Xəbər lenti
Lənkəran Dövlət Universitetində (LDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtаhаn sеssiyаsına start verilib. Lənkəran Dövlət Universitetinin rektoru, prof.Natiq İbrahimov imtahanların gedişini əyani izləmək məqsədilə bu gün imtahan gedən korpuslara baş çəkib və tələbələr üçün yaradılan şəraitlə əyani tanış olub.Xatırladaq ki, LDU-da imtahan sessiyasının təşkili haqqında 7 may 2025-ci il tarixli əmrə əsasən 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 02.06.2025-ci il tarixindən 04.07.2025-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə ...
28–29 may tarixlərində Özbəkistanın Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib. Forumun işində iştirak edən Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov Özbəkistan Dövlət Televiziyasına müsahibə verib. Müsahibəni sizə təqdim edirik.https://www.facebook.com/100050365063318/videos/pcb.1358475812507908/1063543718971783
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib. Forumda Lənkəran Dövlət Universiteti də iştirak edib. Forumun işindən hazırlanmış tele-reportajı təqdim edirik.https://www.facebook.com/lsu.edu.az/videos/1357261518691245/
Lənkəran Dövlət Universitetində (LDU) 28 May-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunmuş voleybol yarışının qalibləri bəlli olub. Yarışda daha yüksək nəticə əldə edən 3 komanda kubok, medal və diplomlarla təltif edilib. Qeyd edək ki, LDU-da tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə vaxtaşırı idman yarışları təşkil olunur.
29 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetində Lənkəran Regional Ədliyə İdarəsi və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kolleclə birğə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib.Tədbiri giriş sözü ilə LDU-nun Sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq görüşün mahiyyəti, insan hüquq və azadlıqları haqqında məlumat verib. Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi, ədliyyə müşaviri Taleh Quliyev çıxışında hər bir şəxsin öz ...
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib.Forumda iştirak edən Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov tədbir çərçivəsində Fərqanə Dövlət Universiteti, Əndijan Dövlət Xarici Dillər İnstitutu, Buxara Dövlət Universiteti, Səmərqənd İqtisadiyyat və Servis İnstitutu, Nəvai Dövlət Mədən və Texnologiya Universitetinin rəsmiləri ilə görüşüb, tərəflər ...
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi və 28 May-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə Lənkəran Dövlət Universitetində(LDU) maraqlı konsert proqramı ilə çıxış ediblər.Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru prof. Nərminə xanım Quliyeva tədbirdə çıxış edərək dahi bəstəkar Ü. Hacıbəylinin həyat və fəaliyyətindən söz ...
Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq olunmuş “Müasir Vergi Orqanlarınınn” yaradılmasının 25 illiyi ilə əlaqədar görüləcək işlərlə bağlı “Tədbirlər Planı”na uyğun olaraq 2025-ci ilin yanvar-iyun aylarında tələbələr arasında “Vergilər” mövzusunda ümumirespublika olimpiadasının keçirilməsi planlaşdırılıb. Tədbirlər Planına uyğun olaraq Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və İnsan resursları baş idarəsi Lənkəran Dövlət Universiteti ilə birgə 27 may 2025-ci il tarixində LDU-nun “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat”, “Mühasibat”, “Menecment”, “Beynəlxalq ticarət və logistika” ixtisasının tələbələri arasında vergilər mövzusunda olimpiadanın I mərhələsini ...
Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə LDU-da 5 aprel 2025-ci il tarixində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə keçirilən zona fənn olimpiadası qaliblərinin bu gün mükafatlandırılma mərasimi keçirilib. LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev tədbirdəki çıxışında bildirib ki, keçirilən olimpiadada Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin 600-ə yaxın IX-XI sinif şagirdləri iştirak edib. Bilik yarışmasına qatılanlar arasında 23 şagird I, II və III yerlərə ...
27 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetində (LDU) 2024/2025-ci tədris ilində universiteti bitirən, həmçinin ötən illərin məzunları üçün “Məzun yarmarkası” keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı ilə birlikdə təşkil olunan “Məzun yarmarkası”na 45 idarə, müəssisə və təşkilat tərəfindən ümumilikdə 320 vakant iş yerləri çıxarılıb. Tədbiri LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açıb və əmək yarmarkalarının hər il LDU-nu bitirən yüzlərlə məzuna iş ...