Xəbər lenti
Əziz tələbələr, hörmətli professor- müəllim-işçi heyəti! On bir ayın sultanı, müsəlman dünyasının ən əziz bayramı Ramazan ilahi hikmətlər, barış, əmin-amanlıq, xeyirxahlıq, insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aydır.Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən, ...
Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dos. Elvin Əliyev açıb və iştirakçıları universitetin rektoru, prof. Natiq İbrahimovun adından “Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın ...
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Gündəlikdə duran ilk məsələ- “2025/2026-cı tədris ilinin yaz semestrinin və təcrübələrin gedişi” barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib.Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyevin “Universitetin struktur bölmələrin əsasnamələrinin təsdiqi” haqqında hesabatı dinlənilib və əsasnamələr açıq səsvermə yolu ilə qəbul edilib.“2021-2025-ci illər üzrə ...
Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun universitetin və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin xanım əməkdaşlarına və tələbələrinə bayram təbrikini LDU-nun sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov təqdim edib. Təbrikdə 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğu qeyd edilib, onlara minnətdarlıq bildirilib, xoş bayram arzuları ...
8 Mart Beynəlxalq Qadınlar Günü bayramların ən gözəlidir. Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır. Qadın həm də bu gün cəmiyyətin aparıcı qüvvəsidir-alimdir, müəllimdir, həkimdir, mühəndisdir, şairdir-bir sözlə, yaradıcı, qurucu insandır. Qadın hər şeydən əvvəl- anadır! Ana tanrının, yaradılışın şah əsəridir. Bütün ziyalıları, dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyə edir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq! Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlarda qadınlarımızın rolu danılmazdır. Olkəmizə Zəfər sevincini yaşadan oğulları dünyaya gətirən, böyüdüb ...
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib. Lənkəran Dövlət Universitetinin 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələri-Təbiyyat fakültəsinin riyaziyyat və informatika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Ağazadə Elvira Elvin qızı, İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat ixtisasının III tədris ili tələbəsi Həsənova Aysel İsrail qızı, Filologiya və ibtidai təhsil ...
Lənkəran Dövlət Universitetində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dos. Ramiz Şəmmədov açaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) respublikamızda keçirilməsinın əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, bu, Azərbaycanın dünyada artan beynəlxalq nüfuzunun göstəricisidir və ölkəmiz üçün əhəmiyyəti böyükdür. Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Sənan Əzizov, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli tarixlərdən biri olan Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı faciəsi: tarixi yaddaş və müasir baxış ” adlı tədbir keçirilib.Tədbir Xocalı faciəsinin günahsız qurbanlarının və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.Anım mərasimində LDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Ramiz Şəmmədov çıxış edərək Xocalı faciəsi, onu doğuran səbəblərdən danışıb, torpaqlarımızın bütövlüyünün bərpa olunmasını şəhidlərin qisası kimi ...
Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq klinikası ilə tanış olub. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov yeni istifadəyə veriləcək klinika, burada heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə nazirə ətraflı məlumat verib. Bildirib ki, klinika həm regionda ev və çöl (vəhşi) heyvanlarının sağlamlığının qorunmasına xidmət edir, həm də universitetin Baytarlıq ixtisasında təhsil alan tələbələr üçün praktiki vərdişlərin formalaşdırılması baxımından mühüm tədris bazası rolunu oynayır. Elm ...
Lənkəran Dövlət Universitetinin (LDU) Filologiya və ibtidai təhsil fakültəsində 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı “Dilimiz tariximizdir” mövzusunda tədbir keçirilib. LDU-nun Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Yədulla Ağazadə “Azərbaycan dilinin inkişaf tarixi” mövzusunda məruzə edib. Məruzəçi bu günün keçirilməsinin tarixi barədə danışaraq bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir və insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm ...