Xəbər lenti



Əcnəbi tələbələrin LDU-ya qəbul prosesi açıq elan edilmişdir!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni qaydalarına əsasən, əcnəbilərin qəbulu 01.01.2022-ci il tarixindən yalnız https://portal.edu.az/internet saytı vasitəsilə (“SIA/CAS: Study in Azerbaijan CentralisedEApplication Service”) elektron ərizə formasında həyata keçirilir. Video-təlimat: https://www.youtube.com/watch?v=4Cmf5oLCZMY Aşağıdakılinkdən istifadə etməklə Lənkəran Dövlət Universitetində ixtisaslar və qəbulqaydaları haqqında ətraflı məlumat əldə edə bilərsiniz: https://lsu.edu.az/new/qebul.php https://lsu.edu.az/fS/facprog.php https://lsu.edu.az/fS/visa.php https://lsu.edu.az/fS/adm.php·Bütün sənədlər Azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq edilməlidir.· Lənkəran Dövlət Universitetində bakalavr vəmagistratura səviyyəsində təhsil haqqı ödənişi bütün ixtisaslar üzrə 1700 AZN təşkiledir. · Son müraciət tarixi: 15 sentyabr2024-cü ilBizimləƏlaqə: Telefon:(+994)025-255-25-59 ...

Türkiyəli qonaqlar LDU-da olub

Biləsuvar rayonu ilə qardaşlaşmış şəhər olan Denizli-Çameli İlçe Milli Eğitim Müdürlüğü heyəti Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin dəvəti ilə rayona səfər edib. Səfər çərçivəsində türkiyəli qonaqlar Lənkəran Dövlət Universitetinə (LDU) baş çəkiblər. Hörmətli qonaqları Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov qəbul edib. Çay süfrəsi arxasında keçən söhbət zamanı rektor qonaqlara universitet barədə ətraflı məlumat verib, təhsilin modernləşdirilməsi istiqamətində görülən işlərdən, qazanılan uğurlardan söz açıb. Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırovun müşayət ...

Yolunuz açıq olsun, əziz məzunlar!

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”nə Azərbaycan Respublikasının Dövlət Himni ilə start verilib.Universitetin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq LDU-nu bitirən bütün məzunları təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıb. Prof.Natiq İbrahimov LDU-nun 2023/ 2024-cü tədris ilində qazandığı uğurlardan söz açıb. Bildirib ki, Lənkəran Dövlət Universitetində bakalavriat və magistratura səviyyəsində 5565 bakalavr, 404 magistr olmaqla ümumilikdə 5969 tələbə təhsil alır. Bu il 994 bakalavr, 149 magistr olmaqla 1143 tələbə məzun olur. Son 8 ildə tələbələrin sayı 3 dəfəyə ...

Adıyaman Universitetinin müəllimi LDU-da

Türkiyə Respublikası Adıyaman Universitetinin dosenti Gülden Gürsoy Erasmus+ proqramı çərçivəsində Lənkəran Dövlət Universitetinə (LDU) səfər edib. Səfər çərçivəsində türkiyəli müəllimə LDU ilə ətraflı tanışlıq imkanı yaradılıb, universitetin fakültələri və təhsil həyatı ilə tanış edilib, imtahan prosesini izləyib.LDU ilə əyani tanışlıqdan sonra universitetin rektoru prof.Natiq İbrahimov Adıyaman Universitetinin müəllimi dos. Gülden Gürsoyu qəbul edib. Söhbət zamanı LDU ilə qardaş Türkiyə Cümhuriyyətinin universitetləri arasında son illərdə genişlənən əlaqələrdən, birgə həyata keçirilən layihələrdən söz açılıb, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib.Sonda prof. Natiq İbrahimov ...

İctimai şura üzvləri  LDU-da imtahanların gedişini izləyib

Lənkəran Dövlət Universitetində (LDU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyiblər. İctimai şuranın sədri Güloğlan Bağırov, şura üzvü Tofiq Heydərov universitetin tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi ilə tanış olublar.İmtahan tarixlərinin və saatlarının sessiyanın gedişi ərəfəsində tələbələrin özləri tərəfindən təyin olunması İctimai şuranın üzvlərinin diqqətini xüsusilə cəlb edib. ...

15 İyun-Milli Qurtuluş Günü

Lənkəran Dövlət Universitetinin(LDU) əməkdaşları 15 İyun-Milli Qurtuluş Günündə Ümummilli lider Heydər Əliyevin adını daşıyan xatirə parkına gələrək xatirəsini ehtiramla yad ediblər. Dahi öndərin şərəfinə ucaldılmış xatirə abidə kompleksinin önünə təzə-tər çiçəklər düzülüb.

LDU əməkdaşı Türkiyədə olub

Lənkəran Dövlət Universitetinin Beynəlxalq Dil Mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva LDU-nun əməkdaşlıq etdiyi, Türkiyənin Afyon Kocatəpə Universitetində Erasmus+ Mübadiləsi üzrə keçirilən 10-cu Beynəlxalq Həftə Təlimi üçün Kadrlar Mübadiləsində iştirak edib. 10-14 iyun 2024-cü il tarixlərində keçirilən təlimlərdə Ülviyyə Mirzəyeva Lənkəran Dövlət Universiteti haqqında təqdimatla çıxış edib. Təqdimatda LDU-nun davamlı inkişaf strategiyası, təhsil, tədqiqat, bilik mübadilə proqramları, birgə nəşrlər üzrə təlim və seminarlar, infrostruktur, vahid etik təşkilat mədəniyyəti, illik əsasda maliyyə hesabatları, müxtəliflik və inklüzivlik siyasəti, əlilliyi olan tələbələrə dəstək xidmətləri ...

 LDU əməkdaşı İsveç universitetində

10-14 iyun tarixlərində Erasmus+ KA2 Refresh layihəsi çərçivəsində Royal Texnologiya Universitetinə kordinator universitet UNEC və tərəfdaş universitetlərin nümayəndələrinin iştirakı ilə səfər həyata keçirilib. Həmin səfərdə LDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin Layihələrin idarə olunması üzrə mütəxəssisi Nuri Billurə iştirak edib. Səfər zamanı KTH universitetində təhsil sistemi, magistr proqramları, enerji, ətraf mühit və iqlim dəyişmələrinin mitiqasiyası sahəsindəki fəaliyyətlər, ali təhsil sistemində rəqəmsal texnologiyalardan istifadə və s.kimi mövzular ətrafında təqdimat və müzakirələr aparılıb, KTH laboratoriyaları ilə tanışlıq olub. Sonda təlimçi və KTH Beynəlxalq əlaqələr ...

LDU-da məzun yarmarkası keçirilib

14 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında “Məzun yarmarkası” keçirilib. “Məzun yarmarkası”na bölgədə fəaliyyət göstərən 30-dan çox idarə, müəssisə və təşkilat tərəfindən ümumilikdə 130-a yaxın vakant iş yerləri çıxarılıb.Məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun bu ilki məzunları, işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. Tədbirə 15 İyun Milli Qurtuluş Gününə həsr olunan videorolikin nümayişi ilə başlanıb. LDU-nun rektoru, professor Natiq İbrahimov iştirakçıları ilk öncə 15 İyun Mİlli Qurtuluş Günü münasibətilə təbrik edərək bayram arzularını çatdırıb. Prof. Natiq ...

LDU-da 15-İyun Milli Qurtuluş Gününə həsr olunmuş Dəyirmi masa keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda Dəyirmi masa keçirilib. Tədbir Ümummillli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov tədbir iştirakçılarını 15 İyun-Milli Qurtuluş Günü münasibəti ilə rektor, prof. Natiq İbrahimovun adından təbrik edərək bildirib ki, Azərbaycanın müasir tarixini ...