Xəbər lenti
8 Mart Beynəlxalq Qadınlar Günü bayramların ən gözəlidir. Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır. Qadın həm də bu gün cəmiyyətin aparıcı qüvvəsidir-alimdir, müəllimdir, həkimdir, mühəndisdir, şairdir-bir sözlə, yaradıcı, qurucu insandır. Qadın hər şeydən əvvəl- anadır! Ana tanrının, yaradılışın şah əsəridir. Bütün ziyalıları, dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyə edir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq! Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlarda qadınlarımızın rolu danılmazdır. Olkəmizə Zəfər sevincini yaşadan oğulları dünyaya gətirən, böyüdüb ...
Lənkəran Dövlət Universiteti Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Dövlət Universiteti ilə 2023-cü ildən əməkdaşlıq edir və bu əməkdaşlıq müqaviləsinə əsasən 2024/2025-ci tədris ilinin yaz semestrində iki qazaxıstanlı tələbə təhsillərini 1 semestrlik Lənkəran Dövlət Universitetində davam etdirirlər.Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov təhsillərini LDU-da davam etdirəcək həmin tələbələrlə görüşüb.Səmimilik şəraitində keçən görüş zamanı prof. Natiq İbrahimov Qazaxıstan və Azərbaycan dövlətləri arasında olan dostluq əlaqələrindən, LDU nümayəndə heyətinin Qazaxıstana səfərlərindən, dost ölkənin ali təhsil ocaqları ilə bağlanan qarşılıqlı əməkdaşlıq müqavilələrindən, bu ...
Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” keçirilib. "Dəyirmi masa"da Lənkəran Dövlət Universitetini rektor, prof. Natiq İbrahimov təmsil edib. Tədbir çərçivəsində Lənkəran Dövlət Universiteti ilə Qazaxıstanın Korkyt Ata Kyzylorda Universiteti və Turan Universiteti arasında ikili əməkdaşlığa dair Memorandum imzalanıb. In englishA Memorandum onbilateral cooperation was signed between Lankaran State University and KorkytAta Kyzylorda University and Turan University of Kazakhstan.On March 4, a “roundtable” dedicated to “Expanding cooperation in higher education betweenAzerbaijan ...
Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa”da Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov da iştirak edib.
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli tarixlərdən biri olan Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı –qan yaddaşımız” adlı tədbir keçirilib.Tədbir Xocalı faciəsinin günahsız qurbanlarının və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.LDU-nun “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, dos. Kamal Mahmudov “ Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır”, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dos.Qədim Rufullayev “Xocalı qan ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyi ilə birgə hüquqi mövzuda maarifləndirici təlim keçirilib. “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda keçirilən təlimi Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb, qonaqları təqdim edib və tədbirin mahiyyəti barədə qısa açıqlama verib.Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov bildirib ki, təlimin əsas məqsədi yaradıcı ziyalıları, mədəniyyət və incəsənət adamlarını, elm xadimlərini və digər intelektual mülkiyyət sahiblərini əqli mülkiyyət ...
Lənkəran Dövlət Universitetinin Elmi şurasının 2025-ci ildə ilk iclası keçirilib. Elmi şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.Elmi şurada müzakirə edilən ilk məsələ “2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” olub. Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib. Məlumatda ayrı-ayrı fakültələr və ümumilikdə universitetdə imtahanların nəticələri əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib. Elmi şuranın gündəliyinə çıxarılan ikinci məsələ - “Universitet tələbələrinə pedaqoji və ...
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov "Azərbaycan müəllimi" qəzetinə müsahibə verib. LDU-nun qarşısında hansı hədəflər var, uğurlarımızın səbəbi nədir, gələcək planlarımız-bu sualların cavabını müsahibədən oxuya bilərsiniz.(ətraflı)
Türkiyə Respublikası Sinop Universitetinin rektoru prof. dr. Şakir Taşdemirin rəhbərlik etdiyi nümayəndə heyəti 06.02.2025-ci il tarixdə Lənkəran Dövlət Universitetində olub. Hörmətli qonaqları LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Dostluq və işgüzarlıq şəraitində keçən söhbət zamanı rektor Natiq İbrahimov türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti, bu ali təhsil ocağında son illərdə aparılan yenilənmələr, görülən işlər, genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Tərəflər müasir dünyada ali təhsilin məqsəd və vəzifələri, problemləri, perspektivləri, qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi ediblər.Görüşdə Lənkəran ...
Lənkəran Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclik günümüzdür” adlı tədbir keçirilib.Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimovun LDU gənclərinə təbrik məktubunu universitetin Sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov səsləndirib.Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin sosial məsələlər üzrə dekan müavini Şəfa Bağırova, LDU Tələbə Gənclər ...