Xəbər lenti
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şura 2024/2025-cü tədris ilində ilk iclasını keçirib. İclası Elmi şuranın sədri, LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, gündəlikdə duran məsələlər barədə məlumat verib.Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ-“Universitetin yeni strukturunun təsdiqi və əmək haqlarının artırılması haqqında” Maliyyə, mühasibat və təminat mərkəzinin direktoru (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Məlumatda deyilib ki, professor-müəllim heyətinin əmək haqları yeni tədris ilindən diferensial qaydada artımla ödəniləcək. Həmçinin, 1 ştat professorun vəzifə ...
Lənkəran Dövlət Universiteti ilə Afyon Kocatəpə Universiteti arasında Erasmus+ KA171 layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən Türkiyə Cümhuriyyətinin Afyon Kocatəpə Universitetinin rektoru, prof. Mehmet Karakaşın rəhbərlik etdiyi nümayəndə heyəti 29 iyul tarixində LDU-da olub. Hörmətli qonaqları LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Dostluq və işgüzarlıq şəraitində keçən söhbət zamanı rektor Natiq İbrahimov türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti, bu ali təhsil ocağında son illərdə aparılan yenilənmələr, görülən işlər, genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Tərəflər müasir dünyada ali təhsilin məqsəd ...
Lənkəran Dövlət Universiteti(LDU) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ciil 403 saylı qərarı ilə yaradılıb və geridə qalan 32 ildə LDU böyük inkişaf yolu keçib. Yarandığı ilk illərdə fəaliyyətini ümumtəhsil məktəblərdə,məhdud imkanlar şəraitində davam etdirən universitetin indi müasir tələblərəcavab verən, zərüri avadanlıq və laboratoriyalarla təchiz olunmuş 3 tədris binası,inzibati bina, Elmi kitabxana kompleksi, oğlanlar və qızlar üçün hər cür şəraitiolan modern yataqxana binaları, tədris-təcrübə bazaları, proffessor-müəllim heyətiüçün xidməti mənzillər və s. vardır. Ümummilli lider Heydər Əliyevin “Lənkəran DövlətUniversiteti təhsil və elm ocağı ...
Aldığımız xoş xəbərin sevincini hamınızla paylaşırıq. Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi, pauerliftinq üzrə millimizin üzvü Ceyhun Mahmudov (54 kq) Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb. MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançımıza Beynəlxaq Paralimpiya Komitəsindən paralimpiadada iştirak hüququ (“Bipartite”) verilib. Fərəhli haldır ki, LDU tələbələri təkcə təhsil uğurları ilə deyil, həm də idman sahəsində qazandıqları nailiyyətlərlə təhsil aldıqları ali təhsil ocağını tanıdır, şöhrətləndirirlər. LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin V tədris ili tələbəsi Mahmudov Ceyhun Kamil ...
Türkiyə Respublikasının Ege Universitetin professoru Aziz Eftekhari Lənkəran Dövlət Universitetində (LDU) olub.LDU-nun rektoru, prof. Natiq İbrahimov hörmətli qonağı qəbul edib. Çay süfrəsi arxasında hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub. Söhbət zamanı birgə elmi tədqiqat əlaqələri və elmi nəşrlər, elmi layihələrin icrası, konfrans, seminar və simpoziumların keçirilməsi, yeni elmi-tədqiqat laboratoriyaların qurulması və s. barədə fikir mübadiləsi edilib, müzakirə aparılıb. Görüş zamanı xatirə hədiyyələri təqdim edilib, xatirə fotoları çəkilib.Görüşdən sonra türkiyəli qonaq LDU- nun elmi- tədqiqat laboratoriyaları ...
15-18 iyul 2024-cü il tarixində Lənkəran Dövlət Universiteti (LDU) və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 çərçıvəsində hər iki universitetin tələbələri üçün yay məktəbi təşkil olunub. Yay məktəbinin proqramına uyğun olaraq 15 iyul 2024-cü ildə “Qlobal ekoloji problemlər və iqlim dəyişkənliyi” mövzusunda təlim təşkil olunub. Təlimdən sonra yay məktəbinin iştirakçıları üçün Qızılağac Milli Parkına ekuskursiya təşkil edilib və onlara Milli Parkla tanışlıq imkanı ...
Lənkəran Dövlət Universiteti (LDU), Dendrologiya İnstitutu, Gəncə Nəbatat bağı və Türkiyənin Siirt Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə və respublikamızda keçiriləcək COP-29-la bağlı “İqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri” mövzusunda onlayn seminar keçirilib. Seminarda LDU-nun Sosial məsələlər üzrə prorektoru dos. Ramiz Şəmmədov, LDU-nun “Biologiya və ekologiya” kafedrasının əməkdaşları, Dendrologiya istitutunun baş direktoru dos. Minarə Həsənova, həmin institutun əməkdaşları, Siirt üniversitetinin əməkdaşlarından dos. dr. Arzu Çığ , dos.dr. Fatih Çığ, Gəncə Nəbatat bağının əməkdaşları iştirak ediblər. Onlayn seminarda SİİRT universitetinin ...
Böyük fərəh və qürur hissi ilə nəzərinizə çatdırırıq ki, Lənkəran DövlətUniversitetinin təsis etdiyi Technical and Agrarian Sciences (Texnika və Aqrarelmləri) Beynəlxalq Elmi-Praktiki jurnalı BMT-nin Beynəlxalq Kənd Təsərrüfatıvə Ərzaq Təşkilatının (FAO) AGRİS beynəlxalq xülasələndirmə və indeksləməsisteminə (bazasına) daxil edilmiş və ona AGRİS – AZ7 identifikasiya koduverilmişdir. Jurnalın Web səhifəsi- https://lsu.edu.az/new/eng/index.phpMənbə: https://www.fao.org/agris/data-provider/lankaran-state-universityMəlumat üçün bildiririk ki, AGRİS beynəlxalq xülasələndirmə və indeksləməsistemi (bazası) Azərbaycan Respublikası Prezidenti yanında Ali AttestasiyaKomissiyasının texnika, aqrar və biologiya elm sahələri üzrə təsdiq etdiyi dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq ...
LənkəranDövlət Universiteti və İspaniyanın Leon universiteti arasında akademik sahədəikili əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən həriki universitet üçün birgə elmi tədqiqatların aparılması, konfrans, seminar vədigər tədbirlərin təşkili, akademik mobillik çərçivəsində universitetlərarasımüəllim, mütəxəssis mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub. LənkəranDövlət Universiteti ilə Rumıniyanın"Dunarea de Jos" Qalati universiteti arasında Erasmus+KA1 proqramı çərçivəsindəmüqavilə imzalanmışdır. Müqavilə universitetlərarası əməkdaşlığın güclənməsi, tələbə- professor/müəllim və inzibati heyətin qarşılıqlı mübadiləsi istiqamətindəmühüm şərait yaradacaqdır. Məlumat üçün bildiririk ki, mübadilə proqramındaiştirak edəcək tələbələrin təqaüdqazanmaq imkanı olacaqdır.
Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi hər ilki ənənəsinə sadiq qalaraq 2023/2024-cü tədris ilini də möhtəşəm yay gəzintisi ilə yekunlaşdırıb. Universitetin rektoru, professor Natiq İbrahimov başda olmaqla proffesor-müəllim-işçi heyəti Lənkəranın Xanbulançay ərazisində salınmış istirahət məkanlarına səfər edib. Universitet rəhbərliyi və LDU Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, maliyyə dəstəyi ilə ərsəyə gələn gəzintidə kollektivin arzu edən üzvlərinin hamısı iştirak edib.Talış dağlarının qoynunda salınmış istirahət məkanı öz əsrarəngiz gözəlliyi ilə gəzintiyə qatılanlara gözəl əhval-ruhiyyə, xoş ovqat bəxş edib. Təbiətin bütün gözəlliklərinin vəhdət təşkil ...