Xəbər lenti



LDU yeni tədris ilini sürprizlərlə qarşılayır.

2019-2020-ci tədris ili Lənkəran Dövlət Universitetinin həyatında ən əlamətdar il kimi yaddaqalan olacaq.Bu il universitet tələbələrini xoş sürprizlərlə qarşılayır.Ən ürəkaçan yenilk cari tədris ilində iki yeni tədris korpusunun və 160 yerlik yeni yataqxana binasının inşa olunub tələbələrin istifadəsinə verilməsidir.Nəzərə alanda ki, hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından tələbələr təhsil alır,onda yeni yataqxana binasının necə böyük əhəmiyyət daşıdığı aydın olur.Qeyd edək ki, yeni yataqxana binası tam modern uslubda inşa olunub və burada tələbələrin rahat yaşamaları,istirahət etmələri üçün ...

Azərbaycanın ən gənc abituriyenti LDU-da qeydiyyatdan keçib.

2019-cu il üzrə Azərbaycan universitetlərinin ən gənc tələbəsi Lənkəran Dövlət Universitetində (LDU) təhsil alacaq. Lənkəran rayonunun Şilavar kənd sakini ,15 yaşlı Miryusif Feyzullazadə Lənkəran Dövlət Universitetinin turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.Bu gün 15 yaşlı gənc LDU-da qeydiyyatdan keçib.Ölkənin ən gənc tələbəsini təbrik edənlər arasında Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov da olub.Universitet rəsmisi yeniyetmə gənci qazandığı uğura görə təbrik edib və nə üçün məhz LDU-nu seçməsi ilə maraqlanıb.Miryusif Feyzullazadə Lənkəran Dövlət Universitetində ...

LDU-ya yeni daxil olanların qeydiyyatı davam edir.

2019/2020-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinə (LDU) qəbul olanların avqustun15-dən başlanan sənəd qəbulu davam edir. 4 fakültə və 30 ixtisas uzrə aparılan sənəd qəbulunun asan və rahat keçməsi üçün bütün zəruri tədbirlər görülüb.LDU-ya yeni qəbul olunmuş gənclərin qeydiyyatına universitetdə fəaliyyət göstərən fakültələrin tyutor xidməti və əməkdaşlarından ibarət işçi qrupu nəzarət edir. Qeydiyyat zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qeydiyyat prosesinin gedişi ilə əyani tanışlıq zamanı yeni qəbul olunanlarla ...

Xoş təəssüratla məzuniyyətə.

Lənkəran Dövlət Universitetində (LDU) son illət yaranmış gözəl ənənələrdən biri də kollektiv gəzintilərin təşkil olunmasıdır.Artıq 3 –cü ildir ki, tədris ilinin yekununda universitetin professor-müəllim-işçi heyəti kollektiv şəkildə gəzintiyə çıxır. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun təşəbbüsü, LDU Həmkarlar İttifaqı Komitəsinin maddi dəstəyi ilə bu gözəl ənənə bu il də gercəkləşdirilib.Məkan olaraq bu il Lənkəranın dağətəyi Osakücə kəndindəki turizm istirahət mərkəzi seçilib.Dağların əhatələdiyi,çay və şəlalənin rövnəq verdiyi,yaşıllıqlar qoynunda salınmış bu gözəl məkan kollektiv gəzinti üçün olduqca münasib idi.Bölgənin bütün ...

LDU-da H.Əliyevə həsr olunmuş konfrans keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummili lider H.Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyi ilə əlaqədar konfrans keçirilib.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və ilk növbədə bütün iştirakçıları bu münasibətlə təbrik edərək bildirib ki,Ulu Öndər ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində misilsiz xidmətlər göstərib.Belə ki,H.Əliyevin 1969-u il iyulun 14-də Azərbaycanda rəhbərliyə gəlməsindən az sonra respublikada inkişaf və tərəqqi özünü göstərməyə başlayıb,iqtisadiyyatın bütün sahələri, elm, təhsil, mədəniyyət sürətlə inkişaf edib.Görkəmli dövlət xadiminin respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycan geridə qalmış aqrar ölkədən ...

Çexiyalı professor LDU-da kadr hazırlığını yüksək qiymətləndirib.

Çexiya Respublikasının Brno şəhərində yerləşən Mendel Universitetinin professoru, Meşəçilik fakültəsinin dekan müavini Petr Kupec Lənkəran Dövlət Universitetində (LDU) olub.Çexiyalı professoru LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Görüş zamanı iki universitet arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, hər iki universitetdə mövcud olan "Meşəçilik", “Aqronomluq”, “Bitkiçilik”, “İqtisadiyyat” və s. ixtisaslar ilə bağlı əlaqələrin gələcək perspektivləri müzakirə olunub.Lənkəran Dövlət Universitetində ötən il xaricdən gətirilərək quraşdırılmış modern laboratoriyalarla tanış olan P.Kupec burada praktik məşğələlərin, eləcə də elmi tədqiqatların aparılması üçün şəraiti yüksək ...

Unudulmaz heç zaman...

Müqəddəsdir,əzizdir,Arzu qədər təmizdir,Alovlu qəlbimizdir,Tələbəlik illəri...İnsan həyatında elə anlar,illər var ki,onlara vida etmək çox çətin olur-tələbəlik illəri kimi.Gəncliyimizin ən qaynar çağlarını,həyatımızın ən mənalı illərini –tələbəlik həyatını yaşamaq necə xoşdursa,ona əlvida demək,ayrılmaq bir o qədər ağır olub həmişə.Elə bu günkü məzunlar da eyni hissləri yaşayır.Bütün çöhrələrdə sevinc qarışıq kövrəklik,nigarançılıq hiss olunur.Tələbələr kimi müəllimlər də kövrək görünür.İllərdir öyrəşdikləri, isnişdikləri tələbələrdən ayrılmaq onlara da asan deyil.Bu kövrəkliyə dövlət himnimizin səslənməsi son qoydu.Tələbəli-müəllimli hamının dövlət himnimizi canlı ifa etməsi möhtəşəm idi!Məzunlara ilk təbrik universitetin rektoru ...

Nensi Selfric LDU-da olub.

ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin “Monterey-Lənkəran Dostluq Assosasiyası”nın icraçı direktoru Nensi Selfric Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinə baş çəkib. Xanım Nensini Monterey şəhər şurasının üzvü ,fəlsəfə elmləri doktoru Alan Haffa və Monterey universitetinin azərbaycanlı professoru,fəlsəfə elmləri doktoru Vüsal Eminli müşayət ediblər.Hörmətli qonaqları LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib. Qəbul çay süfrəsi arxasında, dostluq və səmimilik şəraitində keçib. Söhbət zamanı professor Natiq İbrahimov ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirib ...

Elmi şurada imtahan sessiyasının gedişi müzakirə edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib.Şura iclasını universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb.İlk müzakirəyə çıxarılan yaz semestrinin imtahan sessiyasının gedişi olub.Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.Məruzəçi bu sahədə vəziyyətin qənaətbəxş olduğunu, bu vaxta qədər hər hansı ciddi problemin yaşanmadığını deyib.İdrak Əsgərov kafedralar üzrə dərs yüklərinin vəziyyəti barədə də məlumat verib,bir neçə ixtisas üzrə müəllimlərə ehtiyac ...

Hindistan səfiri LDU-da olub.

Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqaladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna və xanımı Lənkərana iki günlük səfərləri çərçivəsində bu gün Lənkəran Dövlət Universitetində olublar.Hörmətli qonaqları LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib və onlara təmsil etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib.Universitet rəsmisi Hindistan səfirinə LDU-da son illərdə təhsilin yenilənməsi istiqamətində görülən işlər,yeni ixtisaslar,turizm-təcrübə bazası, tikilməkdə olan yeni tədris korpusları və yataqxana binası ,kadrların hazırlanmasındakı yenilklər barədə ətraflı məlumat verib,Hindistanın ali təhsil müəssisələri ilə qarşılıqlı ...