarından ...
-Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın ...
- Əziz həmvətənlər.Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və ...
Bu gün- 17 noyabr- Azərbaycanın Milli Dirçəliş Günündə ölkəmizdə əsl bayram ovqatı və qələbə ab-havası yaşanılır. Bu da səbəbsiz deyil. Ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin 28 ildən sonra qəhrəman əsgərlərimizin, Milli ordumuzun şücaəti sayəsində erməni qəsbkarlarından azad olunan Cəbrayıl və Füzuli rayonlarına səfərə getməsi, həmin ərazilərdə 3 rəngli Azərbaycan bayrağını ucaltması xalqımıza əsl bayram sürprizi oldu. Həmin kadrlara sakit, həyacansız baxmaq mümkün deyil. Ölkə başçımızın dövlət bayrağımızın qarşısında səcdəyə gəlməsi, onu öpüb gözlərinin üstünə qoyması, sonra vüqarla ...
Möhtərəm cənab Prezident.Sizi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması məqsədilə 10 noyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı”nın imzalanması münasibətilə Lənkəran Dövlət Universitetinin kollektivi adından təbrik edir, ölkəmizin sabahı, davamlı inkişafı naminə göstərdiyiniz səyləri, bu ağır dövrdə xalq-iqtidar və ordu birliyinə nail olduğunuzu alqışlayırıq.Memarı ümummilli lider Heydər Əliyevin olduğu Azərbaycan son illər ərzində Sizin rəhbərliyinizlə sürətlə inkişaf etmiş, regionda, həmçinin dünyada söz və nüfuz sahibinə çevrilmişdir. Müstəqil Azərbaycan dövlət siyasətinin əsas ...
Möhtərəm cənab Prezident,Sizi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması məqsədilə 10 noyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı”nın imzalanması münasibətilə Lənkəran Dövlət Universitetinin kollektivi adından təbrik edir, ölkəmizin sabahı, davamlı inkişafı naminə göstərdiyiniz səyləri, bu ağır dövrdə xalq-iqtidar və ordu birliyinə nail olduğunuzu alqışlayırıq.Memarı Ümummilli lider Heydər Əliyevin olduğu Azərbaycan son illər ərzində Sizin rəhbərliyiniz ilə sürətlə inkişaf etmiş, regionda, həmçinin dünyada söz və nüfüz sahibinə çevrilmişdir. Müstəqil Azərbaycan dövlət siyasətinin ...
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Xatırladaq ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və 1995-ci il noyabrın 27-də qüvvəyə minib.Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini ...
12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) onlayn tədbir keçirilib. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbir iştirakçılarını, universitetin bütün professor, müəllim, tələbə, işçi heyətini 12 noyabr Konstitusiya Günü və erməni işğalçılarına qarşı aparılan Vətən müharibəsində xalqımızın qazandığı böyük və tarixi qələbə münasibətilə təbrik edib. 12 noyabr gününün mahiyyəti, həmin dövrdəki tarixi şərait barədə ətraflı söz açan professor Natiq İbrahimov bildirib ki,Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il ...
Qələbə günün mübarək, Azərbaycan!Bu gün – 10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqının, Azərbaycan millətinin hər bir qədirbilən vətəndaşı Milli Qürur hissi keçirir. Bu gün 30 ilə qədər davam edən, qəlbimizi göynədən bir nisgilə, içimizi yandıran bir həsrətə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük fəxarət və qürur hissi ilə Azərbaycan xalqına müraciətini dinləyərkən, Ermənistanın məğlub olma xəbərini eşidəndə sevincdən hansı hisslər keşirdiyimi ifadə etməkdə dil də acizdir, sözlər də . Bircə onu deyə bilərəm ...
Gün o gün olsun ki,qurtarsın dava,Dağılsın buludlar,açılsın hava.Alınsın düşməndən intiqam,qisas… Bu gün həmin gündür...Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gün. Xalqımız bir qərinə-təqribən 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli , şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan , dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu! Ölkə başçısı, Ali ...