Xəbər lenti



LDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir.

Koronovirus (COVİD-19) pandemiyası səbəbilə Lənkəran Dövlət Universitetində (LDU) aktiv formada təşkil edilən onlayn (məsafədən) dərslər uğurla davam etdirilir. Dərslərin keyfiyyətində və dərslərə könüllü qoşulan tələbələrin sayında hər gün artım müşahidə edilir. Hazırda Universitetin bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 3 minə yaxın istifadəçi internet üzərindən yayımlanan şəxsi kabinetlərində yerləşdirilmiş audio-video tədris materiallarından istifadə etmək üçün məlumat bazasına 50 min dəfədən çox müraciət etmiş, müəllimlərin şəxsi təşəbbüsü ilə onlayn dərslərə cəlb olunurlar. Tələbələrlə video konfranslar yaratmaqla mühazirələr təşkil ...

Lənkəran Dövlət Universitetində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri onlayn formada keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bu ilki anım mərasimi qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyası səbəbindən onlayn formada keçirilib.Tədbirə onlayn qatılan iştirakçılar günahsız qurbanların xatirəsinin yad edilməsinin vacibliyini yekdilliklə qeyd ediblər. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən ətraflı danışıb.Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən , çoxlu sayda qoca, qadın və uşağın ...

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet kollektivinə təbriki.

Əziz tələbələr, hörmətli professor-müəllim, işçi heyəti, kollektivimizin bütün üzvləri!Hamınızı-bütün LDU ailəsini elimizin ən gözəl bayramlarından biri olan, gəlişi ilə təbiətə təravət, könüllərə hərarət gətirən Novruz-Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzu edirəm. Novruz yeni gün , yeni arzular , yeni ovqat deməkdir.Baharın gəlişilə təkcə təbiət oyanmır, ruhumuz da cavanlaşır, qurub-yaratmaq həvəsimzi artır, arzularımız təzələnir.İstisnasız deyə bilərik ki, Novruz milli bayramlarımızın ən gözəlidir.Heç bir bayramın gəlişi insanları Novruz qədər sevindirmir.Novruz yeganə bayramdır ki, insanlar onun ...

8 Mart – Beynəlxalq Qadınlar Bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun LDU –nun qadın əməkdaşlarına  Təbriki.

Qadınlar dünyanın bəzəyi, yer üzünün çiçəkləridir.Qadın gülürsə, bütün bəşəriyyət gülür,qadının əli dəyən hər yer çiçəyə bürünür, cənnətə dönür. “Cənnət analarınayaqları altındadır” deyimi də təsadüfideyil.Çünki, anaların ayağı dəyən daşlıq da gülüstana çevrilir, nəfəsi Günəş qədərhərarətlidir, laylası bir ömür boyu övlada səadət nəğməsi, xoşbəxtlik alqışıdırbu ilahi məxluqun.Qadınanadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır.Qadın cəmiyyətinaparıcı qüvvəsidir.Bütün ziyalıları , dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyəedir.Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq.Ölkəmizinqazandığı uğurlarda qadınlarımızın zəhmətidanılmazdır.Bu gün Azərbaycan qadını dövlətin idarə ...

Diqqət! Diqqət!

Professor-müəllimvə tələbə heyətinin nəzərinə!Çində başlayan, indi isə bütün dünyada sürətləyayılan koronavirus epidemiyası ilə bağlı Lənkəran Dövlət Universitetindəprofilaktik tədbirlər davam etdirilir.Bütün tədris korpuslarında mütəmadidezinfeksiya işləri aparılır,tələbələrlə maarifləndirici söhbətləredilir.Xatırladaq ki,Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə birlikdə profilaktikaməqsədilə tədbir keçirilmiş, həkimlər tərəfindən tələbələrə epidemiyadanqorunmaq yolları ilə bağlı məsləhətlər verilmiş, maarifləndirici video-çarxlar nümayişetdirilmişdi.2 mart tarixindən başlayaraq LDU-da kütləvi tədbirlərin keçirilməsi müəyyən müddətəqədər təxirə salınır. Məsələ, koronavirusun hava-nəfəs yolu ilə ötürülməsində vəbuna görə də tez yayılmasındadır. Yoluxmamaq üçün həkimlər insanların kütləviyığıldığı yerlərə getməməyi məsləhət gördüyündən, universitetdə ...

LDU-da Ümumdünya  Mülki Müdafiə  Günü ilə bağlı tədbir keçirilib.

28 fevral tarixində Lənkəran Dövlət Universitetində (LDU) 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı maarifləndirici tədbir keçirilib.Respublika Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə universitetin müəllim , tələbə və işçi heyəti iştirak edib. “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusu ətrafında keçən tədbirdə FHN-in Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Araz Hüseynov,DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi,d/x polkovnik leytenantı Samir Kərimov və Mərkəzin Maarifləndirmə Sektorunun müdiri ...

“Miqrasiya könüllüsü” .

Fevralın 28-də Lənkəran Regional Dövlət Miqrasiya Xidməti İdarəsi Miqrasiya Könüllülərinin 2020-ci il -“Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq Lənkəran Dövlət Universitetində tələbələr üçün maarifləndirici tədbir keçirib.İdarənin inspektoru Zaur Əlişov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyər adlandırıb.Bildirib ki,Dövlət Miqrasiya Xidməti gənclərlə təmaslarını artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları ...

“Xocalı soyqırımı-Unutmadıq!Unutmarıq”.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.Bu gün universitetdə bütün fakültələrdə ilk dərslər Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Universitetin kitabxanasında faciənin dəhşətlərini əks etdirən kitab, məcmuə, buklet, qəzet, foto-şəkillərdən ibarət sərgi təşkil olunub.Səhər saatlarında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim- tələbə heyəti Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək şəhidlərin ruhuna ehtiram əlaməti ...

LDU-da koronovirusla bağlı tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirici tədbir keçirilib. Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə birgə keçirilən tədbirdə xəstəliyin profilaktikası, ondan qorunma yolları, müalicəsi ilə bağlı tələbə və müəllimlərə ətraflı məlumat verilib.Rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Zəfər Fərzəliyev bildirib ki, Çindən dünyaya yayılan koronovirus xəstəliyi yüksək sürətlə əhatəsini genişləndirməkdə davam edir.Bu xəstəliyə yoluxanların və ölənlərin sayının getdikcə artması, koronovirusun Azərbaycanın qonşu dövləti olan İranda aşkarlanması və bu virusdan ölənlərin olması səbəbindən Azərbaycanda hamı- bütün cəmiyyət ...

Elmi Şurada pedaqoji və istehsalat təcrübələrinin gedişi  müzakirə edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasından sonra keçirilən ilk iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də imtahan sessiyasının nəticələri olub.Elmi Şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov şura üzvlərini ətraflı məlumatlandırmaq üçün sözü Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərova verib.Məruzəçi ayrı-ayrı fakültələr üzrə payız semestrinin imtahan sessiyasının nəticələrini diaqram və cədvəllər, slaydlar vasitəsilə şura üzvlərinə təqdim edib.Təqdimatda imtahan nəticələri əvvəlki semestrlərlə və illərlə müqayisəli ...