Xəbər lenti



İlham Əliyev xalqa müraciət edib

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.Prezident İlham Əliyevin xalqa müraciəti-Əziz həmvətənlər.Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək ...

Ganja is the second largest city of Azerbaijan and it is at least 100 km away from war zone!

Ganja is the second largest city of Azerbaijan and it is at least 100 km away from war zone! Ganja was shelled by Armenian Millitary forces again despite the ceasefire agreement. Firing at civilians it is a war crime! We want to announce all the world about that second tragedy in Ganja. We want that all the world hear the voice of us.#ArmeniaBrokeCeasefire#GanjaCity #Azerbaijan #PrayforGanja #KarabakhisAzerbaijan #StopArmenianOccupation #StopArmenianTerror

Sən yazıqsan, Ermənistan əsgəri... (Erməni əsgərinə məktub).

Niyə?Birincisi ona görə ki, sən istilaçısan.Sən qonşunun torpağına göz dikən, ondan pay uman, onu işğal edən bir ölkənin əsgəri kimi damğalı adı üstündə gəzdirirsən.Sənin varlığın zəhər, ölümün kədərdir.Çünki sən var olduqca nə qədər dinc insanların, həyat eşqi ilə dolu oğulların həyatına təhlükə saçırsan.Ölümün ona görə kədərdir ki, sən şəhid deyilsən, sən özgə torpağında öz haqq işi uğrunda mübarizə edən oğulların əlində zülümlə can verəcəksən, urvatsız öləcəksən.Paşınyan kimiləri sənin ölünə də sahib çıxmayacaq, necə ki, çıxmırlar da... Sən yazıqsan, Ermənistan əsgəri. ...

Düşmənin hədəf aldığı məktəblilər.

Təhsil Nazirliyi Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan məktəblilərin fotolarını yayıb. Ermənistanın dinc əhaliyə hücumları zamanı 3 məktəbli həlak olub. Onlar Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kənd orta məktəbinin 9-cu sinif şagirdi Fidan Qurbanova və həmin məktəbin 7-ci sinif şagirdi Şəhriyar Qurbanov, Ağcabədi rayonu Taynaq kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərovdur. Həmçinin, oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə ...

Ermənistana qarşı sanksiya tətbiqi ilə bağlı petisiya açıldı.

Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sankisiya tətbiqi ilə bağlı petisiya açılıb. Petisiyada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunması qeyd edilib. Vurğulanır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmir. Bununla yanaşı, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Xızıda, Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalini raket hücumuna məruz qoyur. Sentyabrın 27-dən etibarən Ermənistanın mülki insanları hədəfə alması nəticəsində 41 nəfər ölüb və 205 nəfər yaralanıb. ...

 Gəncə terroru ermənilərin törətdiyi dəhşətli cinayətdir!

İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 ...

Azərbaycan bayrağına!

Əziz BAYRAĞIM! Əzəmətlə dalğalandığın Vətən torpağının övladları ağır sınaqdadır. Mənfur düşmənin layiqli cavabı verilir, ulduza hürən köpək kimi dabanına tüpürüb qaçır. Torpaq uğrunda ölən varsa, Vətəndir! - deyən minlərlə oğlun Vətənə xidmət üçün şəhidliyə tələsir! Bu bir həqiqətdir ki, biz bu dərəcədə Azərbaycan xalqının birliyinin şahidi olmamışdıq. Bu birlik isə birmənalı olaraq Möhtərəm Prezidentimiz İlham Əliyevlə bağlıdır. Cənab Prezidentimizin qətiyyəti, əzmkarlığı, diplomatiyası düşmənin bütün fitnə-fəsadını darmadağın etdi. Xalqımızda heç zaman olmayan qələbə əzmkarlığını yaratdı, qələbənin xoş inam müjdəsini evlərə gətirdi. ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də “Euronews” televiziyasına müsahibə verib.

-İndi Azərbaycan Prezidenti İlham Əliyev bizimlə bağlantıdadır. Vaxt ayırdığınıza görə təşəkkür edirəm. Atəşkəsin əldə olunması və gərginliyin deeskalasiyası ilə bağlı beynəlxalq ictimaiyyətin güclü və davamlı təzyiqi var. Döyüşlər davam edir, hətta daha da gərginləşir. İndi Sizin münaqişədə məqsədiniz nədən ibarətdir?-Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. İndiyədək demək olar ki, 30 ...

Azərbaycan ordusu tarix yazır!

Azərbaycan ordusunun davamlı hücumları qarşısında tab gətirməyən Ermənistan silahlı birləşmələrinin tamamilə məğlub olması qaçılmaz bir məsələdir.Sentyabr ayının 27-dən başlayaraq bütün cəbhə boyu istiqamətində Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara rəşadətli Azərbaycan Ordusu layiqli cavab verir və bu, bizi qəlbən sevindirir. Müzəffər ordumuz Sialhlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikəri düşmən tapdağından azad etməklə xalqımıza böyük sevinc bəxş etdi. Azərbaycan 27 ildən sonra möhtəşəm zəfər tarixi yazmaqla bir daha ...

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Beynəlxalq Müəllim Günü münasibəti ilə  təbriki

Bu ilki Beynəlxalq Müəllim Gününü olduqca gərgin şəraitdə, xalqımızın taleyüklü Qarabağ probleminin müharibə yolu ilə həll olunduğu bir vaxtda qeyd edirik. Erməni qəsbkarları 30 il müddətində işğal etdikləri əzəli, əbədi torpaqlarımızı, xalqımız üçün qeyrət simvolu olan Qarabağımızı dinc yolla qaytarmayacaqlarını açıq-aşkar bəyan etdikdən, ölkəmizə qarşı növbəti təxribata əl atdıqdan sonra hərb yolu qaçılmaz olub.Artıq şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini ağır döyüşlər bahasına geri qaytarıb.Mən bu Qələbə münasibətilə bütün Azərbaycan xalqını, Lənkəran Dövlət Universitetinin kollektivini ürəkdən təbrik ...