Xəbər lenti



Heydər Əliyevin xatirəsi LDU-da   ehtiramla yad olunub.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində H.Əliyev xatirə parkına gələrək ulu öndərə hörmət və ehtiramlarını bildiriblər. Ümummili liderin abidə kompleksinin önünə təzə-tər payız çiçəkləri düzülüb, xatirəsi 1 dəqiqəlik sükutla anılıb.Qeyd edək ki, bu gün LDU-da keçirilən dərslərdə H. Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin qorunmasındakı misilsiz xidmətləri, başladığı böyük missiyanın, siyasi kursunun layiqli davamçısı, prezident İlham ...

LDU kollektivi  “Qarabağnamə” tamaşasını izləyib

Mədəniyyət Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş layihəsi çərçivəsində dekabrın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrında Lənkəran Dövlət Universitetinin kollektivi qarşısında çıxış edib. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə-işçi heyəti Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanı kollektiv şəkildə izləyib.Peşəkar aktyor heyətinin ifasında “Qarabağnamə” tamaşası LDU kollektivi tərəfindən alqışlarla qarşılanıb. Aktyorlara təzə-tər payız çiçəkləri təqdim edilib. ...

LDU təmsilçiləri Ulu öndər H. Əliyevə həsr edilmiş Beynəlxalq konfransda iştirak edib

8 dekabr tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans işinə başlayıb.Beynəlxalq konfrans MDU, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU), Kayseri Universiteti (KAYÜ), Litvanın Mikolas Romeris Universiteti (MRU), Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD) və Qırğız Respublikasının Qırğız ...

Qalib tələbələrlə görüş

LənkəranDövlət Universitetinin “Filologiya və ibtidai təhsil” fakültəsində AzərbaycanDövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş “Sözduyğusu, sənət sevdası” devisi altında keçirilmiş ümumrespublika bədii qiraətmüsabiqəsinin qalibləri ilə görüş keçirilib. Fakültənin dekanı Elman Mirzəyevqalib tələbələri qazandıqları yaradıcılıq uğurları münasibətilə universitet rəhbərliyiadından təbrik edib, minnətdarlıq bildirib, xoş arzularını çatdırıb.Xatırladaqki, Lənkəran Dövlət Universitetini həmin müsabiqədə “Filologiya və ibtidai” təhsilfakültəsində fəaliyyət göstərən “Yaradıcılıq” qrupunun bir qrup tələbəsi təmsiledib. Sevindirici haldır ki, bölgə universitetləri arasında təkcə Lənkəran DövlətUniversitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II ...

LDU-nun müəllimləri   “Beynəlxalq əlilliyi olan şəxslər günü” ilə bağlı Lənkəranda  keçirilən  ilk xeyriyyə sərgisində-fotolar

Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti rektor, prof. Natiq İbrahimov başda olmaqla Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının birgə əməkdaşlığı ilə “Beynəlxalq əlilliyi olan şəxslər günü” münasibəti ilə keçirilən “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət satış sərgisi” nə baxış keçirib, burada nümayiş edilən əl işlərini satın almaqla cəmiyyətin həssas təbəqəsindən olan yaradıcı insanlara maddi və mənəvi dəstək olublar.Qeyd edək ki, sərgidə Lənkəranla yanaşı Astara, Yardımlı, ...

LDU-da narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

Lənkəran Dövlət Universitetinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə LDU-da narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib. Tədbiri LDU-nun prorektoru, prof. Kamran Kazımov açıb, narkomaniyanı əsrin ən böyük bəlası, sosial fəlakət adlandırıb, cəmiyyətə vurduğu ağır zərbələrdən söz açaraq ona qarşı kollektiv mübarizəni günün ən vacib məsələsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdürü Emin Quluyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul işçisi Vasif Quliyev ...

LDU-nun şəhid məzunu Vüsal Kazımovun xatirəsi ehtiramla anılıb

Bu gün Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun anım günüdür. 3 il öncə Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan Vüsal Kazımovun ruhuna ehtiram əlaməti olaraq bu gün Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov başda olmaqla universitetin kollektivi şəhidin məzarını ziyarət edərək önünə təzə-tər qərənfillər düzüblər.Məzarı önündə şəhid baş leytenant Vüsal Kazımovun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən, döyüş yolundan, xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açılıb, ruhuna dualar oxunub. Qeyd edək ki, şəhid Vüsal Kazımov LDU-nun ...

“Vüsal hicrandan acıymış” sənədli  filminin təqdimatı olub

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr edilmiş “Vüsal hicrandan acıymış” sənədli filminin təqdimatı keçirilib. Təqdimat mərasimində LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti, rayon rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyətin bütün təbəqələrinin təmsilçiləri iştirak edib. Mərasimə toplaşanlar ilk əvvəl mərkəzin foyesində şəhid baş leytenantın döyüş fəaliyyətini əks etdirən rəsm əsərlərinə, kitab və jurnallara baxış keçirib, ömür yolu ilə tanış olublar.Təqdimat mərasimi vətənimizin müstəqilliyi, torpaqlarımızın ...

Maarifləndirici sessiya

24 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetində (LDU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd Təsərrüfatı və Əlaqəli Elmlər üzrə Beynəlxalq Tələbələr Assosiasiyası”nın milli bölməsinin layihəsi üzrə universitetin “Aqrar və mühəndislik” fakültəsinin tələbələri üçün beynəlxalq şəbəkələşmə, təcrübələr əldəetmə, yeni əməkdaşlıqların qurulması, həmçinin tələbə və məzunların beynəlxalq səviyyədə təşkil edilən tədbirlərdə, layihələrdə və konfranslarda iştirakının artırılması ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Tədbirin moderatoru kənd təsərrüfatı və əlaqəli elmlər üzrə beynəlxalq tələbələr assosiyasiyasının sədri Orxan Cəfərov olub. Sessiyada iştirakçıları ...

LDU-da iqtisadi mövzuda Elmi-praktiki konfrans keçirilib

Lənkəran Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar növbəti Elmi-praktiki konfrans keçirilib. “Heydər Əliyevin milli iqtisadi inkişaf modeli Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır” mövzusunda keçirilən konfrans işinə vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. LDU-nun rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov giriş nitqində universitetin rektoru, prof. Natiq İbrahimovun adından iştirakçıları salamlayıb, universitet rəsmisinin konfransın işinə uğurlar arzuladığını diqqətə çatdırıb. Prof. ...