Xəbər lenti



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

-Əziz həmvətənlər.Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim:“Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatıBiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:1. 10 ...

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə təbriki.

Bu gün -9 noyabr Azərbaycan Respublikası Dövlət bayrağının yaranmasının 102-ci ildönümüdür.Xalqımız bu ilki bayramı ikiqat sevinc və coşqu ilə qeyd edir. Azərbaycanın dövlət bayrağının 27-28 illik fasilədən sonra Azərbaycan ordusunun erməni qəsbkarlarından azad etdiyi Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində dalğalanması xalqımıza ölçüyəgəlməz sevinc, bayram ovqatı və əhval ruhiyyəsi bəxş edib.Bu sevinci bizlərə yaşadan Ali Baş Komandana, Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə ürəkdən təşəkkür edir,minnətdarlıq bildiririk! Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ...

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti: ŞUŞA BİZİMDİR !

- Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz ...

Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edən dost və qardaş ölkənin-Türkiyə Cümhuriyyətinin Çukurova Universitetindən aldığımız məktub

Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edən dost və qardaş ölkənin-Türkiyə Cümhuriyyətinin Çukurova Universitetindən aldığımız məktub göstərir ki, türk xalqı Azərbaycan dövlətinin Qarabağda , torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda apardığı haqq savaşında, Vətən müharibəsində xalqımızın yanındadır. Təşəkkürlər, Türkiyə!Təşəkkürlər ,Çukurova Universiteti!Bir millət, iki dövlət!Biz birlikdə güclüyük!

Türkiyə universitetləri haqq işimizə dəstəkdir.

Ali Baş Komandan , möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etməyə başladığı ilk günlərdən Türkiyə Cümhuriyyəti qardaşlıq missiyasını uğurla yerinə yetirir. Bu sahədə dost və qardaş ölkənin universitetləri, ziyalıları, elm-sənət adamları, müəllim və tələbələr həmrəylik göstərirlər. Son bir ayda Lənkəran Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinə gələn məktubların əksəriyyəti vətənpərvərlik mövzusundadır. Türk qardaşlarımız “bir millət, iki dövlət” kəlamlarını önə qoymaqla yanaşı, savaşa hazır olduqlarını da bildirirlər. Kafkas Universiteti: (www.kafkas.edu.tr) saytın ilk sərlövhəsində İki ...

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR

Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş “25 uşaq” Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa prezidentlərinə məktub yazıb. Məktubda yazılır: - Hörmətli Vladimir Putin, Donald Tramp və Emmanuel Makron, Rəhbərlik etdiyiniz dövlətlər uzun zamandır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması missiyasını üzərinə götürən Minsk qrupuna həmsədrlik edir. Xocalı şəhəri də Ermənistanın işğalı altındadır. O Xocalı ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yerlə-yeksan edildi, 613 ...

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin müraciəti-Əziz həmvətənlilər.Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Çünki ...

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.Prezident İlham Əliyevin müraciəti- Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq.Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına ...

Агрессор должен освободить наши земли.

"​После распада СССР каждая союзная республика вправе была самостоятельно образовать и создать новую, суверенную страну, отвечающую и современной ситуации и отражающую национальный менталитет своего народа, не ущемляя менталитет других народов и народностей, проживающих на территории этого государства.Азербайджан, стремясь построить новое, независимое государство, со многими трудностями, одна из которых сегодня привела к отечественной войне. Более 30-ти лет наша республика живет под обстрелами со стороны Армении из захваченных наших же земель.За эти годы никакие переговоры не подействовали на армянское политическое руководство. Под ...

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.Azərbaycan Respublikasının Ali Sovetinin ...