International Cooperation Department

International Cooperation Department

Lənkəran Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlamış, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilmişdir. 29 il ərzində 10000-dən çox məzun universiteti bitirmişdir. Hazırda universitetdə 4500–dən çox tələbə bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır. Universitetdə mütəmadı olaraq Beynəlxalq və Respublika elmi konfransları keçirilir. Tələbə və müəllimlərimiz Respublika və Beynəlxalq bilik müsabiqələrində, idman yarışlarında da fəal iştirak edir, həmçinin bir sıra sosial-siyasi və mədəni tədbirlərin təşəbbüskarı kimi çıxış edirlər. LDU Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin, Avrasya Universitetləri, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının, Qafqaz Universitetləri Birliyinin üzvüdür, 50-dən artıq xarici ölkələrin ali təhsil müəssisələri ilə elmi əlaqələr qurulmuş və ikitərəfli müqavilələr imzalanmışdır. Lənkəran Dövlət Universiteti ERASMUS+, Mevlana, HORİZON-2020 və digər beynəlxalq layihələrinin iştirakçısıdır. Bu layihələr çərçivəsində universitetimiz bir çox xarici universitetlərlə tələbə və müəllim mübadiləsi həyata keçirmiş, “QS Rankings”ə qoşulmuş, bir sıra həm xarici, həm də respublika ali təhsil müəssisələri ilə ikili diplom müqavilələri imzalamışdır. Hazırda təhsil və tədqiqat işləri 5 fakültə və 13 kafedrada həyata keçirilir:

FAKÜLTƏLƏR:

  • Təbiyyat fakültəsi
  • Filologiya və ibtidai təhsil fakültəsi
  • Tarix-coğrafiya və incəsənət fakültəsi
  • İqtisadiyyat və idarəetmə fakültəsi
  • Aqrar və mühəndislik fakültəsi

KAFEDRALAR:

  • Riyaziyyat və informatika
  • Kimya və fizika
  • Biologiya və ekologiya
  • Coğrafiya və onun tədrisi metodikası
  • Tarix və onun tədrisi metodikası Azərbaycan dili və ədəbiyyat
  • Xarici dillər və tərcümə
  • İbtidai təhsil və məktəbəqədər təlim
  • Pedaqogika, psixologiya və incəsənət fənləri
  • Maliyyə idarəetməsi və audit
  • İqtisadiyyat və innovativ idarəetmə
  • Texnologiya və texniki fənlər
  • Baytarlıq və aqrar fənlər

Beynəlxalq Əməkdaşlıq Şöbəsi

Fəaliyyət istiqamətləri:


Yaranma tarixi:

Lankaran State University 2021/2022 | Web design: Mammadov Fariz