Xəbər lenti



İctimai şura üzvləri  LDU-da imtahanların gedişini izləyib.

LənkəranDövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi iləuniversitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyiblər. İctimai şuranın sədriGüloğlan Bağırov, şura üzvü Tofiq Heydərov universitetin I və II saylı tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi barədə əyanitanış olublar.İctimai şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindənrazı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini,tələbələr üçün lazımi ...

LDU-da ekoloji mövzuda maarifləndirici seminar

Lənkəran DövlətUniversitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci iltarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təminedilməsinə dair 2023-cü il üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar tələbələrüçün maarifləndirici seminar keçirilib.Seminarı Təbiyyatfakültəsinin dekanı Ramiz Şəmmədov açıb və sərəncamdan irəli gələn vəzifələr,bu istiqamətdə ölkədə və LDU-da aparılan profilaktiki tədbirlərdən danışıb. Ramiz Şəmmədov su ehtiyatlarından səmərəliistifadəni bəşəriyyətin ən qlobal problemi kimi dəyərləndirib, cəmiyyətin buistiqamətdə maarifləndirilməsinin vacibliyini qeyd edib.Seminarda“Ekologiya” I tədris ili tələbələri Aytac Quluzadə və Nəzirə Əliyevanın “Azərbaycanın su ehtiyatlarının qorunması” ...

LDU tələbəsi “Vergilər” mövzusunda müsabiqənin qaliblərindən oldu.

Şamaxıda Dövlət Vergi Xidmətinin tədris mərkəzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “PWC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçirilib. Olimpiadanın seçim turunda Lənkəran Dövlət Universitetini “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Sosial məsələlər və tələbələrlə iş üzrə” dekan müavini Şəfa Bağırovanın kordinatorluğu ilə “İqtisadiyyat” ixtisasının IV tədris ili tələbələri Mənsumzadə Mehparə Elnur qızı və Vəliyev Tural Fərhad oğlu təmsil ediblər. Olimpiadada iştirak edən tələbələr sertifkatla ...

LDU-da ekoloji mövzuda maarifləndirici tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2023-cü il üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar növbəti tədbir keçirilib. Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin dekanı dos.Ramiz Şəmmədov açıb və sözügedən sərancamdan irəli gələn vəzifələrin icrası haqqında geniş məlumat verib. Tədbirdə “Bərk məişət tullantıları ilə mübarizə” mövzusunda LDU-nun “Kimya və biologiya müəllimliyi” ixtisasının 2-ci tədris ili tələbələri Rəşid Əliyev və ...

LDU-da yaz imtahan sessiyasına start verilib

Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtаhаn sеssiyаsına start verilib. Lənkəran Dövlət Universitetinin rektoru, prof.Natiq İbrahimov imtahanların gedişini əyani izləmək məqsədilə bu gün imtahan gedən korpuslara baş çəkib və tələbələr üçün yaradılan şəraitlə əyani tanış olub. Xatırladaq ki, LDU-da imtahan sessiyasının təşkili haqqında 17 may 2023-cü il tarixli əmrə əsasən 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 02.06.2023-cü il tarixindən 04.07.2023-cü il tarixinədək, qiyabi təhsilalma forması ...

LDU-da Elmi şuranın iclasında imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.

Lənkəran Dövlət Universiteti (LDU) Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə Elmi şuranın sədri, professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlər barədə qısa açıqlama verib. Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2022/2023-cü tədris ilinin yaz semestrinin yekunu. İmtahan sessiyasına hazırlığın vəziyyəti” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dos. İdrak Əsgərov məlumat verib. Bildirib ki, universitetdə cari tədris ilinin yaz semestri artıq yekunlaşıb və imtahan sessiyasına hazırlıq işləri də başa çatmaq üzrədir. 2022/2023-cü tədris ilinin yaz ...

LDU məzunları üçün Əmək yarmarkası

Lənkəran Dövlət Universitetinin və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə 26 may 2023-cü il tarixdə Əmək yarmarkası keçirilib. Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan Əmək yarmarkasında Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 31 idarə, müəssisə, təşkilat və fərdi sahibkar iştirak edib. Lənkəran Dövlət Universitetinin yarmarkaya qatılan məzunları təqdim edilən 900-dən çox vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalara müraciət edən məzunların anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.Tədbirin ...

 LDU-da maarifləndirici seminar keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar növbəti maarifləndirici seminar keçirilib. Seminarı giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı dos. Ramiz Şəmmədov açıb və universüitetdə bu istiqamətdə aparılan profilaktiki tədbirlərdən, praktiki maarifləndirmə işlərindən danışıb. Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin ...

“Sən elə bir zirvəsən...”

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər davam edir. Növbəti belə tədbir ulu öndərin sevdiyi və ona həsr edilmiş, həmçinin azərbaycançılığı, vətənpərvərliyi təbliğ edən əsərlərdən ibarət “Sən elə bir zirvəsən...” adlı möhtəşəm konsert proqramı olub. Tədbirdə Lənkəran Dövlət Univeresitetində və universitetin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə təhsil alan tələbələr maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Konsert proqramında ulu öndərin sevdiyi xalq və bəstəkar mahnıları səsləndirilib.Konsert proqramından sonra LDU-nun rektoru, prof. ...

LDU-da “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans.

LDU-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Torpaqşünaslıq və Aqrokimya İnstitutu” və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda birgə elmi - praktik konfrans işinə başlayıb. Konfrans iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Elmi-praktik konfransı LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb və ...