Xəbər lenti



LDU-nun kollektivi Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət edib.

Bu gün Azərbaycan xalqının tarixində ən ağrılı, həm də qanla yazılmış şərəf, qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsindən 30 il ötür.Faciənin ildönümündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti başda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov olmaqla Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının –azadlıq mücahidlərinin ruhu ehtiramla anılıb, məzarları üzərinə tər qərənfillər düzülüb.Xatırladaq ki,20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət Universitetində silsilə ...

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.Tədbir iştirakçıları tərəfindən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında 20 Yanvar tarixini faciə günü kimi yox, xalqın qanla yazılan qəhrəmanlıq salnaməsi, şərəf , milli oyanış tarixi kimi səciyyələndirib.Bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir ...

İctimai şuranın üzvləri imtahanların gedişini izləyiblər.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik etdiyi İctimai şuranın üzvlərinin bir qrupu –Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov,N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov Lənkəran Dövlət Universitetində (LDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini canlı izləyiblər.Şura üzvləri LDU-nun bütün tədris korpuslarına baş çəkərək ,imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar.İctimai şuranın üzvlərinə Operativ Qərargahın və Apellyasiya komissiyalarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradılıb.Eyni zamanda,İctimai ...

Lənkəran Dövlət Universitetində imtahan sessiyasına start verilib.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Lənkəran Dövlət Universitetində (LDU) 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gün -7 yanvar tarixində start verilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkərək imtahanların gedişini əyani izləyib.Universitet rəsmisi imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinatorlar və imtahanların gedişinə məsul digər şəxslərlə görüş keçirib. Görüş iştirakçılarını yeni təqvim ili münasibəti ilə təbrik edən professor Natiq İbrahimov payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini onlarla ...

LDU-nun Elmi Şurası 2019-cu ildə son iclasını keçirilib

Bugün Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın 2019-cu ildə son iclasıkeçirilib. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iclası açaraq gündəlikdəduran məsələləri şura üzvlərinin diqqətinəçatdırıb.Müzakirəyəkeçməzdən əvvəl professor Natiq İbrahimov şura üzlərini vəonların simasında universitetin bütün kollektivini 31 dekabr –Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü və yeni-2020-ci il münasibətilə təbrik edərək xoş bayramarzularını çatdırıb,səmərəli fəaliyyətlərinə görə minnətdarlıq bildirib.ElmiŞuranın müzakirəsinə ilkin olaraq “Payız semestrində tədris prosesininyekunları barədə” məsələ çıxarılıb.Bu barədə Tədrisin təşkili və təlimtexnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərovun məlumatı dinlənilib. ...

Lənkəran Dövlət Universitetində “Yeni il  karnavalı”.

LənkəranDövlət Universitetində (LDU) 31 dekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2020-ci il münasibəti ilə “Yeniil karnavalı” keçirilib. Bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edənprofessor Natiq İbrahimov açıb və bütün iştirakçılara xoş bayram arzularınıçatdırıb.Universitet rəsmisi başa çatmaqda olan ilin yekunlarından, 2020-ci ildəqarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərindəuğurlar arzu edib.Yeniil tədbirində 2019-cu ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsiluğurları ilə seçilən yubilyar müəllimlərə ,tələbələrə,idmançılara fəxri-fərman,təşəkkürnaməvə pul mükafatları təqdim edilib.Şaxtababa və Qar qızın qonaq olduğu “Yeni ilkarnavalı” şux , şaqraq ...

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun yeni il təbriki.

Dəyərli həmvətənlər!Hörmətli professor-müəllim heyəti!Əziz tələbələr!Hamınızı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2020-ci il münasibəti ilə ürəkdən təbrik edirəm.Bu gün böyük fəxrlə deyə bilərik ki, yola saldığımız 2019-cu il Azərbaycan xalqı üçün əlamətdar hadisələrlə, möhtəşəm yeniliklərlə yaddaqalan oldu.Xalqımız bu il elliklə Şərqin ilk demokratik respublikasının ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin 100 illik yubileyini böyük təntənə ilə bayram etdi. Ümummilli lider H.Əliyevin “Azərbaycan xalqının,Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU-nun 100 illik yubileyi bizim üçün həm də ...

LDU-da “Samsung” Virtual Tədris Mərkəzinin açılışı olub.

Lənkəran Dövlət Universitetində (LDU) “Samsung” Virtual Tədris mərkəzi” nin açılışı olub.Açılış mərasimində “Nərgiz” Xeyriyyə Fondunun və “Samsung” şirkətinin təmsilçiləri,universitetin professor-müəllim-tələbə heyəti iştirak edib.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq qonaqları salamlayıb və iştirakçılara mərkəz barədə məlumat verib.Bildirib ki, tədris mərkəzi “Nərgiz” Xeyriyyə Fondunun və elektron qurğuların istehsalı və satışı üzrə dünyada tanınan “Samsung” şirkətinin maliyyə dəstəyi ilə ölkədə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Lənkəran Dövlət Universitetində yaradılıb. Mərkəzdə bütün fənnlər üzrə tədrisin yüksək səviyyədə və ...

LDU-da gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilir.

Lənkəran Dövlət Universitetində (LDU) “Müasir təlim texnologiyalarının tətbiqolunmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda gənc tədqiqatçıların respublika elmi-praktik konfransı öz işinə başlayıb.Konfrans dövlət himnimizin ifası ilə start götürüb. LDU ilə yanaşı, ölkənin aparıcı ali təhsil müəssisələrindən,elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələrin, görkəmli alimlərinqatıldığı konfransı Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edənprofesor Natiq İbrahimov açıb.Natiq İbrahimov rəhbərlik etdiyi ali məktəbdə son illərdə keçirilmiş müxtəlifyönümlü beynəlxalqvə respublika miqyaslı elmi konfranslar barədə iştirakçılara məlumat verib. Bildiribki, bugünkü konfransın keçirilməsində əsas məqsəd müasir təlim texnologiyalarının tədbiqolunmasının təhsilin ...

LDU ali təhsillə bağlı layihənin iştirakçısı oldu.

Azərbaycan Təhsil İnstitunun direktor müavini Anar Nağıyev qurumun bir qrup əməkdaşı ilə birgə Lənkəran Dövlət Universitetində (LDU) olub.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Təhsil İnstitunun təmsilçilərinə LDU , burada son illərdə ali təhsilin yenilənməsi istiqamətində həyata keçirilən layihələrlə bağlı məlumat verib.Təhsil Nazirliyinin direktor müavini Anar Nağıyev Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat,ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi barədə danışıb.Bildirib ki, layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası ...