Xəbər lenti
Təhsil Tələbə Krediti Fondu regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verib. Lənkəran Dövlət Universitetinin (LDU) 1 saylı tədris korpusunun akt zalında təşkil edilən tədbirdə tələbələr, müəllimlər və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Tədbiri Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq görüşün mahiyyətini açıqlayıb, Təhsil Tələbə Krediti Fondunun əhalinin həssas təbəqəsinə yaratdığı təhsil imkanlarından danışıb. Təhsil Tələbə Krediti Fondunun baş mütəxəssisi Mirşahin Abdullayev mövzu ...
Lənkəran Dövlət Universitetinin (LDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - Müstəqilliyimizin Memarı" mövzusunda esse müsabiqəsi keçirilib.Müsabiqədə iştirak edən tələbələrə yaradıcılıq bacarıqlarının nümayişi üçün 1 saat vaxt verilib. Bu müddət ərzində tələbələr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, dövlətçilk siyasəti və s. ilə bağlı fikirətini yazıya alıblar. Münsiflər heyətinin qərarına görə LDU-nun tələbələrindən Aysun Məmmədli 1-ci, Aysel Həsənova 2-ci, Zəhra Böyükağayeva 3-cü yeri qazanıblar. Qaliblərə diplomlar ...
Lənkəran Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turniri yekunlaşıb.Gərgin və maraqlı keçən yarışda LDU-nun tələbələrindən Tural Vəliyev I, Ümman Nəbiyeva II, Səkinə Abbaszadə III yeri tutublar. Qaliblər diplom və medallarla təltif olunublar. Xatırladaq ki, yarışın əsas məqsədi tələbələr arasında intellektual idman növlərinə olan marağı artırmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “İrsə Səfər: 102 ilin izində” adlı intellektual yarışa yekun vurulub.İki mərhələdə keçirilən intellektual yarışda 12 komanda iştirak edib. Komandaların iştirakçıları müxtəlif elm sahələri, o cümlədən, milli dövlətçiliyimizin tarixi ilə əlaqədar bilik bə bacarıqlarını nümayiş ediblər. Olduqca gərgin keçən bilik yarışmasında “Ceteris Paribus” komandası 1-ci, “One Minute” 2-ci, “Viktoriya” 3-cü yeri tutub. Qalib komandalar diplom və medallarla təltif olunub.Qeyd edək ki, ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları ilk öncə ulu öndərin xatirə abidə kompleksini ziyarət edərək önünə təzə-tər çiçəklər qoyublar.“Meşəçilk və biomüxtəlifliyin ərzaq təhlükəsizliyinə və əhali sağlamlığına təsiri” mövzusunda keçirilən Beynəlxalq elmi-praktiki konfransın işinə ümummilli lider H. Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə start verilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Konfransı giriş sözü ilə LDU-nun rektoru, prof. ...
Lənkəran Dövlət Universitetində (LDU) “Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi torpaqlarından deportasiyası: tarixi gerçəkliklər və müasir yanaşma” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə LDU-nun “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı dos. Afaq Qasımova açaraq Qərbi azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib, soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb.“Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri dos. Kamal Mahmudov “Azərbaycanlıların tarixi torpaqlarından, Qərbi Azərbaycandan deportasiyası”, dos. Emin Məlikov “Ermənilər tərəfindən azərbaycanlılara ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə infosessiya keçirilib. Tədbiri giriş sözü ilə LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli Sərəncamına əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə 2025-ci ilin aprel ayından etibarən “Yaşıl və Rəqəmsal İpək Yolu” Beynəlxalq akselerasiya proqramı fəaliyyətə başlayıb ...
Lənkəran Dövlət Universitetində (LDU) Azad Mirzəcanzadə inkişaf proqramının informasiya sessiyası keçirilib. Tədbiri giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq akademik Azad Mirzəcanzadənin həyat və fəaliyyəti, həmçinin LDU ilə əlaqələri haqqında məlumat verib.Tədbirdə Azad Mirzəcanzadə inkişaf proqramının üzvü İradə Zeynalova proqramla bağlı təqdimat edib. Qeyd edək ki, bu inkişaf proqramı müxtəlif istiqamətlər üzrə dəyəri maksimum 5000 AZN olan layihələrin maliyələşdirilməsini həyata keçirir. Bu istiqamətdə ötən il il 6 layihə maliyələşdirilib, bu il daha ...
25 aprel 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun rəhbərliyi ilə Agentliyin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları Lənkəran Dövlət Universitetində (LDU) görüş keçiriblər.Görüşdə LDU-nun rektoru, professor Natiq İbrahimov, fakültə dekanları, professor-müəllim və inzibati heyət, həmçinin Tələbə Elmi Cəmiyyətinin nümayəndələri iştirak edib.Görüşün keçirilməsində məqsəd sözügedən ali təhsil müəssisəsində (ATM) tələbəyönümlü tədrisin təşkili ilə bağlı cari vəziyyətlə tanışlıq və proqram üzrə akkreditasiya qiymətləndirilməsinin ötən ilki nəticələri, cari il üzrə hazırlıq səviyyəsinin müzakirəsi olub.Çıxışında universitetlərlə əməkdaşlığın ...
Lənkəran Dövlət Universitetində fəaliyyətə başlayacaq Enactus LDU komandası üçün təşkil olunan müsahibə mərhələsi başa çatıb. Xatırladaq ki, Enactus – "Entrepreneurial Action for Us" ifadəsinin qısaltması olaraq, gəncləri sahibkarlıq bacarıqları vasitəsilə cəmiyyətə faydalı və davamlı dəyişikliklər etməyə təşviq edən qlobal bir platformadır. Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən Enactus tələbələrin sosial məsuliyyət daşıyan layihələr vasitəsilə liderlik və innovasiya bacarıqlarını inkişaf etdirməsini hədəfləyir.3 gün ərzində davam edən müsahibələr zamanı tələbələr öz kreativ ideyalarını, təşəbbüskarlıqlarını və komandaya qatmaq istədikləri dəyərləri nümayiş etdiriblər. Müsahibənin ...