Xəbər lenti



LDU-da Zəfər Günü ilə bağlı möhtəşəm tədbir

Lənkəran Dövlət Universitetində (LDU) universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleclə birgə 8 Noyabr –Zəfər Günü və 9 Noyabr-Bayraq Günü ilə bağlı keçirilən tədbir tələbələrin və bütün zalın ifasında dövlət himnimizin canlı ifası ilə başlanıb.Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad edilib. Lənkəranda yaşayan şəhid ailələrinin üzvlərinin, qazi və Vətən müharibəsi veteranlarının da qatıldığı tədbiri LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq bütün iştirakçıları hər iki bayram münasibətilə təbrik edib, xoş bayram arzularını çatdırıb. Universitet ...

Zəfər Günü tarixi qələbəmizdir.

Lənkəran Dövlət Universitetinin (LDU) “Tarix-coğrafiya və incəsənət” fakültəsində 8 noyabr “Zəfər Günü” və 9 noyabr “Bayraq Günü” ilə əlaqədar “Zəfər Günü tarixi qələbəmizdir” adlı tədbir keçirilib. Professor-müəllim heyəti, tələbələrlə birgə tədbirdə I və II Qarabağ müharibəsi iştirakçıları da iştirak edib. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin müqəddəs xatirəsini 1 dəqiqəlik sükutla ehtiramla yad ediblər. Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Məmmədov Azərbaycan tarixinin şərəf salnaməsi olan 8 Noyabr- Zəfər Günü ...

LDU-da  Elmi Şura üzvləri şəhidlərin xatirəsini ehtiramla yad ediblər

Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi Şuranın Zəfər bayramı öncəsi iclası torpaqlarımızın azadlığı, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsinin anılması ilə yaddaqalan olub. Şura üzvləri iclasdan əvvəl Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər xatirə abidə kompleksini ziyarət edərək önünə təzə-tər qərənfillər düzüblər.Elmi Şura iclası şəhidlərin müqəddəs xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb. Elmi Şuranın sədri, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov gündəliyə keçməzdən əvvəl, I və II Qarabağ savaşında vətən oğullarımızın göstərdiyi şucaətdən danışıb, erməni qəsbkarlarının üzərindəki ...

LDU-da Təhsil Tələbə Krediti Fondu  ilə  birgə maarifləndirici tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Təhsil Tələbə Krediti Fondunun rəsmi şəxslərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Universitet tələbələrini, xüsusən də I kursda təhsil alanları fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq məqsədi daşıyan tədbiri LDU-nun ümumi işlər üzrə prorektoru Novruz Həsənquliyev açıb. İştirakçıları tədbirin məqsəd və məramı ilə bağlı məlumatlandıran N.Həsənquliyev bildirib ki, Təhsil Tələbə Kredit Fondu Prezident cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis olunub və bu fondun yaradılması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. ...

LDU-da  Vətən müharibəsi iştirakçıları və  qazilərlə görüş keçirilib.

Zəfər bayramı ərəfəsində Lənkəran Dövlət Universitetində (LDU) çalışan və təhsil alan Qarabağ müharibəsinin iştirakçıları və qazilərlə görüş keçirilib. Lənkəran Şəhər Gənclər və İdman İdarəsi ilə birgə keçirilən tədbir vətənin azadlığı və müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.LDU-nun sosial məsələlər üzrə prorektoru, şəhid atası, dos.Kamran Kazımov tədbirdə iştirak edən müharibə iştirakçılarını və qaziləri universitetin rektoru, prof. Natiq İbrahimovun adından salamlayaraq belə görüşlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını deyib, diskussiya və dialoqun, canlı görüşlərin ...

LDU-nun böyük elmi uğuru.

Yeni-2022/2023-cü tədris ili Lənkəran DövlətUniversiteti (LDU) üçün əlamətdar hadisələrlə başlayıb. Ötən həftəuniversitetin yeni tədris korpusunun təntənəli açılış sevincinə bu gün dahabiri əlavə olunub. Belə ki, Lənkəran Dövlət Universitetinin “Elmi Xəbərlər”jurnalının “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləməsistemi olan “İNDEKS COPERNİCUS” bazasına daxil edilib. Xatırladaq ki, jurnaleləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali AttestasiyaKomissiyasının (AAK) dövri elmi nəşrləri siyahısına da daxildir.Lənkəran Dövlət Universitetinin rektoru, professorNatiq İbrahimov bu uğuru LDU-nun fəaliyyətə başlamasının 30 illiyinə dəyərlitöhfə kimi dəyərləndirir: “Lənkəran Dövlət Universitetinin maddi-texnikibazasının ...

Lənkəran Dövlət Universitetində yeni tədris korpusunun açılışı olub.

Sentyabrın 21-də Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayevin və digər rəsmi şəxslərin iştirakı ilə Lənkəran Dövlət Universitetinin(LDU) yeni tədris korpusunun təntənəli açılış mərasimi keçirilib. Mərasimdən əvvəl Ümummilli lider H.Əliyevin Lənkəran şəhərindəki xatirə abidə kompleksi ziyarət edilib.Mərasim Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb.Mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin, o cümlədən, bu ilin 12-13 sentyabınrda erməni təxribatının qarşısı alınarkən həlak olan əsgər və zabitlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Lənkəran Dövlət Universitetinin rektoru, professor ...

LDU-da ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Lənkəran Dövlət Universitetində yeni tədris ilinin ilk günü sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan çoxsaylı hərbi qulluqçuların xatirəsi professor-müəllim-tələbə heyəti tərəfindən 1 dəqiqəlik sükutla yad edilib.Bütün fakültələrdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

LDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib.

Lənkəran Dövlət Universiteti (LDU) nəzdində fəaliyyət göstərən Elmi Şuranın ilk iclası sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən həlak olan şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Elmi Şuranın sədri, LDU-nun rektoru, professor Natiq İbrahimov bildirib ki, mənfur qonşularımızın-erməni qəsbkarlarının törətdiyi genişmiqsaylı təxribatın qarşısı alınarkən Milli Ordumuzun çoxsaylı hərbi qulluqçusu şəhid olduğuna görə ölkəmizdə, o cümlədən, Lənkəran Dövlət Universitetində 15 sentyabr – “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək ...

LDU ilə Türkiyənin Qafqaz Universiteti arasında  Akademik Əməkdaşlıq Protokolu imzalanıb.

Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimovun rəhbərliyiilə universitetin nümayəndə heyəti 5-9 sentyabr tarixlərində Türkiyə CümhuriyyətiQafqaz (Qars) Universitetində işguzar səfərdə olub. Qafqaz Universitetininrektoru, prof.dr. Hüsnü Kapu başda olmaqla, universitetin rəhbərliyi və nümayəndəheyəti lənkəranlı qonaqları yüksək səviyyədə qarşılayıb. İşgüzar görüş zamanı hər iki universitet arasında ikili diplom məsələsi,tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinindigər aspektləri ətraflı müzakirə edilibvə Akademik Əməkdaşlıq Protokolu imzalanıb.İmzalanmış Əməkdaşlıq protokolunaəsasən:Qafqaz Universitetinin Baytarlıq fakültəsinin üç müəllimi il ərzindəLənkəran Dövlət Universitetinin Baytarlıq ixtisasında bakalavriat vəmagistratura səviyyələri üzrə ən ...