Xəbər lenti
Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib. S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində keçirilən tədbirin iştirakçıları məktəbin nəzdindəki şəhidlər abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüblər. Hərbi geyimli məktəblilər təntənəli marşın səadaları altında hərbi keçid edib.Məktəbin akt zalında keçirilən konfrans Ulu öndər H.Əliyevin və vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla ...
20 iyun 2023-cü il tarixində Bakı Biznes Universitetində “AzərbaycanRektorlar Konfransı” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin insanresursları üzrə məsul şəxslərinə "Strateji insan resursların idarəolunması" tədris proqramı üzrə sertifikatların təqdim edilməsinə həsredildimiş tədbir keçirilib. AzərbaycanHR İnstitutunun dəstəyi ilə təşkil edilmiş təlim proqramında 16 ali təhsil müəssisəsindən18 mütəxəssis iştirak edib və təlimi müvəffəqiyyətlə başa vurub.Sertifikatlaşdırma təliminin məqsədi ali təhsil müəssisələrinin müvafiq sahəüzrə fəaliyyət göstərən məsul şəxslərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi,eləcə də təcrübələrinin artırılması olub. Tədbirdəçıxış edən universitetin rektoru professor İbad Abbasov ...
Bu gün Lənkəran Dövlət Universitetinin tələbələri təkcə təhsil uğurları ilə deyil, həm də idman sahəsində qazandıqları nailiyyətlərlə təhsil aldıqları ali təhsil ocağına başucalığı gətirirlər. Belə tələbələrdən biri də LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin V tədris ili tələbəsi Mahmudov Ceyhun Kamil oğludur. Ceyhun Mahmudov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parapauerliftinq idman növü üzrə milli komandasının 54 kq çəki dərəcəsində üzvüdür. Ceyhun Mahmudov 1992-ci ildə Bakı şəhərində anadan olub. Fiziki məhdudiyyətlərinə görə çətin də olsa idmanla mütəmadi məşğul olub, əzmkarlığı sayəsində bir ...
Bakı Biznes Universitetinin koordinatorluğu vəAvropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda RektorlarKonfransının yaradılması” adlı Erasmus+ ECAR layihəsi çərçivəsində Lənkəran DövlətUniversitetində görüş keçirilib. Görüşdə Bakı Biznes Universitetinin Beynəlxalqəlaqələr üzrə prorektoru Eşqin Bayramov, layihənin koordinatoru GülşənBayramova, Lənkəran Dövlət Universitetinin prorektorları və Beynəlxalq şöbəsininəməkdaşları iştirak edib. Həmin görüşdə layihənin gedişatı və görülmüş işlərbarəsində danışılıb. Lənkəran Dövlət Universitetinin layihədəki xüsusi roluqeyd olunub, əməkdaşları maraqlandıran suallar cavablandırılıb və lazimi məsələlər müzakirə edilib.
Azərbaycan Texnologiya Universiteti (ATU), Lənkəran Dövlət Universiteti (LDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirə Azərbaycan Texnologiya Universiteti ev sahibliyi edib. Konfrans Dövlət Himnin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, eləcə də vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilmısilə açıq elan edilib. Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov çıxış edib. Bilidirib ki, konfransın Heydər Əliyev ilində, Milli Qurtuluş Günü ərəfəsində ...
Azərbaycan Texnologiya Universitetində bölgə universitetləri arasında 3 tərəfli memorandum imzalanıb. Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq memorandumunu Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov və Mingəçevir Dövlət Universitetinin rektoru dos. Şahin Bayramov imzalayıb.Azərbaycan Texnologiya Universitetində imzalanan memorandum elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Əməkdaşlıq pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsi, qabaqcıl tədqiqat və inkişaf ...
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda konfrans keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Ümummilli lider H.Əliyevin və torpaqlarımızın azadlığı, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Konfransı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açıb və ilk öncə iştirakçıları 15 iyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib. ...
Lənkəran Dövlət Universitetinin (LDU)Tarix-cografiya və İncəsənət fakültəsinin Sosial is ixtisası üzrə I tədris ili tələbəsi Könül Vidadi qızı Süleymanova böyük idman uğurlarına imza atmaqda davam edir. LDU-nun tələbəsi 2023-cü ilin yanvarında Italiyada kecirilən paralimpiyaçıların üzgüçülük üzrə dünya kubokunda uğurla yarışaraq 3-cü yeri qazanıb. Könül Süleymanova cari ilin 12 may tarixində Almaniyada kecirilən çempionatda da inamla yarışaraq idmanın bu növü üzrə yüksək uğura imza atıb, 27 iyul-06 avqust 2023-cü il tarixində Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək dünya çempionatına lisenziyanı özünə təmin ...
Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə 9-10 iyun 2023-cü il tarixində növbəti “Avropa şəhərciyi” tədbiri ilə əlaqədar, Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi fəaliyyət və layihələrə dair məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Lənkərana gəlib.Səfər proqramına uyğun olaraq bu gün-9 iyun tarixində Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko, İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə Lənkəran Dövlət Universitetinin tələbə-müəllim-professor heyəti ilə görüşmək, Avropa təhsil proqramları barədə məlumatlandırmaq məqsədi ilə LDU-da olub.LDU-nun Böyük akt zalında keçirilən tədbiri ...
AzərbaycanRespublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may - 18iyun İnsan hüquqları aylığı” çərçivəsində 8 iyun 2023-cü il tarixində LənkəranDövlət Universitetində (LDU) müəllim və tələbələr üçün növbəti maarifləndiriciseminar keçirilib.Seminarıgiriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru, prof. Kamran Kazımovaçaraq tədbirin məqsədi, əhəmiyyəti barədə geniş məlumat verib, Birləşmiş MillətlərTəşkilatının (BMT) 30 maddədən ibarət qəbul etdiyi İnsan Hüquqları haqqında Bəyannamə,ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədəgörülən işlər, aparılan islahatlardan ətraflı bəhs edib. Kamran Kazımov ErmənistanınAzərbaycana 30 ilə ...