Xəbər lenti
Bu gündən- 03.06.2022-ci il tarixdən Lənkəran Dövlət Universitetində (LDU) əyani təhsilalma forması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrinin imtаhаn sеssiyаsına start verilib. Bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün əyani formada keçirilən imtahan sessiyası 05.07.2022-ci il tarixinədək davam edəcək. LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişi və tələbələrə yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə bu gün imtahan zallarına baş çəkib, tələbələrin semestr boyunca əldə etdikləri biliklərini əsaslı şəkildə nümayiş etdirmələri üçün əməli şəraitin yaradılmasını tapşırıb.Qeyd edək ki, bütün fаkültələr ...
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlər planınına uyğun olaraq Lənkəran Dövlət Universitetində (LDU) maarifləndirici seminar təşkil edilib.Seminarı giriş sözü ilə Təbiyyat fakltəsinin dekanı, biol.üz.f.d. dos. Ramiz Şəmmədov açaraq iştirakçıları tədbirin məqsəd və məramı ilə bağlı məlumatlandırıb. Ramiz Şəmmədov narkotik vasitələr, onların yayılması yolları, narkomanlığa qarşı mübarizə ilə əlaqədar ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə tibbi mövzuda maarifləndirici seminar keçirilib. Təbiyyat fakültəsinin müəllim və tələbələrinin qatıldığı tədbirdə LDU-nun Sosial məsələlər üzrə prorektoru, dos.Kamran Kazımov, Elm və innovasiyalar üzrə prorektoru dos.Elvin Əliyev çıxış edərək maarifləndirici seminarın olduqca əhəmiyyətli bir məsələyə həsr edildiyini bildiriblər, həmçinin, QİÇS xəstəliyini əsrin ən ağrılı problemi kimi dəyərləndiriblər.Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi Lənkəran Regional laboratoriyasının müdiri Gülşən İsmayılova çıxışında QİÇS nədir, ondan necə qorunmaq olar və xəstəliyə yoluxmamaq üçün görüləcək vacib ...
Lənkəran Dövlət Universitetində (LDU) universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kolleclə birgə Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin Şuşa ili elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq tədbir keçirilib. Tədbirə Lənkəran-Astara Regional Təhsil və Regional Mədəniyyət İdarələrinin rəsmiləri də qatılıb.Tədbir iştirakçıları ilk öncə universitetin Böyük akt zalında universitet və LDU nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollec tələbələrinin “Şuşa ili”nə həsr olunmuş rəsm əsərləri və qurama əl işlərindən ibarət yaradıcı sərgi ilə tanış olublar.Tədbiri ...
Əziz həmvətənlər, Lənkəran Dövlət Universitetinin tələbələri, professor- müəllim, işçi heyəti! 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü Azərbaycan tarixinin şərəf, qürur salnaməsidir. Bu gün bu şərəfli tarixdən bizi 104 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı 28 Mayı şanlı tarixinin ən əlamətdar hadisəsi kimi böyük sevinc hissi ilə qeyd edir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ...
Lənkəran Dövlət Universitetində “28 May – Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbiri universitetin “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı dos.ZaurMəmmədov açıb. Müsəlman Şərqində ilk demokratik respublika hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi münasibətilə tədbir iştirakçılarını universitetin rektoru professor Natiq İbrahimovun adından təbrik edən Zaur Məmmədov 28 Mayı Azərbaycan tarixinin şanlı səhifəsi, qürur tarixi adlandırıb. Bildirib ki, Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət ...
27 may 2022-ci il tarixdə Lənkəran Dövlət Universitetinin I saylı tədris korpusunda LDU və Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “məzun yarmarkası” keçirilib. COVİD-19 pandemiyası səbəbindən yaranan 2 illik fasilədən sonra keçirilən bu günkü “məzun yarmarkası”na bölgədə fəaliyyət göstərən 50-dən artıq idarə, müəssisə və təşkilatlar tərəfindən ümumilikdə 450-yə yaxın vakant iş yerləri çıxarılıb.Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ...
26 may 2022-ci il tarixdə Lənkəran DövlətUniversitetində (LDU) Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda II elmi konfransı işinə başlayıb. Konfrans AzərbaycanRespublikası Dövlət Himninin səslənməsi ilə start götürüb.İkinci Qarabağ savaşında, Vətən müharibəsində həlakolan şəhidlərin xatirəsi konfrans iştirakçıları tərəfindən ehtiramla yad edilib.Lənkəran Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru,dosent Elvin Əliyev konfransı açıq elanedib və iştirakçılara LDU-nun rektoru, professor Natiq İbrahimovun salamınıçatdırıb. Elvin Əliyev universitetdə keçirilən belə mötəbər elmi tədbirin“Qarabağ Azərbaycandır” mövzusuna həsr olunmasının təsadüfi olmadığını, 44günlük ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planının icrası” ilə bağlı tədbir keçirilib.Ekoloji mövzuda keçirilən seminarı Təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədov açaraq su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə və s.barədə danışıb, içməli su ehtiyatlarının çatışmazlığını hazırkı dünyanın qlobal problemi kimi dəyərləndirib. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının icrasından danışan R.Şəmmədov bu ...
18 may 2022-ci ildə Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar olaraq maarifləndirici seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədov açmışdır. Təbiyyat fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Ülviyə Ağazadə və Fizika müəllimlyi ixtisasının I tədris ili tələbəsi Yəhya ...