Xəbər lenti



LDU-da məişət zorakılığı ilə bağlı maarifləndirici tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” çərçivəsində maarifləndirici tədbir keçirib. 25 noyabr-Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq Kampaniyası” çərçivəsində keçirilən görüşdə Lənkəran Dövlət Universitetinin tələbə və müəllimləri iştirak edib.Moderator Əfsanə Tahirova, hüquqşünas Rəşid Məmmədov, multimedia ...

Elmi şura LDU-nun 30 illik yubileyinə hazırlığın vəziyyətini müzakirə edib

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın bu dəfəki iclası bayram əhval-ruhiyyəsində keçirilib. İclası açan Elmi şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov iştirakçıları Prezident İlham Əliyevin bu günkü Sərəncamı ilə tanış edib. Bildirib ki, LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə universitetin bir qrup əməkdaşları fəxri adlar və medallarla təltif ediliblər. Rektor təltif olunanları Elmi şuranın üzvləri və bütün LDU kollektivi adından ürəkdən təbrik edərək bildirib ki, hazırda Lənkəran Dövlət Universiteti tarixinin ən maraqlı, şərəfli günlərini, 30 ...

“Mən bir Turan yolçusuyam”...

Lənkəran Dövlət Universitetində (LDU) Əhməd Cavadın 130 illiyi ilə bağlı “Mən bir Turan yolçusuyam” mövzusunda Elmi seminar keçirilib. Seminarı universitetin "Filologiya və ibtidai təhsil" fakültəsinin dekanı, dos.Elman Mirzəyev açaraq iştirakçıları Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli Sərəncamı ilə tanış edib. Bildirib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu ...

LDU-da maarifləndirici tədbir

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar növbəti tədbir keçirilib. Tədbiri giriş sözü ilə LDU-nun Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı və mövcud sərancamdan irəli gələn vəzifələrin icrası barədə iştirakçılara ətraflı məlumat verib. LDU-nun “Biologiya və ekologiya” kafedrasının ...

LDU-da bioloji mövzuda maarifləndirici seminar

Lənkəran Dövlət Universitetində (LDU) “Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, akvakulturanın inkişafı, fauna və flora növlərinin bərpa edilməsi” mövzusunda növbəti maarifləndirici seminar keçirilib. Seminarı giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov açaraq tədbirin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planının icrası çərçivəsində keçirildiyini bildirib.Təbiyyat fakültəsinin “Biologiya və ekologiya” kafedrasının müdiri, dos. Məmmədhüseyn Hüseynov “Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, akvakulturanın inkişafı, fauna və flora növlərinin bərpa edilməsi” mövzusunda geniş məruzə ...

LDU-da “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda  konfrans

Lənkəran Dövlət Universitetində (LDU) “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb.Konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev açıb və iştirakçıları gündəliklə tanış edib. Elvin Əliyev konfransın mövzusunu təkcə ölkəmiz üçün deyil,bütün dünyada qlobal problem kimi dəyərləndirib, ən ağrılı sosial məsələ adlandırıb, məişət zorakılığını törədən amillər, onun ağrılı nəticələri, cəmiyyət üçün ...

LDU-da  “Beynəlxalq Təhsil Həftəsi”  günü

ABŞ-ın Merilend Universitetinin Baltimor vilayəti Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Julian onu müşayiət edən səfirlik əməkdaşları ilə birgə “Beynəlxalq Təhsil Həftəsi” günü çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub və rektor, prof. Natiq İbrahimovla görüşüb. Görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi edilib.Daha sonra ABŞ-ın Merilend Universitetinin nümayəndəsi Adam Julian LDU-nun tələbələri ilə görüşüb. Görüşdə tələbələrə Amerika Birləşmiş Ştatlarında yerləşən universitetlər, həmin universitetlərə müraciət qaydaları, orada təhsil imkanları, təqaüd proqramları və s. barədə ətraflı məlumat verilib. Tədbirin sonunda iştirakçıları ...

LDU-da  17 Noyabr- Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 17 Noyabr- Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə Tarix-coğrafiya və incəsənət fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Müşfiq Bayramov açıb və tədbir iştirakçılarını universitetin rektoru, professor Natiq İbrahimovun adından bayram münasibətilə təbrik edib. 17 Noyabr Milli Dirçəliş Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışan M.Bayramov bildirib ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. Öz haqqı, azadlığı ...

“Casus” tamaşasına  kollektiv baxış

Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında bu yaxınlarda tamaşaya qoyulan “Casus” komediyasına kollektiv baxış keçirib. Yazıçı-dramaturq Kamal Abdullanın müəllifi olduğu əsərə rejissor Anar Babalı quruluş verib. Tamaşanın rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir. İki hissəli komediyada əsas rolları teatrın aparıcı aktyorlarından respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Qızılgül Quliyeva, Aynur Əhmədova, Əlibala Əsgərov, Mİraslan Ağayev, Allahverən Babayev, Əbülfəz Axundov, Emil Tağı və başqaları ifa ediblər.Tamaşanın sonunda Lənkəran Dövlət Universitetinin rektoru, ...

LDU-da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı  maarifləndirici tədbir

Lənkəran Dövlət Universitetində (LDU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa, digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici seminar keçirilib. Seminarı giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru Kamran Kazımov açaraq tədbirin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ...