Xəbər lenti



Qələbəyə gedən yol milli birliyimizdən keçir.

İşğalçı Ermənistan 30 ildən artıqdır ki, Azərbaycanın 20 faizdən çox torpaqlarını işğal etmişdir. Bu illər ərzində bir sıra Beynəlxalq təşkilatların iştirakı ilə məsələnin sülh yolu ilə həll edilməsi istiqamətində çoxlu səylər göstərilsə də, nəticəsiz qaldı. Bu gün güclü liderə və orduya malik, öz müqəddaratını özü həll etməyə qadir olan ölkəmiz vətəni düşməndən təmizləmək üçün ayağa qalxmışdır. Ali Baş Komandanın əmrinə əsasən hər birimiz Vətən müharibəsində iştirak etmək üçün hazırıq. Lənkəran Dövlət Universitetinin bütün əməkdaşları ordumuza, igid döyüşçülərimizə, Ali Baş ...

Qarabağ Azərbaycandır!

Azərbaycan öz torpaqlarını işğalçı Ermənistanın silahlı birləşmələrindən azad etdikcə rəsmi Yeravanın militarist bəyanatları da çoxalır. Ermənistanın indiki siyası –hərbi rəhbərliyinin bu cür cılız və məsuliyyətsiz bəyanatları 30 ildir həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Rəsmi Yeravanın bu mövqeyi ümumilikdə Qafqaz bölgəsində gərginliyin artmasına gətirib çıxarmışdır. Son günlər rəşadətli ordumuzun apardığı uğurlu əməliyyatlar düşmənin son nəfəsinin olduğunu göstərir. Erməni qəsbkarları həmişəki xislətlərinə sadiq qalaraq, mülki vətəndaşları hədəfə alırlar. Düşmənlərimiz bununla Azərbaycanda müəyyən çaxnaşmaların yaranmasına nail olacaqlarını ...

Qələbə günü uzaqda deyil!

Azərbaycan xalqı çox məkrli, arxalı qəvi bir düşmənlə öz ərazisində çox haqlı olaraq öz torpaqları uğrunda mübarizə aparır. Bizim tərəfimizdən bu müharibə çox ədalətli Vətən müharibəsidir, çünki biz işğal olunmuş öz halal torpaqlarımıza iddialıyıq. Xalqımız öz Prezidentinin ətrafında sıx birləşərək xalqla dövlətin birliyini və həmrəyliyini nümayiş etdirməklə yanaşı, qələbəyə böyük əzm və inamlarını da ifadə etmiş oldu.Biz bu mübarizədə Prezidentimizin böyük siyasi iradəsinə, qətiyyətli mövqeyinə və şərlə debatda fərqli mürtəce, neondertal düşüncələri sındıran, məhv edən, dünya efir məkanında kimin kim ...

Qələbə bizimlədir!

Azərbaycanın rəşadətli ordusu işğal olunmuş torpaqlarımızda Ermənistan silahlı birləşmələrinin hücümunu dəf etmiş və hal-hazırda uğurlu əks hücum əməliyyatları aparır. Düşmənə vurulan ağır zərbələr onun daha da azğınlaşmasına və mülki vətədaşların yaşadığı yaşayış məntəqələrinin atəşə tutulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyası və hərbi maraqlarımız yoxdur” –fikrini bütün ictimaiyyətə bəyan etməsi ölkəmizin ədalətli mövqeyindən xəbər verir. Mən Lənkəran Dövlət Universitetinin əməkdaşı olaraq, Ali Baş Komandanın tərəfində olduğumu bəyan edirəm və lazımı vaxtda tələb olunan yerdə -döyüş ...

Biz birlikdə güclüyük!

İllərdir ki, Azərbaycanın torpaqlarına göz dikən, xalqımızın inkişafına, tərəqqisinə, ölkəmizin güclü dövlət kimi formalaşmasına dözə bilməyən bədnam qonşularımız xarici havadarlarının köməyi ilə işğal etdikləri torpaqlarımızda tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimizi məhv etməkləri azmış kimi, torpaqlarımızı yenidən işğal etmək istəyi ilə 27 sentyabr tarixində cəbhə boyu hücuma keçmişlər. Güclü ordumuzun layiqli müqavimətinə tuş gələn düşmən müxtəlif məkrli yollarla istəyinə nail olmağa çalışır. Lakin artıq dünya arenasında güclü orduya, müdrik rəhbərə və ölkənin ağır günündə öz rəhbəri ətrafında sıx birləşməyi bacaran vətənpərvər xalqa ...

LDU  Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat köçürüb.

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının qərarı ilə universitetin kollektivi adından Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait köçürülüb. Elmi Şuranın onlayn keçirilən iclasında iştirakçılar birmənalı olaraq bildiriblər ki, erməni qəsbkarları ilə gərgin döyüşlərin getdiyi hazırkı dönəmdə bu addımı atmaq vacibdir və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın , qurumun üzərinə böyük məsuliyyət düşür. Elmi Şurada qeyd edilib ki, cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək ...

Bilsin ana torpaq, eşitsin Vətən !

Bəli, ana torpaq, Vətən, bütün dünya bilsin, eşitsin ki, mən, sən, biz-hamımız, Lənkəran Dövlət Universitetinin bütün kollektivi, bütün Azərbaycan xalqı bu gün müsəlləh əsgərdir. Bu gün hamımız bir nəfər kimi Azərbaycanımızın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması naminə birik, birgəyik, Vətən müharibəsinin müsəlləh əsgəriyik! Böyük fəxarət hissi ilə deyirik ki, bu gün Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələri, etnik azlıqlar, milli birliklər, siyasi partiyalar ölkə başçısı cənab İlham Əliyevin yanındadır.Ölkə başçısının Qarabağı , işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından ...

 Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb.

29 sentyabr 2020, 21:30 Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib.Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar.Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmısınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır.Prezident İlham Əliyev: Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat ...

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan məktəblilərimiz.

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın ...

Qarabağ Azərbaycandır! Biz qalib gələcəyik!

Bu gün Azərbaycan öz tarixinin ən çətin, ən şanlı , ən fəxrli məqamını yaşayır. Azərbaycan ordusu itirilmiş torpaqlarımızın qaytarılması istiqamətində ölüm-dirim savaşına başlayıb və bu savaşı uğurla davam etdirir. Bu mübarizədə Azərbaycan xalqı öz dövlət başçısının yanında, öz ordusunun arxasındadır.Bizim mübarizəmiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan haqq mübarizəsi aparır! Azərbaycanın ...