Xəbər lenti



8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-da çalışan qadın əməkdaşlara və tələbələrə  təbriki.

Qadınlar yer üzünün bəzəyi, dünyanın yaraşığıdır. Qadın gülürsə, bütün bəşəriyyət gülür, əli dəyən hər yer cənnətə çevrilir. “Cənnət anaların ayaqları altındadır” deyimi analara olan böyük sevginin etirafıdır.Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır. Qadın həm də cəmiyyətin aparıcı qüvvəsidir-alimdir, müəllimdir, mühəndisdir, şairdir-bir sözlə, zəhmətkeşdir. Bütün ziyalıları, dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyə edir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlarda qadınlarımızın böyük payı var. Olkəmizə Zəfər sevincini yaşadan ...

Rektor Türkiyə Cümhuriyyətindən olan müəllimləri qəbul edib.

Lənkəran Dövlət Universitetinin (LDU) rektoru, professor Natiq İbrahimov Türkiyə Respublikasının Qafqaz Universitetinin baytarlıq fakültəsinin professoru Cihan Kacar və sözügedən universitetin qida məhsulları ixtisası üzrə müəllimi, dosent Güvən Gülbazı qəbul edib. Professor Natiq İbrahimov LDU ilə Qafqaz Universiteti arasında 2017-ci ilin noyabrında bağlanmış müqaviləyə əsasən müəllim mübadiləsi proqramı çərçivəsində universitetə gəlib tədris aparan müəllimlərin LDU ilə bağlı təəssüratları ilə maraqlanıb, tələbələrin hazırlıq səviyyələri haqqında fikirlərini soruşub.Türkiyəli müəllimlər görüşə vaxt ayırdığına və Lənkəran Dövlət Universitetində onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə ...

LDU-nun tələbələrinin istehsalat təcrübəsində  Türkiyəli alim-mütəxəssis iştirak edir.

Türkiyə Respublikasının Qafqaz Universitetinin qida məhsulları ixtisası üzrə müəllimi, dosentGüvən Gülbaz Lənkəran DövlətUniversitetində sözügedən ixtisas üzrə dərsləri tələbələrə 1 ay müddətinə tədris edəcək. Türkiyəli alim LDU ilə Qafqaz Universiteti arasında 2017-ciilin noyabrında bağlanmış müqavilənin şərtlərinə əsasən, müəllim mübadiləsi proqramı çərçivəsində universitetə gəlib. Hazırda dosent Güvən Gülbaz LDU-da Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsilalan tələbələrlə birgə istehsalat təcrübəsində iştirak edir, tələbələrə təcrübi dərslər, praktiki məşğələlər keçir.Qida TəhlükəsiziliyiAgentliyinin Lənkəran filialında keçirilən dərslərdə laborator qurğularının iş prinsipi, ərzaq məhsullarının analizının laborator şəkildə aparılması, ...

Təhsil naziri LDU-da olub.

Respublika təhsil naziri Emin Əmrullayev 2 mart 2022-ci il tarixdə Lənkərana səfəri çərçivəsində cənub bölgəsində yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetinə (LDU) baş çəkib. Nazir tikilməkdə olan yeni tədris korpusunda inşaat işlərinin gedişi ilə də əyani tanış olub. LDU-nun rektoru, professor Natiq İbrahimov cənab nazirə tikilməkdə olan yeni tədris korpusu barədə ətraflı məlumat verib. Bildirib ki, bu, universitetdə son illərdə inşa olunan 3-cü yeni tədris korpusudur və növbəti tədris ilinə kimi tələbələrin istifadəsinə verilməsi planlaşdırılır, həmçinin köhnə tədris ...

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır.

LənkəranDövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəlitarixlərdən biri olan Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfranskeçirilib.Onlayn keçirilən konfrans Xocalı faciəsiningünahsız qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılmasıilə başlanıb.LDU-nunrektoru, professor Natiq İbrahimov Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcəxalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısındayer aldığını bildirib, bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdiklərisoyqırımların daha bir dəhşətli təzahürü kimi qiymətləndirib. 44 gün davam edən və ...

LDU-da Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.

LənkəranDövlət Universitetində (LDU) 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiştədbir keçirilib. Tədbiri “Filologiya və ibtidai təhsil” fakültəsinin dekanı,dosent Elman Mirzəyev açıb. Bildirib ki, millətin dilinin dövlət dili statusunayüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi və millətinmillət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətinöz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda,dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusuqazanmasını həqiqətən qürur gətirən tarixi hadisə adlandıran dosent Elman Mirzəyevölkəmizdə ana dilinin hərtərəfli inkişafını, beynəlxalq münasibətlər sisteminəyol ...

Elmi şurada imtahan sessiyasının nəticələri müzakirə edilib

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranınnövbəti iclası keçirilib. İclası Elmi şuranın sədri, universitetin rektoru,professor Natiq İbrahimov açaraq bildirib ki, bu dəfəki şurada müzakirəyə çıxarılan əsas məsələ universitetdə və LDU nəzdində Sosial və Aqrar TexnolojiKollecdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrininmüzakirəsi olacaq.LDU-nun Tədrisin təşkili və keyfiyyətə nəzarət şöbəsininmüdiri Asif İmanlı universitetdə 2021/2022-citədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə ətraflıməlumat verib.LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrihaqqında məlumatı kollecin direktoru dos. Ruslan ...

LDU-da 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 2 fevral GənclərGünü münasibətilə keçirilən tədbiri universitetin Sosial məsələlər üzrəprorektoru Kamran Kazımov açaraq iştirakçıları və LDU-da təhsil alan, çalışanbütün gəncləri rektor, professor Natiq İbrahimovun adından təbrik edib. KamranKazımov çıxışında bildirib ki, məhz H.Əliyev respublikamıza rəhbərlik etdiyi illərdədövlət və cəmiyyətin sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında gəncləriniştirakının vacib məsələ olduğunu diqqət mərkəzinə çəkib. 1994-cü ildə Ümummilli Liderimizin fərmanı ilə Gənclər vəİdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumununkeçirilməsi, 1997-ci ildən etibarən 2fevral tarixinin "Azərbaycan gəncləri günü" ...

Поздравляем

Серия "Математика и естественные науки" журнала "Научные новости" Лянкяранского государственного университета размещена на сайте системы индексации базы данных Russian Science Citation Index (RSCI) of Web of Sciencehttps://www.elibrary.ru/title_about_new.asp?id=79388https://www.elibrary.ru/author_profile.asp?authorid=1135761Поздравляем команду ЛГУ с этим и благодарим всех, кто помог в этом деле!

Congratulations

The series "Mathematics and Natural Sciences" of the journal "Scientific News" of Lankaran State University is posted on the website database of indexing system Russian Science Citation Index of Web of Science (RSCI) https://www.elibrary.ru/title_about_new.asp?id=79388https://www.elibrary.ru/author_profile.asp?authorid=1135761Congratulations to the LSU team on this regard and thank you to everyone who helped in this matter.