Xəbər lenti
LDU və Türkiyə Respublikasının İqtisadi inkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən “HOCA AHMET YESEVİ” 6-cı Uluslararası Bilimsel Araşdırmalar Konqresi və Beynəlxalq Çay Konfransı Lənkəran Dövlət Universitetinin Böyük akt zalında hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə start götürüb.Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. LDU rəsmisi bütün iştirakçıları salamlayıb, belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklərindən məmnun olduqlarını diqqətə çatdırıb, Azərbaycanla qardaş Türkiyə Cümhuriyyəti arasında son illərdə bütün sahələrdə möhkəmlənən dostluq ...
Dövlət Məşğulluq Agentliyi Lənkəran Dövlət Universitetində (LDU) “Karyera planlamasına dəstək” adlı maarifləndirici tədbir keçirib. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının şöbə müdiri Nahid Nağdıyev, Mərkəzi Karyera filialının şöbə müdiri Pərviz Əfəndiyev, həmin filialın aparıcı mütəxəssisi Mikayıl Tağıyev iştirak ediblər. Tədbirdə çıxış edən Mikayıl Tağıyev tələbələrə əmək bazarında uğur əldə etmənin yolları barədə tövsiyyələrini verib. İşə qəbulla bağlı əmək bazarında hansı keyfiyyətlərə üstünlük verilir, peşəkarlıq səviyyəsi necə ölçülür, şəxsi brendlə bağlı məsələlər və s. ətrafında diskussiya aparılıb. Tədbirdə Azərbaycanda ...
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Regionların sosial iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində rəqəmsal iqtisadiyyatın rolu” mövzusunda respublika elmi-praktiki konfransının işinə dövlət himnimizin ifası ilə start verilib.Konfransı Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. Rektor giriş nitqində ulu öndərin Azərbaycan dövlətinin tarixində oynadığı roldan, ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyətindən, təhsilin inkişafına göstərdiyi qayğıdan və bu uğurlu siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıb.LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, ...
Əziz tələbələr, Lənkəran Dövlət Universitetinin professor- müəllim-işçi heyəti!On bir ayın sultanı sayılan, müsəlman dünyasının ən əziz bayramlarından olan Ramazan ilahi hikmətlər, barış, əmin-amanlıq, xeyirxahlıq ayıdır. Ramazanı müqəddəsləşdirən dini kitabımız olan Qurani-Kərimin məhz bu ayda Yer üzünə nazil olmasıdır.Orucluq mərasimləri hər il ölkəmizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu ilki Ramazan bayramı həm də Zəfər ovqatlıdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında Prezident İlham Əliyevin söylədiyi nitqi, çıxışında verdiyi mesajlar hər birimizi bir daha qürurlandırdı, ...
Lənkəran Dövlət Universitetində(LDU) Elmi şuranın növbətiiclasını açan prof.Natiq İbrahimov iştirakçılarıgündəlikdə duran məsələlərlə tanış edib.İlkin olaraq “2021/2022-ci tədris ilinin payızsemestrinin imtahan sessiyasının nəticələrinin Elmi Şuranın tapşırığına uyğunaraşdırılması” barədə məlumat dinlənilib. Tədrisin təşkili və təlimtexnologiyaları üzrə prorektor dos.İdrak Əsgərov araşdırma nəticəsindəaşkara çıxan neqativ hallar, bu halları doğuran səbəblər, işində nöqsana yolverən müəllimlər barədə ətraflı söz açıb, bildirib ki, növbəti semestrlərdə belə hallara təkrar yol verilməməsi üçün bütünqabaqlayıcı tədbirlərin görülməsi qərarlaşdırılıb.Elmi şurada “2021/2022-ci tədris ilinin yaz semestrinin I kollokviumların nəticələri.IIkollokviumun gedişi” haqqında ...
Bu gün Lənkəran Dövlət Universitetində (LDU) 2021-2022-сi tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) “Adlı təqaüd”ləri təqdim edilib.Mükafatların təqdimetmə mərasimində Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru ,dos. İdrak Əsgərov, LDU Həmkarlar Komitəsinin sədri Vaqif Quliyev çıxış edərək təqaüdə layiq görülən tələbələri təbrik edib, təhsil və universitetin iictimai həyatında uğurlar arzu ediblər. Mərasimdə "Təbiyyat" fakültəsinin dekanı, dos.Ramiz Şəmmədov, “İqtisadiyyat və ...
2 aprel 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib. Keçirilən olimpiadada Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji kolleci və Masallı Dövlət Regional kollecinin tələbələri iştirak edib.Bilik yarışmasına qatılan 300-ə yaxın tələbə və şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar. Olimpiada qalibləri ...
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger Lənkəran Dövlət Universiteti ilə bu günkü tanışlığının onda xoş təəssürat yaratdığını deyib: “Lənkəran Dövlət Universiteti ilə bağlı bu günkü təəssüratım çox xoşdur. Xüsusən qızlar yataqxanasında gördüklərim məni razı saldı. Kompüter otağının yataqxanaya yaxın olması çox yaxşıdır və tələbələrə gün boyu kompüterdən, internetdən istifadəyə şərait yaradır. Rektor bunu yaxşı fikirləşib. Biz bu il 2 yeni guşənin açılışını etmişik ki, bunun da biri LDU-dadır. Bu guşənin LDU-nun nəzdində olması çox yaxşıdır. Bura hamı üçün ...
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger Astara və Lənkərana işgüzar səfəri çərçivəsində aprelin 1-də Lənkəran Dövlət Universitetində(LDU)olub. Səfir burada ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAİD)tərəfindən maliyyələşdirilən kompüter laboratoriyasının, Amerika güşəsinin açılışlarına qatılıb. Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovla tanışlıq görüşündən sonra səfir Örl Litzenberger universitetin qızlar yataqxanasını gəzib, burada tələbələr üçün yaradılan şəraitlə əyani tanış olub. USAİD tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunan kompüter laboratoriyasında tələbələrlə görüşən səfir onlarla tanışlıqdan məmnun qaldığını bildirərək deyib: “Biz gənc ...
Lənkəran Dövlət Universitetində (LDU) 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş anım tədbiri keçirilib. Onlayn formatda keçirilən konfrans günahsız qurbanların xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb.LDU-nun rektoru, professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən ətraflı danışıb. Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 104 illik zaman fasiləsi ayırsa da, tarixdə ...