Xəbər lenti
Lənkəran Dövlət Universiteti (LDU) Turkiyə Cümhuriyyətinin Beykənt Universiteti ilə aralarında bağlanmış qarşılıqlı əməkdaşlıq protokoluna əsasən tələbə-müəllim mübadiləsinə start verib.3-7 dekabr 2018-ci il tarixlərində Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Gülbəniz Əliyeva və Xarici Dillər kafedrasının müəllimi Aynur Rzayeva Türkiyə Cümhuriyyətinin Beykənt Universitetinə səfər ediblər. Səfər zamanı müəllimlərimiz Beykənt Universitetinin Beynəlxalq əlaqələr şöbəsində görüşlər keçirmişlər.Dosent Gülbəniz Əliyeva Beykənt Universitetinin Maliyyə və Bankçılıq kafedrasının rəhbəri professor Vedat Akman, Aynur Rzayeva İngilis dili və ədəbiyyatı kafedrasının rəhbəri professor Visam Mansur ...
Lənkəran Dövlət Universiteti (LDU) ilə Türkiyə Cümhuriyyətinin daha bir ali təhsil ocağı- Sinop Universiteti arasında Akademik Əməkdaşlıq Protokolu imzalanıb. Sinop Universiteti tərəfindən əməkdaşlıq protokolunu universitetin rektoru professor Nihad Dalgin,LDU tərəfindən universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov imzalayıb.İmzalanmış protokolda tərəflər arasında müəllim, tələbə və tədqiqatçıların mübadiləsi, ortaq dərəcə proqramlarının açılması, birlikdə konfrans, seminarların keçirilməsi, birgə elmi araşdırmaların və təcrübələrin aparılması, tələbələr üçün birgə təcrübə proqramlarının və yay məktəblərinin keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, ötən ay LDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin ...
Xeyirxahlıq sözünün leksik yozumları çox olsa da, ağıla gələn ilk fikir xoş əməl, kiminsə işinə yarımaqdır.Tanınmış dilçi alim, Lənkəran Dövlət Universitetinin (LDU) xarici dillər kafedrasının professoru , filologiya elmləri doktoru İlham Tahirov bu günlərdə olduqca xeyirxah əmələ imza atıb- öz şəxsi kitabxanasından Lənkəran Dövlət Universitetinin İKT və Kitabxana mərkəzinə elmin müxtəlif sahələrini əhatə edən, tələbələrin ən çox ehtiyac duyduğu 171 nüsxə kitab-dərs vəsaiti hədiyyə edib.Kitabxana fondunun zənginləşməsində buraya kitab hədiyyə edənlərin rolunu yüksək qiymətləndirən mərkəzin rəhbəri Elazə Əhmədova bildirir ki,İlham ...
Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları “Gənclərin peşə hazırlığı proqramı çərçivəsində regionlardan olan gənclərlə görüş layihəsi”nin növbəti təlimini Lənkəran Dövlət Universitetinin tələbələri üçün keçiriblər.Tədbiri universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov açıb və təlimin məqsədini açıqlayıb.Mərkəzin iqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev iştirakçılara ilk öncə Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib. Tədris mərkəzinin işini əks etdirən videoçarxın nümayişindən sonra Anar Mirzəyev ölkənin vergi siyasəti, bu sahədə olan yenilklər barədə ...
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən elmi şuranı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlər barədə qısa açıqlama verib.Müzakirəyə çıxarılan ilk məsələ “Kollokvumların yekunu , II kollokvumların gedişatı və payız semestri imtahanlarına hazırlığın vəziyyəti” olub.Bu barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.Məruzəçi bu sahədə vəziyyətin qənaətbəxş olduğunu, hazırlıq işlərinin nəzərdə tutulmuş plan əsasında getdiyini, I kollokvumların nəticələrinin ötən illə müqayisədə ürəkaçan olduğunu, ancaq I kurslar üzrə ...
Noyabrın 28-də Bakı Konqres Mərkəzində işinə başlayan Azərbaycan müəllimlərinin XV qurultayında Lənkəran Dövlət Universitetini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Qeyd edək ki, qurultayda ümumtəhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndə iştirak edib.Qurultay Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.Qurultayda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV ...
Lənkəran Dövlət Universitetində (LDU) ”Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası” mövzusunda maarifləndirici seminar keçirilib. LDU-nun professor-tələbə -müəllim heyətinin qatıldığı profilaktik seminarı təbiyyat fakültəsinin dekanı , dosent Ramiz Şəmmədov açıb və iştirakçılara seminarın mövzusu barədə açıqlama verib.“Şəkərli diabet xəstəliyi:profilaktikası, müalicəsi və reabililitasiyası” mövzusunda biologiya və tibbi biliklər kafedrasının müəllimi Gülmayə Əkbərovanın məruzəsi dinlənilib.Məruzədən sonra kimya və biologiya müəllimliyi ixtisasının II tədris ili tələbələri Şəfa Məmmədova və Naibəxanım Məliklinin hazırladıqları videoçarx nümayiş olunub.Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Esmira İsmayılovaLDU-nun mətbuat xidmətinin rəhbəri.
Avropa Komissiyasının “Azərbaycanın ali təhsil sistemində tədqiqat,ixtira və innovasiyanın gücləndirilməsi üçün Texniki Yardım Dəstəyi “ layihəsinin rəhbəri Gulda Krzysztof və ekspert Jacek Gajevski bu gün Lənkəran Dövlət Universitetində (LDU) olublar.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir maddi-texniki bazaya və kadr potensialına malik olan universitet bir çox beynəlxalq layihələrdə iştirak edir.Son illərdə LDU-nun Avropa universitetləri ilə əməkdaşlıq etdiyini, elmi əlaqələrin yaradıldığını deyən professor N.İbrahimov əsas hədəflərinin birgə əməkdaşlıq çərçivəsində ...
Respublika Təhsil Nazirliyi , Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən ağacəkmə aksiyasında Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyəti də fəal iştirak edib.Aksiya çərçivəsində LDU-nun I və II saylı tədris korpuslarının, inzibati binanın , qızlar yataqxanasının, turizm –tədris bazasının həyətlərində yerli və cənub təbiətinə uyğunlaşmış müxtəlif növlü yüzlərlə yeni ağac, həmişəyaşıl bəzək kolları əkilib.Ağacəkmə aksiyasına universitet rəsmiləri də qatılıb.
12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) keçirilən tədbiri sosial məsələlər üzrə prorektor dosent Kamran Kazımov açaraq iştirakçıları universitet rəhbərliyi adından təbrik edib.LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Müşfiq Bayramov bu tarixi günün mahiyyəti, həmin dövrdəki tarixi şərait barədə geniş məruzə edib.Bildirib ki,Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın ...