Xəbər lenti



LDU-da ekoloji mövzuda maarifləndirici təlimlərə start verilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının və Qızılağac Milli Parkının əməkdaşları üçün təlimlər təşkil edilib. LDU müəllimlərinin apardığı ilk təlimdə sözügedən qurumların 40-dan yuxarı əməkdaşı iştirak edib.Tədbirin ilk günündə “Biologiya və ekologiya” kafedrasının müdiri, dos. Məmmədhüseyn Hüseynovun “Bioloji müxtəliflik, strukturu və səviyyələri, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının müəllimi Samir Salayevin “Bioloji müxtəlifliyin öyrənilməsində və qorunmasında coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda məruzələri dinlənilib.Təlimlər davam edir.

LDU-30.

Azərbaycanın qabaqcıl ali təhsil ocaqlarından sayılan Lənkəran Dövlət Universitetinin (LDU) 30 illik yubileyi təntənəli şəkildə qeyd edilib.Lənkəran şəhərindəki H.Əliyev Mərkəzində keçirilən yubiley tədbirində universitetin professor-müəllim-tələbə-işçi heyəti ilə yanaşı, ölkənin təhsil rəsmiləri, millət vəkilləri, digər ali təhsil ocaqlarının rektorları, tanınmış elm xadimləri, LDU-nun təhsil uğurları ilə seçilən məzunları iştirak edib. Mərasim Azərbaycanın ərazi bütövlüyü, vətənin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin ...

Lənkəran Dövlət Universiteti (LDU) Erasmus+ proqramı üzrə iki layihənin tərəfdaşı olub.

Bu layihələrdən biri Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi REFRESH (Azərbaycan Universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması) Erasmus+ KA2 layihəsidir. Qeyd edək ki, LDU-nun tərəfdaş olduğu bu layihədə 15 Azərbaycan universiteti təmsil olunur. Layihənin məqsədi Azərbaycan universitetlərində yaşıl və davamlı iqtisadi təkmilləşdirmənin inkişafına nail olmaqdır.LDU-nun tərəfdaş olduğu digər layihə Xəzər Universitetinin koordinatorluq etdiyi DIRNA (Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarını İnkişaf etdirilməsi ) layihəsidir. 8 Azərbaycan universitetinin iştirak etdiyi layihə bütün ...

Erasmus+ layihəsi çərçivəsində növbəti səfər

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti səfər Belçikada yerləşən EFMD Global qurumuna təşkil olunub. 12-17 dekbar tarixlərini əhatə edən tədbirin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, ...

LDU-da 2 Beynəlxalq konfrans işinə başlayıb

8 dekabr 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində LDU ilə Türkiyə Respublikasının “İqtisadi inkişaf və Sosial Tədqiqat İnstitutu”nun (İKSAD) birgə təşkilatçılığı, 22 ölkənin iştirakı ilə keçirilən “Beynəlxalq Suptropik və sitrus meyvələri” və “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar Konfransları işinə başlayıb.Konfrans iştirakçıları ilk öncə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səslənib.Konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. LDU rəsmisi bu günlərdə 30 illik ...

LDU-da “Amerika guşəsi” maarifləndirmə tədbiri keçirib.

Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən “Amerika guşəsi” universitetin professor-müəllim-tələbə heyəti üçün maarifləndirmə tədbiri keçirib. Tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Elvin Əliyev açıb. Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva, Elektron resurslar üzrə koordinator Sona Hüseynova, Sosial media üzrə koordinator Hikmət Novruzəliyev iştirakçıları E-Library USA (Amerika kitabxanası), J-STOR və EBSCO elektron bazaları haqqında məlumatlandırıblar. Tədbirdə Bakı Amerika Mərkəzinin fəaliyyət istiqamətləri, proqramlar, tammətnli elektron elmi bazalarının təklif etdiyi imkanlar, onlardan istifadə qaydaları barədə ətraflı söz açılıb.Tədbir iştirakçılarının sualları cavablandırıldıqdan ...

Şəhid məzunun xatirəsi ehtiramla anılıb.

Bu gün Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun anım günüdür. 2 il öncə Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan Vüsal Kazımovun ruhuna ehtiram əlaməti olaraq bu gün Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov başda olmaqla universitetin kollektivi şəhidin məzarını ziyarət edərək önünə təzə-tər qərənfillər düzüblər.Məzarı önündə şəhid baş leytenant Vüsal Kazımovun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən, döyüş yolundan, xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açılıb, ruhuna dualar oxunub. Qeyd edək ki, Vüsal Kazımov LDU-nun sosial ...

LDU-da məişət zorakılığı ilə bağlı maarifləndirici tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” çərçivəsində maarifləndirici tədbir keçirib. 25 noyabr-Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq Kampaniyası” çərçivəsində keçirilən görüşdə Lənkəran Dövlət Universitetinin tələbə və müəllimləri iştirak edib.Moderator Əfsanə Tahirova, hüquqşünas Rəşid Məmmədov, multimedia ...

Elmi şura LDU-nun 30 illik yubileyinə hazırlığın vəziyyətini müzakirə edib

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın bu dəfəki iclası bayram əhval-ruhiyyəsində keçirilib. İclası açan Elmi şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov iştirakçıları Prezident İlham Əliyevin bu günkü Sərəncamı ilə tanış edib. Bildirib ki, LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə universitetin bir qrup əməkdaşları fəxri adlar və medallarla təltif ediliblər. Rektor təltif olunanları Elmi şuranın üzvləri və bütün LDU kollektivi adından ürəkdən təbrik edərək bildirib ki, hazırda Lənkəran Dövlət Universiteti tarixinin ən maraqlı, şərəfli günlərini, 30 ...

“Mən bir Turan yolçusuyam”...

Lənkəran Dövlət Universitetində (LDU) Əhməd Cavadın 130 illiyi ilə bağlı “Mən bir Turan yolçusuyam” mövzusunda Elmi seminar keçirilib. Seminarı universitetin "Filologiya və ibtidai təhsil" fakültəsinin dekanı, dos.Elman Mirzəyev açaraq iştirakçıları Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli Sərəncamı ilə tanış edib. Bildirib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu ...